“Ziraat Bank Azərbaycan” daha 15 milyon manatlıq istiqraz buraxmağa hazırlaşır
“Ziraat Bank Azərbaycan” ASC yaxın zamanda daha 15 milyon manat həcmində istiqraz emissiyasını investorlara təqdim etməyi planlaşdırır.
Marja.az xəbər verir ki, bu barədə Bankın İdarə Heyətinin sədri Dr. Selçuk Demir “Ziraat Bank Azərbaycan”ın istiqrazlarının Bakı Fond Birjasında ticarətə buraxılmasına həsr olunmuş “Açılış Zəngi” tədbirində bildirib.
Onun sözlərinə görə, Bank qarşıdakı dövrdə Azərbaycanın kapital bazarında iştirakını daha da genişləndirmək və qiymətli kağız emissiyalarını uzunmüddətli maliyyələşdirmə strategiyasının əsas alətlərindən birinə çevirmək niyyətindədir.
Beləliklə, planlaşdırılan ikinci emissiyanın da həcmi 15 milyon manat təşkil edəcək. Yeni istiqrazların faiz dərəcəsi, tədavül müddəti və yerləşdirmə şərtləri barədə hələ məlumat açıqlanmayıb.
Qeyd edək ki, “Ziraat Bank Azərbaycan”ın ilk dəfə həyata keçirdiyi 15 milyon manatlıq istiqraz emissiyasına investorlar tərəfindən yüksək tələb qeydə alınıb. İstiqrazlara investorlar tərəfindən 60,6 milyon manatlıq sifariş verilib. Bu, təklif edilən istiqrazların ümumi həcmindən 4 dəfədən çox yüksəkdir.
İstiqrazlara ümumilikdə 144 investor maraq göstərib. Bank tələbin emissiya həcmindən əhəmiyyətli dərəcədə yüksək olmasını investorların onun maliyyə dayanıqlılığına, etibarlılığına və gələcək inkişaf perspektivlərinə inamının göstəricisi kimi qiymətləndirib.
İlk emissiya çərçivəsində buraxılan istiqrazların ümumi nominal dəyəri 15 milyon manatdır. Qiymətli kağızların tədavül müddəti 12 ay, illik faiz dərəcəsi 10,5% təşkil edir. Kupon ödənişləri hər üç aydan bir həyata keçiriləcək. Bir istiqrazın nominal dəyəri və minimum investisiya məbləği 100 manat müəyyən edilib.
26 avqust 2026-cı il tarixində Bakı Fond Birjasında keçirilən “Açılış Zəngi” mərasimi ilə istiqrazların birjanın ticarət platformasında dövriyyəsinə rəsmi start verilib.
Dr. Selçuk Demir bildirib ki, istiqraz emissiyası Bank üçün yalnız vəsait cəlb edilməsi əməliyyatı deyil, eyni zamanda maliyyələşmə mənbələrinin şaxələndirilməsi, kapital bazarındakı mövqeyin gücləndirilməsi və yeni investorlarla uzunmüddətli münasibətlərin qurulması baxımından strateji əhəmiyyət daşıyır.
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda qızıl hasil edən şirkət istehsalı artırıb – Satış qiyməti 24% yüksəlib
-
-
2 saat əvvəl
Azərbaycan–Qırğız İnkişaf Fondunun kapitalının ikiqat artırılması parlamentdən keçib
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
2 saat əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 2 saat əvvəl
-
2 saat əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 3 saat əvvəl
-
3 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 3 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Çin şirkətləri Azərbaycanda istixanalar, heyvandarlıq və emal müəssisələri yaratmağı nəzərdən keçirirlər
Ən çox oxunanlar
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
21 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub
13%-lik istiqrazları 71 investor aldı



























