Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

“Rabitəbank” ASC-nin səhmdar strukturunda dəyişiklik baş verib

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Rabitəbank” ASC-nin səhmdar strukturunda dəyişiklik baş verib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Rabitəbank” ASC-nin səhmdar strukturunda dəyişiklik baş verib.

Marja.az-ın məlumatına görə, Bankın 31 dekabr 2025-ci il və 30 iyun 2026-cı il tarixlərinə açıqladığı səhmdar siyahılarının müqayisəsi göstərir ki, “Bakı Telefon Rabitəsi” MMC (“Baktelecom”) artıq “Rabitəbank”ın səhmdarları sırasında yer almır. Eyni zamanda, “Aztelekom” MMC-nin bankdakı səhmlərinin sayı 2 dəfədən çox artıb.

31 dekabr 2025-ci il tarixinə “Baktelecom” “Rabitəbank”ın 2 305 səhminə sahib olub. Bu, bankın nizamnamə kapitalında 0,0462% xüsusi çəkiyə bərabər idi.

Həmin tarixdə “Aztelekom” MMC-nin “Rabitəbank”da 2 200 səhmi və ya 0,0441% payı olub.

30 iyun 2026-cı il tarixinə olan məlumatda isə “Baktelecom” ayrıca səhmdar kimi göstərilmir. “Aztelekom”un sahib olduğu səhmlərin sayı 4 505-ə, nizamnamə kapitalındakı payı isə 0,0902%-ə yüksəlib.

Beləliklə, “Aztelekom”un “Rabitəbank”dakı səhmlərinin sayı 2 305 ədəd və ya təxminən 104,8% artıb.

Artımın məhz 2025-ci ilin sonunda “Baktelecom”a məxsus olan 2 305 səhmə bərabər olması diqqət çəkir. Bu dəyişiklik “Bakı Telefon Rabitəsi” MMC-nin (“Baktelecom”) “Aztelekom” MMC-yə birləşdirilməsi ilə əlaqədardır.

Nəticədə, 2025-ci ilin sonunda “Baktelecom” və “Aztelekom”un birlikdə sahib olduğu 4 505 “Rabitəbank” səhmi 30 iyun 2026-cı il tarixinə tam şəkildə “Aztelekom” MMC-nin adına göstərilib.

Bankın digər əsas səhmdarlarının paylarında dəyişiklik olmayıb.

30 iyun 2026-cı il tarixinə “Rabitəbank” ASC-nin səhmdar strukturu belədir:

- Əliyev Rauf Zeynal oğlu – 38,60% və ya 1 927 148 səhm

- Abasova Validə Maarif qızı – 34,64% və ya 1 729 438 səhm

- Nuriyev Zakir Əlibala oğlu – 11,4835% və ya 573 325 səhm

- Nuriyeva Dilarə Nəsrəddin qızı – 9,1099% və ya 454 820 səhm

- Xasiyev Aslan Tarqulu oğlu – 6,0272% və ya 300 915 səhm- “Aztelekom” MMC – 0,0902% və ya 4 505 səhm

- “Bakcell” MMC – 0,0240% və ya 1 200 səhm

- Dövlət Radiotezlikləri İdarəsi – 0,0120% və ya 600 səhm

- “Teleradio” İB – 0,0080% və ya 400 səhm

- “Bakı Teleqrafı” ASC – 0,0040% və ya 200 səhm

- “Azerbaijan International Telecom (AzInTelecom)” MMC – 0,0012% və ya 60 səhm

Hər iki hesabat tarixində “Rabitəbank”ın səhmlərinin ümumi sayı 4 992 611 ədəd təşkil edib. Buna görə də dəyişiklik yeni səhmlərin buraxılması ilə deyil, mövcud səhmlərin səhmdarlar arasında struktur dəyişikliyi ilə bağlı olub.

Rabitəbank Rabitəbank səhmdarları Rabitəbank səhmdar strukturu Aztelekom Baktelecom Bakı Telefon Rabitəsi Aztelekom Rabitəbank Rabitəbank səhmləri nizamnamə kapitalı bank səhmdarları Bakcell AzInTelecom Azərbaycan bankları
27.08.2026 11:37
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Nigar Fərhad saxlanılıb
Nigar Fərhad saxlanılıb
27.08.2026 09:47
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19