"Referans Medical Group" və "PAŞA Həyat Sığorta" "TezSağal" məhsulunu təqdim etdi
"Referans Medical Group" və "PAŞA Həyat Sığorta" arasında imzalanmış memoranduma əsasən şirkətlər birgə "TezSağal" məhsulunu təqdim ediblər.
Layihə ilkin mərhələdə "Referans Medical Group"un tərkibinə daxil olan "LOR Hospital"da tətbiq olunur. Daha sonra "Referans Medical Group"a daxil olan digər hospitallara da tətbiq ediləcək.
Layihə çərçivəsində "LOR Hospital" və "PAŞA Həyat Sığorta" arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilə "TezSağal" əməliyyat həyat sığortası məhsulunun "LOR Hospital"da tətbiqini və pasiyentlər üçün sığorta imkanlarının genişləndirilməsini nəzərdə tutur.
“PAŞA Həyat Sığorta” və “LOR Hospital”dan eksklüziv razılaşma
"TezSağal" eksklüziv xarakter daşıyır: "PAŞA Həyat Sığorta" LOR profili üzrə sığorta xidmətlərini "LOR Hospital"dan başqa heç bir klinikada aktivləşdirə bilməz — bu xidmət regionda yalnız "LOR Hospital" ilə həyata keçiriləcək.
"TezSağal" məhsulu pasiyentlərə bir sıra üstünlüklər təqdim edir:
• Əməliyyat keçirən pasiyentlər üçün 30 günlük həyat sığortası, pasiyenti əməliyyatdan sonrakı kritik dövrdə maliyyə risklərinə qarşı qoruyur.
• Məhsul heç bir əlavə ödəniş tələb olunmadan 18–55 yaş arası pasiyentlərə tətbiq olunur.
• Sığorta təminatı təkcə əməliyyatla bağlı riskləri deyil, pasiyentin daşıdığı digər xəstəliklərdən yarana biləcək əlavə riskləri də əhatə edir.
LOR profili üzrə eksklüziv əməkdaşlığın seçilməsində əsas məqsəd budur ki, "LOR Hospital" Azərbaycanın ilk və yeganə ixtisaslaşmış Qulaq, Burun, Boğaz və Baş-Boyun Mərkəzi olaraq, yaradıldığı gündən etibarən xəstələrin sağlamlığını qorumaq, diaqnostika və müalicə proseslərini beynəlxalq standartlara uyğun səviyyədə həyata keçirən klinikadır. Sığorta təminatı təkcə Azərbaycan vətəndaşlarını deyil, xarici vətəndaşları da əhatə edir ki, bu da regionda tibbi turizmin təşviqinə töhfə verir.
"LOR Hospital"da həyata keçirilməklə start alan layihənin növbəti mərhələlərdə "Referans Medical Group"un digər tibb müəssisələrini də əhatə etməsi planlaşdırılır.
Əməkdaşlığın əsas məqsədi — məhsulu təqdim edərkən pasiyent məmnuniyyətini təmin etməklə yanaşı, pasiyentlərin daşıdıqları digər xəstəliklərdən yarana biləcək hər hansı riski də sığorta təminatına daxil etməkdir. Bu əhatə "PAŞA Həyat Sığorta" ilə əməkdaşlıq çərçivəsində artıq pasiyentlərə təqdim olunur. Beləliklə, pasiyentlər tibbi xidmətlə yanaşı, əməliyyatdan sonrakı dövr üçün əlavə maliyyə müdafiəsi əldə edir və bütün hallarda sığortalı olduqlarına əmin şəkildə güvənə bilirlər.
Tədbirdə "PAŞA Həyat Sığorta" və "Referans Medical Group"un rəhbər heyəti və hər iki şirkətin nümayəndələri iştirak ediblər. Çıxışlar zamanı əməkdaşlığın əhəmiyyəti, "TezSağal" layihəsinin pasiyentlər üçün yaradacağı üstünlüklər və gələcək inkişaf perspektivləri vurğulanıb.
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 saat sonra
- 12 d. əvvəl
-
-
23 d. əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 27 d. əvvəl
-
1 saat əvvəl
Tabitə və telekommunikasiya sahəsində vahid rəqəmsal platforma formalaşdırılır - “Rəqəmsal rabitə”
-
1 saat əvvəl
Bank Respublika 2026-cı ilin üçüncü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
-
1 saat əvvəl
Bank Respublika 9 ayda 50 milyon manat qazanıb – Mənfəəti 16,5% artıb
-
1 saat əvvəl
20 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub - SİYAHI, YENİLƏNİR
-
2 saat əvvəl
Mərkəzi Bank: Gündəlik 20 min manatlıq kart köçürmələri şübhə yarada bilər
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mərkəzi Bank BOKT-ların banklardan asılılığını azaltmaq istəyir
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
13%-lik istiqrazları 71 investor aldı
Ən çox oxunanlar
Mərkəzi Bank BOKT-ların banklardan asılılığını azaltmaq istəyir
Birbank Invest vasitəsilə “EmbaFinans” BOKT istiqrazlarına investisiya etmək imkanı ®
“Azər Türk Bank”ın xalis mənfəəti 62% artıb – Aktivləri 2,2 milyard manata yaxınlaşıb
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
ATB-nin xalis mənfəəti 62% artıb
CineMastercard Bakı hava limanının uçuş zonasında kinoteatr açıb ®
























