Ticarət şirkəti 6 ayda təxminən 1,6 milyon manat xalis mənfəət əldə edib
“Merano Baku”nun xalis mənfəəti 1,6 milyon manata yaxınlaşıb– Gəlirləri 14 milyon manatı keçibQida məhsulların idxalını və satışını həyata keçirən “Merano Baku” ASC 2026-cı ilin ilk yarısını 1 milyon 597,2 min manat xalis mənfəətlə başa vurub.
Marja.az şirkətin maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2025-ci ilin eyni dövründə “Merano Baku”nun xalis mənfəəti 1 milyon 483,4 min manat təşkil etmişdi. Beləliklə, şirkətin xalis mənfəəti illik müqayisədə 113,7 min manat və ya 7,7% artıb.
2026-cı ilin ilk 6 ayında “Merano Baku”nun əsas əməliyyat gəlirləri 14 milyon 123,8 min manat təşkil edib. Ötən ilin eyni dövründə bu göstərici 13 milyon 90,5 min manat idi. Şirkətin gəlirləri 1 milyon 33,4 min manat və ya 7,9% artıb.
Satışın maya dəyəri isə 9 milyon 398,9 min manatdan 10 milyon 148,9 min manata yüksəlib. Bu, 750 min manat və ya 8% artım deməkdir.
Nəticədə şirkətin ümumi mənfəəti 3 milyon 691,6 min manatdan 3 milyon 974,9 min manata çatıb. Ümumi mənfəətdə 283,3 min manat və ya 7,7% artım qeydə alınıb.
“Merano Baku”nun kommersiya xərcləri 175,96 min manatdan 141,74 min manata düşərək 34,23 min manat və ya 19,5% azalıb.
Bununla yanaşı, inzibati xərclər 946,3 min manatdan 1 milyon 126,6 min manata yüksəlib. Artım 180,4 min manat və ya 19,1% təşkil edib.
Digər əməliyyat xərcləri də 30,5 min manatdan 50,7 min manata çataraq 20,2 min manat və ya 66% artıb.
Şirkətin əməliyyat mənfəəti 2025-ci ilin ilk yarısındakı 2 milyon 538,8 min manatdan 2026-cı ilin eyni dövründə 2 milyon 655,9 min manata yüksəlib. Artım 117,1 min manat və ya 4,6% olub.
Maliyyə xərcləri isə 684,5 min manatdan 659,4 min manata geriləyib. Bu göstərici 25,1 min manat və ya 3,7% azalıb.
Vergitutmaya qədər mənfəət 1 milyon 854,3 min manatdan 1 milyon 996,4 min manata yüksəlib. Mənfəət vergisi 399,3 min manat təşkil edib. Nəticədə “Merano Baku”nun hesabat dövrü üzrə xalis mənfəəti 1 milyon 597,2 min manat təşkil edib.
Şirkətin gəlirlərinin 7,9%, xalis mənfəətinin isə 7,7% artması ümumilikdə müsbət dinamikanı göstərir. Bununla belə, satışın maya dəyəri gəlirlərdən bir qədər daha sürətli – 8% artıb. Bu səbəbdən ümumi mənfəət marjası cüzi şəkildə 28,2%-dən 28,1%-ə enib. Əməliyyat mənfəət marjası isə inzibati və digər əməliyyat xərclərinin artması fonunda təxminən 19,4%-dən 18,8%-ə düşüb.
Xalis mənfəət marjası isə demək olar ki, dəyişməyərək 11,3% səviyyəsində qalıb. Maliyyə xərclərinin azalması xalis mənfəətin artımına müsbət təsir göstərən amillərdən biri olub.
Müştərilərin xəbərləri
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 saat sonra
-
13 d. əvvəl
Tabitə və telekommunikasiya sahəsində vahid rəqəmsal platforma formalaşdırılır - “Rəqəmsal rabitə”
-
-
17 d. əvvəl
Bank Respublika 2026-cı ilin üçüncü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
-
37 d. əvvəl
Bank Respublika 9 ayda 50 milyon manat qazanıb – Mənfəəti 16,5% artıb
-
37 d. əvvəl
20 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub - SİYAHI, YENİLƏNİR
-
1 saat əvvəl
Mərkəzi Bank: Gündəlik 20 min manatlıq kart köçürmələri şübhə yarada bilər
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mərkəzi Bank BOKT-ların banklardan asılılığını azaltmaq istəyir
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda ani ödənişlərin sayı 25 dəfə artıb – Mərkəzi Bank rekord göstəricilər açıqladı
-
1 saat əvvəl
Birbank Invest vasitəsilə “EmbaFinans” BOKT istiqrazlarına investisiya etmək imkanı ®
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
13%-lik istiqrazları 71 investor aldı
Birbank Invest vasitəsilə “EmbaFinans” BOKT istiqrazlarına investisiya etmək imkanı ®
“Azər Türk Bank”ın xalis mənfəəti 62% artıb – Aktivləri 2,2 milyard manata yaxınlaşıb
Ən çox oxunanlar
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
ATB-nin xalis mənfəəti 62% artıb
CineMastercard Bakı hava limanının uçuş zonasında kinoteatr açıb ®
Oktyabrın 16-da gözlənilən hava şəraiti


























