İlin əvvəlindən fantastik məbləğlər qazanıblar - Bu il sərvətini ən çox artıran milyarderlər
Dünyanın ən varlıları daha da varlanıb.Qlobal bazarlarda geosiyasi proseslərin təsiri ilə dalğalı dinamika müşahidə olunsa da, bəzi milyarderlər bu dövrdə sərvətlərini əhəmiyyətli dərəcədə artırmağa davam ediblər.
Marja.az Bloomberg-ə istinadən xəbər verir ki, ilin əvvəlindən bəri sərvətini ən çox artıran milyarderlərin siyahısı belədir:
15. Carlos Slim — +17,4 milyard dollar
“Telmex” və “America Movil” şirkətlərinə sahib meksikalı iş adamı Carlos Slimin sərvəti 17,4 milyard dollar artıb. Onun ümumi sərvəti 128,6 milyard dollara çatıb.
14. Changpeng Zhao — +17,5 milyard dollar
“Binance” kriptovalyuta birjasının təsisçisi Changpeng Zhaonun sərvəti 17,5 milyard dollar artaraq 67,2 milyard dollara yüksəlib.
13. John Tu — +20,9 milyard dollar
“Kingston Technology” şirkətinin həmtəsisçisi, Tayvan əsilli amerikalı milyarder John Tu iyulun sonuna qədər sərvətini 20,9 milyard dollar artıraraq 52 milyard dollara çatdırıb.
12. David Sun — +20,9 milyard dollar
“Kingston Technology”nin digər həmtəsisçisi David Sunın da sərvəti 20,9 milyard dollar artaraq 52 milyard dollara yüksəlib.
11. Liang Wenfeng — +21,8 milyard dollar
Çinin süni intellekt şirkəti “DeepSeek”in təsisçisi Liang Wenfeng sərvətini 21,8 milyard dollar artırıb. Onun xalis sərvəti 37,9 milyard dollara çatıb.
10. Thomas Peterffy — +26,8 milyard dollar
“Interactive Brokers”ın təsisçisi, amerikalı milyarder Thomas Peterffynin sərvəti 26,8 milyard dollar artaraq 103,9 milyard dollara yüksəlib.
9. Gautam Adani — +27,6 milyard dollar
Hindistanın “Adani Group” şirkətlər qrupunun təsisçisi Gautam Adani ilin əvvəlindən 27,6 milyard dollar sərvət artımı əldə edib. Onun ümumi sərvəti 112 milyard dollara çatıb.
8. Zhang Yiming — +27,7 milyard dollar
Çinin “ByteDance” texnologiya şirkətinin təsisçisi Zhang Yiming iyulun sonuna qədər sərvətini 27,7 milyard dollar artırıb. İş adamının ümumi sərvəti 92,8 milyard dollara yüksəlib.
7. Jeffrey Steven Yass — +28,8 milyard dollar
“Susquehanna International Group”un həmtəsisçisi Jeffrey Steven Yassın sərvəti 28,8 milyard dollar artaraq 92,1 milyard dollara çatıb.
6. Sergey Brin — +33,2 milyard dollar
“Google”un həmtəsisçilərindən biri olan Sergey Brinin sərvəti bu il 33,2 milyard dollar artıb. Onun ümumi sərvəti 283,3 milyard dollara yüksəlib.
5. Larry Page — +35,8 milyard dollar
“Google”un digər həmtəsisçisi Larry Page ilin əvvəlindən sərvətini 35,8 milyard dollar artıraraq 304,8 milyard dollara çatdırıb.
4. Jeff Bezos — +36,7 milyard dollar
“Amazon”un təsisçisi Jeff Bezosun sərvəti bu il 36,7 milyard dollar artıb.
Milyarderin ümumi sərvəti 290 milyard dollara çatıb.
3. Giancarlo Devasini — +45,7 milyard dollar
İtaliyalı iş adamı Giancarlo Devasini 45,7 milyard dollarlıq sərvət artımı ilə siyahıda üçüncü yerə yüksəlib.
“Bitfinex” və “Tether” layihələrinin əsas simalarından olan Devasinin ümumi sərvəti 58,9 milyard dollara çatıb.
2. Elon Musk — +64,2 milyard dollar
Dünyanın ən varlı adamı Elon Musk ilin əvvəlindən sərvətini 64,2 milyard dollar artıraraq bu siyahıda ikinci yeri tutub. “SpaceX”in təsisçisi və “Tesla”nın rəhbəri olan Muskın ümumi sərvəti 683,6 milyard dollara çatıb.
1. Michael Dell — +77,2 milyard dollar
“Dell Technologies”in təsisçisi Michael Dell ilin əvvəlindən sərvətini 77,2 milyard dollar artıraraq siyahının lideri olub. Onun ümumi sərvəti 217,2 milyard dollara yüksəlib.
Müştərilərin xəbərləri
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 saat sonra
-
49 d. əvvəl
Tabitə və telekommunikasiya sahəsində vahid rəqəmsal platforma formalaşdırılır - “Rəqəmsal rabitə”
-
-
53 d. əvvəl
Bank Respublika 2026-cı ilin üçüncü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
-
1 saat əvvəl
Bank Respublika 9 ayda 50 milyon manat qazanıb – Mənfəəti 16,5% artıb
-
1 saat əvvəl
20 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub - SİYAHI, YENİLƏNİR
-
2 saat əvvəl
Mərkəzi Bank: Gündəlik 20 min manatlıq kart köçürmələri şübhə yarada bilər
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mərkəzi Bank BOKT-ların banklardan asılılığını azaltmaq istəyir
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda ani ödənişlərin sayı 25 dəfə artıb – Mərkəzi Bank rekord göstəricilər açıqladı
-
2 saat əvvəl
Birbank Invest vasitəsilə “EmbaFinans” BOKT istiqrazlarına investisiya etmək imkanı ®
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
13%-lik istiqrazları 71 investor aldı
Birbank Invest vasitəsilə “EmbaFinans” BOKT istiqrazlarına investisiya etmək imkanı ®
“Azər Türk Bank”ın xalis mənfəəti 62% artıb – Aktivləri 2,2 milyard manata yaxınlaşıb
Ən çox oxunanlar
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
ATB-nin xalis mənfəəti 62% artıb
CineMastercard Bakı hava limanının uçuş zonasında kinoteatr açıb ®
Oktyabrın 16-da gözlənilən hava şəraiti


























