Chevron Venesuelaya 7 milyard dollar sərmayə yatıracaq
Chevron Corp. Venesuelada xam neft hasilatını iki dəfədən çox artırmaq məqsədilə növbəti beş il ərzində birgə müəssisələri vasitəsilə 7 milyard dollar investisiya yatırmağı planlaşdırır.
Marja.az xəbər verir ki, Şirkət 2031-ci ilə qədər Venesuelada gündə təxminən 600 min barel neft hasil etməyi nəzərdə tutur. Bu, mövcud səviyyədən iki dəfədən çoxdur.
Hyustonda yerləşən Chevron çərşənbə günü açıqlayıb ki, zəngin neft yataqlarına malik Orinoko bölgəsindəki Carabobo ərazisində yerləşən iki nəhəng neft yatağının işlənməsi hüququnu əldə edib. Carabobo 1 və Carabobo-2-South-A adlanan yataqlar Chevron-un 49 faiz paya sahib olduğu Petroindependencia birgə müəssisəsinin fəaliyyət göstərdiyi ərazinin yaxınlığında yerləşir.
Şirkətin baş icraçı direktoru Mike Wirth müsahibəsində bildirib:
“Ölkədə ən yaxşı geoloji strukturlardan bəzilərinin yerləşdiyini düşündüyümüz ərazilərdə son dərəcə güclü mövqe formalaşdırırıq. Söhbət milyardlarla barellik resursdan gedir”.
Bu razılaşma ABŞ xüsusi təyinatlı qüvvələrinin yanvar ayında Venesuela Prezidenti Nicolás Maduronu əməliyyat nəticəsində saxlamasından sonra böyük neft şirkətlərindən birinin ölkəyə etdiyi ən mühüm kapital yatırımlarından biri hesab olunur.
Venesuela dünyanın ən böyük neft ehtiyatlarına sahib olsa da, ölkənin neft-qaz sənayesi uzun illər davam edən zəif idarəetmə, korrupsiya və sanksiyalar nəticəsində ciddi şəkildə zəifləyib.
ABŞ hökuməti həmçinin bu həftənin əvvəlində Venesueladakı 17 neft yatağı üzrə 100 illik istismar hüququna malik özəl North American Blue Energy Partners (NABEP) şirkətində 35 faizlik payın alınması ilə bağlı danışıqlar aparıb.
Wirth ABŞ-ın NABEP-ə mümkün investisiyası ilə bağlı şərh verməkdən imtina edib. Bununla belə, o, Tramp administrasiyasının hər iki ölkəyə fayda verəcək “kommersiya həlləri”nə sadiqliyini müsbət qiymətləndirib:
“Administrasiya Venesuelanın enerji resurslarının həm ABŞ-ın enerji təhlükəsizliyi, həm də Venesuelanın iqtisadi bərpası üçün hərəkətverici qüvvə ola biləcəyini anlayır”.
CEO əlavə edib ki, Chevron investisiyalarını qorumaq məqsədilə razılaşmaya mühüm müdafiə mexanizmləri daxil edib. Lakin o, müqavilələrin detalları barədə məlumat verməyib.
Müştərilərin xəbərləri
“McDonald’s Azərbaycan” və DSMF-nin birgə layihəsi çərçivəsində “Zəfərin varisləri” proqramına start verilir - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
3 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
- 29 d. əvvəl
-
44 d. əvvəl
Şəhid ailələrinin rəsm əsərləri “PAŞA Real Estate Qrup”un dəstəyi ilə nümayiş etdirilib
- 55 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bakıda məşhur taksi xidməti yeni brend altında fəaliyyət göstərəcək
-
1 saat əvvəl
Noyabrın 7-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir
- 2 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Şəhid ailələrinin rəsm əsərləri “PAŞA Real Estate Qrup”un dəstəyi ilə nümayiş etdirilib
AccessBank QSC Trellix DLP üzrə tender elan edir ®
Azərbaycanın şüşə istehsalçısı Dubaydakı nəhəng tikinti layihələrini hədəfləyir – 70 yeni iş yeri yaradılacaq
Ən çox oxunanlar
Bakıda məşhur taksi xidməti yeni brend altında fəaliyyət göstərəcək
Noyabrın 7-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir
Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub
Cəbrayılda yeni içki zavodu açıldı – Prezident və birinci xanım açılışda iştirak etdilər
Leobank “Felis 2026”da qızıl mükafat qazanıb



















