SOCAR Serbiyada ortaq şirkət yaradır - 500 MVt-lıq elektrik stansiyası tikiləcək
SOCAR, Serbiyanın EPS və Srbijagas şirkətləri ilə birgə şirkət yaradacaq və Nişdə gücü 500 MVt-a qədər olan qaz elektrik stansiyası layihəsini həyata keçirəcək. Səhmdarlar sazişinin yaxın bir ay ərzində Belqradda imzalanması gözlənilir.Serbiyanın Mədən Sənayesi və Energetika Nazirliyinin, "Elektroprivreda Srbije" (EPS), "Srbijagas" şirkətlərinin və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) nümayəndələri Nişdə (Serbiya) yeni qaz elektrik stansiyasının inkişafı və tikintisi üçün birgə şirkətin yaradılmasına dair səhmdarlar sazişinin razılaşdırılması üzrə danışıqları İstanbulda başa çatdırıblar.
Bu barədə Serbiya hökumətinə istinadən xəbər verilir.
"Yaxın bir ay ərzində Belqradda üç şirkət arasında sazişin imzalanması gözlənilir", - məlumatda qeyd edilib.
Yeni qaz elektrik stansiyasının gücünün 500 MVt-a qədər olacağı planlaşdırılır. O, elektrik və istilik enerjisi istehsal edəcək. Tikintinin dörd il ərzində başa çatdırılması nəzərdə tutulur.
Hökumətin məlumatında vurğulanıb ki, bu, EPS, "Srbijagas" və SOCAR-ın ilk birgə layihəsi və Serbiya ilə Azərbaycan arasında enerji əməkdaşlığının gücləndirilməsində mühüm addım olacaq.
Elektrik stansiyasının tikintisi Serbiyada elektrik enerjisi istehlakının artması fonunda enerji təchizatının etibarlılığını artırmağa və yeni generasiya gücləri yaratmağa imkan verəcək.
Xatırladaq ki, Azərbaycan və Serbiya 2026-cı ilin fevralında Serbiyanın Niş şəhəri yaxınlığında 350 MVt elektrik və 150 MVt istilik enerjisi gücünə malik qaz elektrik stansiyasının tikintisi haqqında saziş imzalayıb. Sənəd Azərbaycan Prezidenti İlham Əliyevin Serbiyaya səfəri çərçivəsində imzalanıb.
İyunun əvvəlində EPS və SOCAR Bakıda Nişdəki qaz elektrik stansiyasının layihələndirilməsi, tikintisi və idarə edilməsi üzrə əməkdaşlığın əsas şərtlərini imzalayaraq, birgə şirkətin yaradılmasının əsas prinsiplərini və layihənin əsas kommersiya parametrlərini müəyyən ediblər.
© "Report"
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanda qızıl hasil edən şirkət istehsalı artırıb – Satış qiyməti 24% yüksəlib
-
-
4 saat əvvəl
Azərbaycan–Qırğız İnkişaf Fondunun kapitalının ikiqat artırılması parlamentdən keçib
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
5 saat əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 5 saat əvvəl
-
5 saat əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 5 saat əvvəl
-
6 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 6 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Çin şirkətləri Azərbaycanda istixanalar, heyvandarlıq və emal müəssisələri yaratmağı nəzərdən keçirirlər
Ən çox oxunanlar
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
21 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub
13%-lik istiqrazları 71 investor aldı


























