970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

S&P: SOCAR "Comstock"a beynəlxalq qaz bazarlarına çıxış imkanı yaradacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
S&P: SOCAR "Comstock"a beynəlxalq qaz bazarlarına çıxış imkanı yaradacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

SOCAR-la tərəfdaşlıq ABŞ-nin “Comstock Resources” şirkətinə təbii qazını beynəlxalq müştərilərə satmaq üçün yeni imkanlar yaradacaq.

Bu barədə “S&P Global Ratings” beynəlxalq reytinq agentliyinin “Comstock Resources”un SOCAR-la planlaşdırılan sövdələşməsinə dair qiymətləndirməsində bildirilib.

“S&P” qeyd edib ki, SOCAR “Comstock Resources” üçün mayeləşdirilmiş təbii qaz (LNG) istiqamətində də imkanlar yaradır. Bu, şirkətin beynəlxalq satış kanallarını genişləndirməsinə, ticarət platformasını və downstream marketinq imkanlarını inkişaf etdirməsinə şərait yarada bilər.

Agentliyin qiymətləndirməsinə görə, SOCAR-la sövdələşmə eyni zamanda “Comstock Resources”un ilin əvvəlindən yaranmış sərbəst pul axını kəsirini kompensasiya etməyə və yaxın müddətdə maliyyə göstəricilərini yaxşılaşdırmağa kömək edəcək.

“S&P” gözləyir ki, “Comstock Resources” sövdələşmədən əldə edəcəyi xalis vəsaitin bir hissəsini kredit xətti üzrə borcunun azaldılmasına yönəldəcək. Şirkət, həmçinin 2027-ci ilin martından geri çağırıla bilən 2029-cu il istiqrazlarının bir hissəsini və ya hamısını geri ala, eləcə də vəsaitdən Western Haynesville-dəki 545 min xalis akr ərazinin işlənməsi daxil olmaqla ümumi korporativ məqsədlər üçün istifadə edə bilər.

Bununla yanaşı, “Comstock Resources” sövdələşməyə daxil olan bütün aktivlərin operatoru olaraq qalacaq. Şirkət “Pinnacle Gas Services”də də nəzarət payını saxlayacaq və əməliyyatdan sonra buradakı payı 62% təşkil edəcək.

“S&P” eyni zamanda “Comstock Resources”un əsas səhmdarı Jerry Jones-la Haynesville şistində qazma üzrə birgə layihəsini də müsbət qiymətləndirib. Layihə çərçivəsində Jones ailəsinə məxsus tərəfdaşlıq növbəti 12 ayda 27 quyunun qazılması və tamamlanması xərclərinin 80-85%-ni maliyyələşdirəcək. Layihənin ümumi dəyərinin təxminən 450 milyon dollar olacağı gözlənilir.

Agentlik hesab edir ki, bu layihə Legacy Haynesville-də hasilatın maliyyələşdirilməsinə, Western Haynesville-də geniş ərazilərin işlənməsinin davam etdirilməsinə və “Pinnacle Gas Services” üçün əlavə qaz həcmlərinin təmin olunmasına kömək edəcək. Eyni zamanda, “Comstock Resources”un ilkin kapital xərclərini azaldaraq şirkətin balansını gücləndirəcək.

“S&P” SOCAR-la sövdələşməni kredit baxımından müsbət qiymətləndirsə də, “Comstock Resources”un “B” emitent kredit reytinqini və “stabil” proqnozunu dəyişməyib. Agentlik bunu sövdələşmənin hələ yekun şəkildə imzalanmaması və şirkətin kredit göstəricilərinin təbii qaz qiymətlərindən yüksək dərəcədə asılı qalması ilə əsaslandırıb.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

© APA

04.09.2026 12:54
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19