“Unicapital” dövriyyəsini 3,6 dəfə, “İnvest-Az” isə 3 dəfə artırıb - Birja üzvlərinin yeni reytinqi
2026-cı ilin yanvar-avqust aylarında Bakı Fond Birjasında birja üzvlərinin dövriyyəsinə görə lider dəyişib.
Marja.az Bakı Fond Birjasının məlumatlarına əsasən xəbər verir ki, “ABB İnvest İnvestisiya Şirkəti” QSC 24 milyard 457 milyon manatlıq əməliyyat həcmi ilə birinci yerə yüksəlib.
2025-ci ilin eyni dövründə “ABB İnvest”in dövriyyəsi 23 milyard 978 milyon manat təşkil etmişdi. Beləliklə, şirkətin dövriyyəsi illik müqayisədə 479 milyon manat və ya 2% artıb.
Ötən ilin ilk 8 ayında 28 milyard 391 milyon manatlıq dövriyyə ilə bazarın lideri olan “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-də isə göstərici 2026-cı ilin yanvar-avqust aylarında 9 milyard 786 milyon manata düşüb. Beləliklə, “PAŞA Kapital”ın birja dövriyyəsi 18 milyard 605 milyon manat və ya 65,5% azalıb və şirkət ikinci pilləyə geriləyib.
“Unicapital” 7-ci yerdən 3-cü yerə yüksəlib
Ən böyük artımlardan biri “Unicapital İnvestisiya Şirkəti” ASC-də qeydə alınıb. Şirkətin dövriyyəsi 2025-ci ilin yanvar-avqust aylarındakı 1 milyard 454 milyon manatdan 2026-cı ilin eyni dövründə 5 milyard 214 milyon manata yüksəlib. Artım 3 milyard 761 milyon manat və ya 258,7% təşkil edib. Bunun nəticəsində “Unicapital” reytinqdə 7-ci yerdən 3-cü yerə qalxıb.
“İnvest-Az İnvestisiya Şirkəti” QSC-nin dövriyyəsi də 1 milyard 641 milyon manatdan 4 milyard 835 milyon manata yüksəlib. Şirkətdə illik artım 194,7% olub və “İnvest-Az” 6-cı yerdən 4-cü yerə yüksəlib.
“CPM-İnvest İnvestisiya Şirkəti” QSC-nin dövriyyəsi 36,9% artaraq 3 milyard 485 milyon manatdan 4 milyard 769 milyon manata çatıb. Buna baxmayaraq, şirkət reytinqdə 3-cü yerdən 5-ci yerə düşüb.
“İnno Kapital” dövriyyəsini 4 dəfədən çox artırıb
“İnno Kapital İnvestisiya Şirkəti” ASC-nin əməliyyat həcmi 184 milyon manatdan 813 milyon manata yüksəlib. Bu, 341,9% artım deməkdir.
“Assist Finance İnvestisiya Şirkəti” ASC-də isə dövriyyə 3 milyard 83 milyon manatdan 2 milyard 511 milyon manata düşərək 18,5% azalıb.
Digər tərəfdən, “Xalq Kapital”ın dövriyyəsi 1 milyard 854 milyon manatdan 240,4 milyon manata enib. Azalma 87% təşkil edib.
“Capital Partners”da dövriyyə 63,2%, “Troni”də 63,6%, “MFX Trading”də 70,2%, “CFI Financial”da isə 88,7% azalıb.
Əqdlərin sayında “PAŞA Kapital” öndədir
Dövriyyə üzrə “ABB İnvest” lider olsa da, əqdlərin sayına görə “PAŞA Kapital” birinci yerdədir.
2026-cı ilin ilk 8 ayında “PAŞA Kapital” vasitəsilə 47 656 əqd həyata keçirilib. 2025-ci ilin eyni dövründə bu göstərici 5 669 idi. Beləliklə, əqdlərin sayı 8,4 dəfə artıb.
“ABB İnvest”də əqdlərin sayı 17 242-dən 22 605-ə, “Troni”də 4 325-dən 6 907-yə, “İnvest-Az”da isə 1 066-dan 3 960-a yüksəlib.
Müştərilərin xəbərləri
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 saat sonra
-
48 d. əvvəl
Tabitə və telekommunikasiya sahəsində vahid rəqəmsal platforma formalaşdırılır - “Rəqəmsal rabitə”
-
-
52 d. əvvəl
Bank Respublika 2026-cı ilin üçüncü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
-
1 saat əvvəl
Bank Respublika 9 ayda 50 milyon manat qazanıb – Mənfəəti 16,5% artıb
-
1 saat əvvəl
20 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub - SİYAHI, YENİLƏNİR
-
1 saat əvvəl
Mərkəzi Bank: Gündəlik 20 min manatlıq kart köçürmələri şübhə yarada bilər
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mərkəzi Bank BOKT-ların banklardan asılılığını azaltmaq istəyir
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda ani ödənişlərin sayı 25 dəfə artıb – Mərkəzi Bank rekord göstəricilər açıqladı
-
2 saat əvvəl
Birbank Invest vasitəsilə “EmbaFinans” BOKT istiqrazlarına investisiya etmək imkanı ®
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
13%-lik istiqrazları 71 investor aldı
Birbank Invest vasitəsilə “EmbaFinans” BOKT istiqrazlarına investisiya etmək imkanı ®
“Azər Türk Bank”ın xalis mənfəəti 62% artıb – Aktivləri 2,2 milyard manata yaxınlaşıb
Ən çox oxunanlar
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
ATB-nin xalis mənfəəti 62% artıb
CineMastercard Bakı hava limanının uçuş zonasında kinoteatr açıb ®
Oktyabrın 16-da gözlənilən hava şəraiti
























