İnvestorlar iPhone təqdimatında nələrə diqqət yetirəcəklər?
Apple tarixinin ən bahalı iPhone-u gəlirApple bu gün “Surprise and shine” tədbirini keçirəcək. Bank of America-nın fikrincə, Con Ternusun Apple şirkətinin baş icraçı direktoru (CEO) kimi qatılacağı ilk məhsul təqdimatında investorların diqqəti şirkətin ilk qatlanan iPhone modelinə, mümkün qiymət artımlarına və yeni iPhone-ların satışa çıxarılma qrafikindəki dəyişikliklərə yönələcək.
Marja xəbər verir ki, Apple səhmləri üzrə “Al” tövsiyəsi və 380 dollar hədəf qiyməti müəyyən edən Bank of America analitiki Vamsi Mohanın sözlərinə görə, əsas diqqət qatlanan iPhone-a, Pro modellərinin qiymətlərində əhəmiyyətli artıma və daha ucuz iPhone 18 modellərinin təqdimatının 2027-ci ilin yazına keçirilməsinə yönələcək.
Mediada yayılan məlumatlara görə, “Fold” və ya “Ultra” adlandırılması ehtimal edilən qatlanan iPhone-un başlanğıc qiyməti 2099 dollar təşkil edəcək. Beləliklə, bu model Apple tarixinin ən bahalı iPhone-u ola bilər. Reuters-in 8 sentyabr tarixli ayrıca materialında isə qiymətin 2 500 dollardan yuxarı ola biləcəyi qeyd edilir
Mohan yaddaş və məlumat saxlama komponentlərinin bahalaşması səbəbindən iPhone 18 Pro və iPhone 18 Pro Max modellərinin qiymətlərinin 150-200 dollar artırılacağını gözləyir.
Analitik qeyd edib ki, baza iPhone 18, iPhone 18 Air və iPhone 18e modellərinin təqdimatının yaz mövsümünə keçirilməsi Apple-ın ənənəvi təqdimat qrafikində ciddi dəyişiklik olacaq. Bu halda ilin sonundakı bayram alış-verişi mövsümündə satışda əsasən premium iPhone modelləri olacaq.
Mohan bildirib ki, təqdimatların iki mərhələyə bölünməsi daha bahalı modellərin satışdakı payını və orta satış qiymətini (ASP) yüksəldə bilər. Bununla yanaşı, qiymətə daha həssas olan istehlakçıların daha ucuz modellərin satışa çıxmasını gözləyərək telefonlarını yeniləməyi təxirə salması riski də yaranır.
Analitik həmçinin qeyd edib ki, Apple səhmləri əvvəlki təqdimatlardan dərhal sonra tez-tez “sell the news” (“xəbəri sat”) effekti ilə mülayim ucuzlaşma nümayiş etdirib, lakin sonrakı 30-60 gün ərzində yenidən bahalaşıb.
Mohanın fikrincə, üÜç yeni iPhone modelindən əlavə, Apple təqdimatda Apple Watch Series 12 və Apple Watch Ultra 4, AirPods 5 və yenilənmiş ağıllı ev məhsullarını da nümayiş etdirə bilər.
Yeni üç iPhone modelinin hamısının iOS 27 əməliyyat sistemi ilə satışa çıxarılacağı gözlənilir.
Müştərilərin xəbərləri
“McDonald’s Azərbaycan” və DSMF-nin birgə layihəsi çərçivəsində “Zəfərin varisləri” proqramına start verilir - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
3 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
- 19 d. əvvəl
-
34 d. əvvəl
Şəhid ailələrinin rəsm əsərləri “PAŞA Real Estate Qrup”un dəstəyi ilə nümayiş etdirilib
- 45 d. əvvəl
- 55 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bakıda məşhur taksi xidməti yeni brend altında fəaliyyət göstərəcək
-
1 saat əvvəl
Noyabrın 7-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir
- 1 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Şəhid ailələrinin rəsm əsərləri “PAŞA Real Estate Qrup”un dəstəyi ilə nümayiş etdirilib
AccessBank QSC Trellix DLP üzrə tender elan edir ®
Azərbaycanın şüşə istehsalçısı Dubaydakı nəhəng tikinti layihələrini hədəfləyir – 70 yeni iş yeri yaradılacaq
Ən çox oxunanlar
Bakıda məşhur taksi xidməti yeni brend altında fəaliyyət göstərəcək
Noyabrın 7-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir
Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub
Cəbrayılda yeni içki zavodu açıldı – Prezident və birinci xanım açılışda iştirak etdilər
Leobank “Felis 2026”da qızıl mükafat qazanıb





















