Tikinti gözləmədən mənzil al - hazır evlər: gör, seç və köç ®
Yasamalda ev almaq istəyənlər üçün diqqətçəkən seçimlər – Hazır mənzillər satışdaMənzil almaq istəyənlərin düşündüyü əsas məsələlərdən biri də yeni evlərinə nə vaxt köçə biləcəkləridir. Ev seçərkən sahə, otaq sayı və lokasiya ilə yanaşı, mənzilin hazır olması da qərara təsir edir. Hazır mənzilin üstünlüyü isə sadədir: nə tikintinin tamamlanmasını gözləyirsən, nə də gələcək görünüşünü təsəvvür etməyə çalışırsan – mənzili görür, bəyənir və seçimini edirsən.
Bu baxımdan Park Yasamal yaşayış kompleksində hazır, tam təmirli mənzil axtaranlar üçün 2, 3 və 4 otaq, eləcə də studiya seçimlər təqdim olunur. Fərqli sahə və otaq sayında mənzillərlə yanaşı, bağçalı və terraslı mənzil variantları da mövcuddur. Bina evində belə açıq məkanın olması isə gündəlik həyata əlavə rahatlıq gətirir – istirahət etmək, uşaqlar üçün oyun sahəsi yaratmaq və ya sadəcə açıq havadan zövq almaq üçün şəxsi məkanın olur. Bundan əlavə tikintisi davam edən binalardan da seçim edə bilərsiniz.

Mənzillər tam təmirli şəkildə təhvil verilir. Təmir zamanı Avropa brendlərinin məhsullarından istifadə olunur: “HARO” parketləri, “GEWISS” elektrik açarları, “Prysmian” yanmayan kabelləri, “Zambaiti Parati” divar kağızları, “GROHE” hamam aksesuarları və “Infinity” keramoqranitləri. Bu isə mənzilə köçdükdən sonra əlavə təmir prosesi və vaxt itkisi ilə məşğul olmadan yeni evinə yerləşməyə imkan verir.

Park Yasamal böyük yaşayış kompleksinin davamı olaraq sakinlərin gündəlik ehtiyaclarını nəzərə alan imkanlarla əhatələnib. Göl ətrafında istirahət zonaları, geniş yaşıl park, futbol meydançası, özəl uşaq bağçası, 24/7 kamera-nəzarət sistemi və təhlükəsiz avtodayanacaq kompleksin əsas üstünlüklərindəndir.
Kompleks Yasamal rayonunda, 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin yaxınlığında, şəhərin müxtəlif istiqamətlərinə rahat çıxış imkanı verən ərazidə yerləşir. Ətraf ərazidə gündəlik həyat üçün lazım olan imkanlar da mövcuddur. Bundan əlavə, uzun illər “Qanlı göl” kimi tanınan su hövzəsinin ətrafında abadlaşdırma və yenidənqurma işlərinin aparılması, ərazinin müasir şəhər parkı konsepsiyası əsasında inkişaf etdirilməsi planlaşdırılır.
Mənzil almaq üçün ödəniş imkanları da müxtəlifdir. 36 ayadək daxili kredit, 20 ilədək ipoteka krediti, həmçinin “Kristal”ın hissəli alış modeli ilə mənzilə aylıq öhdəlik və faiz olmadan, mərhələli şəkildə sahib olmaq mümkündür. İstədiyin sahəni bu gündən kvadrat-kvadrat alaraq gələcəyinə yatırım edə bilərsən.

Bəlkə də axtardığın mənzil artıq hazırdır. Sadəcə gəlib görmək və seçmək qalır.
Park Yasamalda hazır mənzillərlə tanış olmaq üçün “Kristal”ın satış ofisinə yaxınlaşa və ya *1544-ə zəng edə bilərsən.
Ətraflı: *1544
Ünvan: Yasamal rayonu, Kamil Rəhimli küçəsi
Müştərilərin xəbərləri
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 saat sonra
-
47 d. əvvəl
Tabitə və telekommunikasiya sahəsində vahid rəqəmsal platforma formalaşdırılır - “Rəqəmsal rabitə”
-
-
51 d. əvvəl
Bank Respublika 2026-cı ilin üçüncü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
-
1 saat əvvəl
Bank Respublika 9 ayda 50 milyon manat qazanıb – Mənfəəti 16,5% artıb
-
1 saat əvvəl
20 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub - SİYAHI, YENİLƏNİR
-
1 saat əvvəl
Mərkəzi Bank: Gündəlik 20 min manatlıq kart köçürmələri şübhə yarada bilər
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mərkəzi Bank BOKT-ların banklardan asılılığını azaltmaq istəyir
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda ani ödənişlərin sayı 25 dəfə artıb – Mərkəzi Bank rekord göstəricilər açıqladı
-
2 saat əvvəl
Birbank Invest vasitəsilə “EmbaFinans” BOKT istiqrazlarına investisiya etmək imkanı ®
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
13%-lik istiqrazları 71 investor aldı
Birbank Invest vasitəsilə “EmbaFinans” BOKT istiqrazlarına investisiya etmək imkanı ®
“Azər Türk Bank”ın xalis mənfəəti 62% artıb – Aktivləri 2,2 milyard manata yaxınlaşıb
Ən çox oxunanlar
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
ATB-nin xalis mənfəəti 62% artıb
CineMastercard Bakı hava limanının uçuş zonasında kinoteatr açıb ®
Oktyabrın 16-da gözlənilən hava şəraiti
























