“Access Bank”ın müştərilərini nə gözləyir? — Ekspertdən AÇIQLAMA
“Bank Respublika” ASC və “Access Bank” QSC-nin səhmdarları “Bank Respublika”nın “Access Bank”ın səhmlərinin 100 %-ni almasını nəzərdə tutan strateji əqdin əsas şərtlərini təsdiqləyiblər. Əqdin bu ilin noyabr ayına qədər tamamlanması planlaşdırılır. Bu prosesin bankların müştərilərinə, əmanətçilərinə və kredit götürən şəxslərə necə təsir edəcəyi maraq doğurur.
Mövzu ilə bağlı açıqlamasında maliyyəçi-ekspert Namiq Hüseynov bildirib ki, “Bank Respublika”nın “Access Bank”ı alması ilkin mərhələdə əməliyyat proseslərinə təsir etməyəcək.
"Sadəcə 2-cinin filial şəbəkəsi 1-cinin brendi altında fəaliyyət göstərəcək. Əmanət və kredit müqavilələri də, şərtlərdə xüsusi hallar nəzərdə tutulmayıbsa, olduğu kimi qüvvədə qalacaq. Yəni, “Bank Respublika” “Access Bank”ın həm aktivlərini, həm də öhdəliklərini əldə edir. Bu da o deməkdir ki, “Bank Respublika” “Access Bank”ın əmanətçilər qarşısındakı öhdəliklərinə əməl etməlidir, eyni zamanda “Access Bank” qarşısında öhdəliyi olanlar, yəni, bu bankdan kredit götürənlər bundan sonra “Bank Respublika” qarşısında məsuliyyət daşıyacaqlar. Bu, təxminən hansısa lisenziyası ləğv edilmiş bankın aktiv və öhdəliklərinin Əmanətlərin Sığortalanması Fonduna keçməsi deməkdir. Yəni, “Access Bank”ın əmanətçiləri bilməlidirlər ki, onların verdiyi pullar batmır, borclular isə bilməlidirlər ki, onlara verilmiş pulları qaytarmalıdırlar."
Ekspert qeyd edib ki, tədricən “Access Bank”dakı bütün müştəri hesabları “Bank Respublika”ya keçiriləcək, rekvizitlərin yenilənməsi mümkündür və bu, baş verdiyi halda, müştərilərə əvvəlcədən məlumat veriləcək. “Access Bank”ın kartları da tədricən “Bank Respublika”nın kartları ilə əvəz oluna bilər. Tariflərin də yenilənməsi mümkündür və bu barədə də müştərilər əvvəlcədən məlumatlandırılacaqlar.
"Optimallaşdırma işlərinin aparılacağını gözləmək olar. Yəni, eyni ərazidə “Bank Respublika” və “Access Bank”ın bir-birinə yaxın filialları varsa, onlardan biri saxlanıla, hesablar bir filiala cəmləşdirilə bilər. Bu, halda kimlərinsə ixtisara düşməsi mümkündür. Eyni zamanda “Access Bank”ın baş ofisindəki departamentlər ləğv olunacaq. Bu bankın menecmentinə daxil olan şəxslərin bir qismi “Bank Respublika”ın baş ofisində öz statusuna uyğun işlə təmin oluna bilər. Amma istənilən halda, bu proseslər müştərilərə təsir etməyəcək."
Namiq Hüseynov vurğulayıb ki, səhmlərlə bağlı məsələyə gəlincə, burada söhbət “Access Bank”da payı olan investorların Azərbaycandakı biznesini “Bank Respublika”nın komandasına etibar etməsindən gedir.
"Çünki, açıqlamada qeyd olunub ki, "Access Bank"ın mövcud səhmdarları "Bank Respublika"nın nizamnamə kapitalının ümumilikdə 25 %-ni təşkil edən, yeni buraxılacaq imtiyazlı səhmləri əldə edərək onun səhmdarlarına çevriləcəklər. Yəni, “Access Bank”dakı xarici investorlar sadəcə Bankı satıb Azərbaycandan getmirlər. Onlar bizim bank sektorumuzda qalırlar, amma bu bizneslə “Bank Respublika”nın səhmdarları kimi məşğul olacaqlar. Bu da o deməkdir ki, “Bank Respublika”nın mövcud səhmdarları yenidən təşkil olunan bankda ümumilikdə 75% paya malik olacaqlar. Amma istənilən halda, onların (Quliyevlər ailəsinin) sözü həlledici olacaq."
© "Plat"
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 17 d. əvvəl
-
44 d. əvvəl
Azərbaycanda qızıl hasil edən şirkət istehsalı artırıb – Satış qiyməti 24% yüksəlib
-
-
59 d. əvvəl
Azərbaycan–Qırğız İnkişaf Fondunun kapitalının ikiqat artırılması parlamentdən keçib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
1 saat əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 1 saat əvvəl
-
1 saat əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 2 saat əvvəl
-
2 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Çin şirkətləri Azərbaycanda istixanalar, heyvandarlıq və emal müəssisələri yaratmağı nəzərdən keçirirlər
Ən çox oxunanlar
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
21 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub
13%-lik istiqrazları 71 investor aldı

























