Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun ®
Bakcell-dən yeni təklif: Modem alın, ilk abunə haqqını ödəməyinBakcell abunəçilərinə internetdən rahat və çevik istifadə imkanı yaradan Wi-Fi internet paketlərini təqdim edir. Belə ki, Bakcell-dən Wi-Fi modemini əldə edən abunəçilərə seçdikləri internet paketinin ilk abunəliyi çərçivəsində 100 GB-dək internet pulsuz təqdim olunur.
Fərqli internet ehtiyaclarına uyğun olaraq, abunəçilər 20 GB, 50 GB və 100 GB həcmində üç əsas paket arasından seçim edə bilərlər. Abunəçilərə seçdikləri paketin ilk abunə haqqı hədiyyə edilir.
İnternet həcmini artırmaq istəyən abunəçilər üçün əlavə paketlər də mövcuddur. Əsas paket aktiv olduğu müddətdə abunəçilər 5 GB, 10 GB və 15 GB həcmində əlavə internet paketlərindən yararlana bilərlər.
Wi-Fi modemini əldə edən hər bir abunəçiyə modemlə birlikdə SIM kart da təqdim olunur. SIM kartın qiyməti modemə daxildir və bunun üçün əlavə ödəniş tələb olunmur. Abunəçi SIM kartı modemə yerləşdirdikdən sonra internet paketini Bakcell tətbiqi vasitəsilə aktivləşdirə bilər.
Bakcell-in yeni Wi-Fi internet paketləri və təklifin şərtləri haqqında ətraflı məlumatı şirkətin rəsmi saytı, Müştəri Xidmətləri Mərkəzləri və dilerlərdən əldə etmək mümkündür.
Bakcell haqqında
Bakcell Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
Bakcell müxtəlif ölkələrdə və sahələrdə fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibində olan Azerconnect Group-a daxildir.
Müştərilərin xəbərləri
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 saat sonra
-
13 d. əvvəl
Tabitə və telekommunikasiya sahəsində vahid rəqəmsal platforma formalaşdırılır - “Rəqəmsal rabitə”
-
-
17 d. əvvəl
Bank Respublika 2026-cı ilin üçüncü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
-
37 d. əvvəl
Bank Respublika 9 ayda 50 milyon manat qazanıb – Mənfəəti 16,5% artıb
-
37 d. əvvəl
20 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub - SİYAHI, YENİLƏNİR
-
1 saat əvvəl
Mərkəzi Bank: Gündəlik 20 min manatlıq kart köçürmələri şübhə yarada bilər
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mərkəzi Bank BOKT-ların banklardan asılılığını azaltmaq istəyir
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda ani ödənişlərin sayı 25 dəfə artıb – Mərkəzi Bank rekord göstəricilər açıqladı
-
1 saat əvvəl
Birbank Invest vasitəsilə “EmbaFinans” BOKT istiqrazlarına investisiya etmək imkanı ®
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
13%-lik istiqrazları 71 investor aldı
Birbank Invest vasitəsilə “EmbaFinans” BOKT istiqrazlarına investisiya etmək imkanı ®
“Azər Türk Bank”ın xalis mənfəəti 62% artıb – Aktivləri 2,2 milyard manata yaxınlaşıb
Ən çox oxunanlar
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
ATB-nin xalis mənfəəti 62% artıb
CineMastercard Bakı hava limanının uçuş zonasında kinoteatr açıb ®
Oktyabrın 16-da gözlənilən hava şəraiti

























