İran: Yeni hücum olarsa, müharibənin coğrafiyasını dəyişəcəyik
"Yeni silahları döyüş meydanına çıxaracağıq və dünya təəccüblənəcək"İran İslam İnqilabı Keşikçiləri Korpusunun sözçüsü Hüseyn Muhibbi ABŞ-ın İrana qarşı mümkün yeni hücumu ilə bağlı sərt açıqlamalar verib.
Marja xəbər verir ki, Muhibbi televiziya proqramında çıxışı zamanı ABŞ və İsrailin İrana qarşı yeni hücum ehtimalını dəyərləndirib.
“Əgər yeni hücum olarsa, müdafiəmiz və hücumlarımız ciddi şəkildə dəyişəcək. Yeni hücum baş verərsə, silahları və müharibənin coğrafiyasını dəyişəcəyik. Yeni imkanlarla təchiz edilmiş yeni silahları döyüş meydanına çıxaracağıq və dünya təəccüblənəcək. Hədəflərimiz əvvəlki hədəflər deyil. İndiyədək hücuma məruz qalmamış yeni hədəflər müəyyən etmişik”, – Muhibbi bildirib.
İranın uzunmüddətli müharibəyə hazır olduğunu deyən sözçü qeyd edib ki, Tehran münaqişənin müxtəlif mərhələlərdə davam edə biləcəyini nəzərə alır.
“Bizim fikrimizcə, müharibənin müxtəlif mərhələləri olur. Müharibə bitmir, davam edir. İnqilab Keşikçiləri müharibəyə onsuz da hazır idi, indi isə daha da hazırlıqlıdır”, – o deyib.
“Regionda yeni nizamı İran müəyyən edir” iddiası
Muhibbi bildirib ki, İnqilab Keşikçiləri Korpusu indiyədək ABŞ ilə birbaşa əlaqə saxlamayıb və silahlı qüvvələr diplomatik proseslərdə iştirak etmir. Onun sözlərinə görə, ordunun əsas vəzifəsi ölkənin müdafiəsidir.
O, həmçinin ABŞ-ın regiondakı hegemonluğunun başa çatdığını və yeni regional nizamın Vaşinqton deyil, Tehran tərəfindən müəyyən edildiyini iddia edib.
Muhibbi ABŞ-ın uzun illər yüksək müdafiə imkanlarına malik olması təsəvvürü yaradaraq region ölkələrində hərbi bazalar qurduğunu söyləyib. O, həmin bazaların İran tərəfindən vurulduğunu və istifadəyə yararsız vəziyyətə gətirildiyini də iddia edib.
XXX
ABŞ Prezidenti Donald Tramp bu həftə BMT Baş Assambleyası çərçivəsində İran Prezidenti Məsud Pezeşkianla görüşməyə açıq ola biləcəyini bildirib.
Fox News-un Tramp ilə müsahibəsinə istinadən yaydığı məlumata görə, ABŞ Prezidenti İranla bağlı hazırda “qərar vermə mərhələsində” olduğunu deyib. Tramp, həmçinin İran məsələsində “çox da uzaq olmayan gələcəkdə böyük hadisələrin” baş verə biləcəyini bildirib. O, Tehranın davranışı ilə bağlı sərt ifadələr işlədib. Trampın Pezeşkianla BMT Baş Assambleyası çərçivəsində görüşə “yəqin ki, açıq” olacağını bildirməsi digər mənbələr tərəfindən də təsdiqlənib.
Bazar iştirakçıları ABŞ-İran müharibəsinin dayandırılmasına yönəlmiş diplomatik səyləri, eləcə də yüklərin Hörmüz boğazından keçməyə davam etdiyini göstərən məlumatları izləyirlər.
Bu fonda Brent markalı neftin bir barelinin qiyməti 102 dollardan aşağı düşüb, ABŞ-ın WTI markalı xam nefti isə 98 dollar ətrafında ticarət olunub.
ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuperin sözlərinə görə, son iki həftə ərzində Hörmüz boğazı vasitəsilə xam neft və mayeləşdirilmiş təbii qazın daşınması son altı ayın ən yüksək səviyyəsinə çatıb. Kuper videomüraciətində boğazın əsas tranzit marşrutlarının minalardan təmizləndiyini və Fars körfəzindəki müttəfiqlərin “son bir neçə ay ərzində” bu marşrutla 1 milyard bareldən çox xam neft daşıdığını bildirib.
Guotai Junan Futures şirkətinin baş neft analitiki Xuyi Zhao bildirib ki, bazar tədarük şəraitinin pisləşdiyi mərhələdən çatışmazlığın ən ağır dövrünün geridə qala biləcəyi yeni mərhələyə keçir.
Bununla belə, analitik neft qiymətlərində davamlı eniş üçün zəruri şərtlərin hələ formalaşmadığını və Brent neftinin 100 dollar ətrafında sabitləşə biləcəyini qeyd edib.
Bu arada, Qətərin energetika naziri Saad Əl-Kaabi ABŞ-ın maliyyə naziri Skott Bessentin strateji əhəmiyyətli Hörmüz boğazının iki il ərzində əhəmiyyətini itirəcəyi barədə fikri ilə razılaşmayıb. Əl-Kaabi bazar günü Nyu-Yorkda keçirilən Qətər İqtisadi Forumunda çıxışı zamanı bildirib ki, bu, Bessentin şəxsi mövqeyi ola bilər, lakin onun fikrincə, belə yanaşma yanlışdır.
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 saat sonra
- 11 d. əvvəl
-
-
22 d. əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 26 d. əvvəl
-
1 saat əvvəl
Tabitə və telekommunikasiya sahəsində vahid rəqəmsal platforma formalaşdırılır - “Rəqəmsal rabitə”
-
1 saat əvvəl
Bank Respublika 2026-cı ilin üçüncü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
-
1 saat əvvəl
Bank Respublika 9 ayda 50 milyon manat qazanıb – Mənfəəti 16,5% artıb
-
1 saat əvvəl
20 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub - SİYAHI, YENİLƏNİR
-
2 saat əvvəl
Mərkəzi Bank: Gündəlik 20 min manatlıq kart köçürmələri şübhə yarada bilər
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mərkəzi Bank BOKT-ların banklardan asılılığını azaltmaq istəyir
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
13%-lik istiqrazları 71 investor aldı
Ən çox oxunanlar
Mərkəzi Bank BOKT-ların banklardan asılılığını azaltmaq istəyir
Birbank Invest vasitəsilə “EmbaFinans” BOKT istiqrazlarına investisiya etmək imkanı ®
“Azər Türk Bank”ın xalis mənfəəti 62% artıb – Aktivləri 2,2 milyard manata yaxınlaşıb
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
ATB-nin xalis mənfəəti 62% artıb
CineMastercard Bakı hava limanının uçuş zonasında kinoteatr açıb ®
























