“Baku ID 2026” innovasiya festivalı başa çatıb
12 startap qalib olub. Qazaxıstanlı təsisçilərin yaratdığı “4sell.ai” startapı yarışın qalibi olub və noyabrın 6-da San-Fransiskoda keçiriləcək “Startup World Cup Grand Finale”da iştirak etmək hüququ qazanıb. Sentyabrın 17-18-də SABAH.city innovasiya şəhərciyində keçirilən regionun aparıcı innovasiya festivalı “Baku ID 2026” başa çatıb.
İki günlük proqramın yerli və beynəlxalq spikerləri sırasında Türk Dövlətləri Təşkilatının Macarıstandakı nümayəndəliyinin rəhbəri, səfir Balázs Hendrich, Zanzibar İnqilabi Hökumətinin Təhsil və Peşə Təlimi Nazirliyinin baş katibi Khamis Said Abdalla, MEVP vençur fondunun həmtəsisçisi və baş icraçı direktoru Walid Mansour, “Founder One”ın həmtəsisçisi və tərəfdaşı Sina Afra, “Astana Hub”ın idarəedici direktoru Tanat Uskembayev və “Ukraine Phoenix Tech Fund”ın idarəedici tərəfdaşı və həmtəsisçisi Dominique Piotet yer alıblar.
Yerli ekosistemi Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru Fariz Cəfərov, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin innovasiya ekosisteminin inkişafı departamentinin rəhbəri Taleh Kərimli, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin müdiri Ramik Quliyev, SOCAR-ın Strateji idarəetmə və innovasiyalar departamentinin rəhbəri Teymur Əliyev və digər spikerlər təmsil ediblər.
“Baku ID 2026” həmçinin beynəlxalq startap yarışması “Startup World Cup”ın Azərbaycan Regional Finalına ev sahibliyi edib. “Pegasus Tech Ventures” tərəfindən yaradılan qlobal yarışın regional finalı Türk Hava Yollarının rəsmi səyahət tərəfdaşlığı ilə SABAH.angels tərəfindən təşkil olunub.
20 ölkədən ümumilikdə 160 müraciətin daxil olduğu yarışın seçim prosesi beynəlxalq münsiflər heyəti tərəfindən aparılıb. Finalda 10 startap öz layihələrini investor və ekspertlər qarşısında təqdim edib. Qazaxıstanlı təsisçilərin yaratdığı “4sell.ai” startapı yarışın qalibi olub və noyabrın 6-da San-Fransiskoda keçiriləcək “Startup World Cup Grand Finale”da iştirak etmək hüququ qazanıb. Bu nəticə “Baku ID”nin region ölkələrinin innovasiya ekosistemləri arasında körpü yaradan platforma rolunu bir daha nümayiş etdirib.
Festivalın ikinci günündə keçirilən “NEXUS Awards” mərasimi tədbirin kulminasiya nöqtəsi olub. Regionun perspektivli startaplarını, investorlarını və innovasiya ekosisteminin digər iştirakçılarını önə çıxaran mükafat çərçivəsində bu il 15 kateqoriya üzrə 80 startap mübarizə aparıb, açıq səsvermədə isə 100 mindən çox səs toplanıb. Ümumilikdə 12 startap qalib elan olunub.
Qaliblər sırasında “AI Startup of the Year” kateqoriyası üzrə “Forg3t Protocol”, “FinTech Startup of the Year” kateqoriyası üzrə “Ayan Capital” və “Paypercut”, “Health and Wellness Startup of the Year” kateqoriyası üzrə “Wellbees”, “EdTech Startup of the Year” kateqoriyası üzrə “Jusoor Labs”, “Mobility & Logistics Startup of the Year” kateqoriyası üzrə isə “Fuelin” yer alıb. “Middle East Venture Partners” (MEVP) “Venture Capital Fund of the Year” seçilib, Sina Afra isə “Special Recognition Award” ilə təltif olunub.
Tədbir çərçivəsində SABAH.HUB, SABAH.fund və Türkiyənin “AI Startup Factory” platforması arasında əməkdaşlıq memorandumu da imzalanıb. Memorandum startapların inkişafının dəstəklənməsini və investisiya əməkdaşlığının genişləndirilməsini nəzərdə tutur.
“Startup World Cup”ın Azərbaycan Regional Finalı, “NEXUS Awards”ın nəticələri və imzalanan əməkdaşlıq memorandumu “Baku ID 2026”nın regional startap əlaqələrinin və investisiya əməkdaşlığının inkişafına xidmət edən platforma kimi əhəmiyyətini bir daha göstərib.
Qeyd edək ki, “Baku ID 2026”nın strateji tərəfdaşları Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, PAŞA Holding, SOCAR və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzidir (4SİM). Festivalın əsas tərəfdaşları isə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və “TIMES” şirkətidir.
Festival haqqında ətraflı məlumatıbakuid.com saytından və “Baku ID”nin rəsmi sosial media hesablarından əldə etmək mümkündür.
Müştərilərin xəbərləri
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 saat sonra
-
13 d. əvvəl
Tabitə və telekommunikasiya sahəsində vahid rəqəmsal platforma formalaşdırılır - “Rəqəmsal rabitə”
-
-
17 d. əvvəl
Bank Respublika 2026-cı ilin üçüncü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
-
37 d. əvvəl
Bank Respublika 9 ayda 50 milyon manat qazanıb – Mənfəəti 16,5% artıb
-
38 d. əvvəl
20 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub - SİYAHI, YENİLƏNİR
-
1 saat əvvəl
Mərkəzi Bank: Gündəlik 20 min manatlıq kart köçürmələri şübhə yarada bilər
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mərkəzi Bank BOKT-ların banklardan asılılığını azaltmaq istəyir
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda ani ödənişlərin sayı 25 dəfə artıb – Mərkəzi Bank rekord göstəricilər açıqladı
-
1 saat əvvəl
Birbank Invest vasitəsilə “EmbaFinans” BOKT istiqrazlarına investisiya etmək imkanı ®
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
13%-lik istiqrazları 71 investor aldı
Birbank Invest vasitəsilə “EmbaFinans” BOKT istiqrazlarına investisiya etmək imkanı ®
“Azər Türk Bank”ın xalis mənfəəti 62% artıb – Aktivləri 2,2 milyard manata yaxınlaşıb
Ən çox oxunanlar
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
ATB-nin xalis mənfəəti 62% artıb
CineMastercard Bakı hava limanının uçuş zonasında kinoteatr açıb ®
Oktyabrın 16-da gözlənilən hava şəraiti

























