AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar ®
Asiya İnkişaf Bankının Direktorlar Şurasının üzvləri Bank Respublika-nın dəstəklədiyi sahibkarların təsərrüfatlarını ziyarət ediblərBank Respublika-nın beynəlxalq maliyyə təşkilatları ilə uğurlu əməkdaşlığı regionlarda sahibkarlığın inkişafına və bizneslərin maliyyə imkanlarının genişlənməsinə töhfə verməkdə davam edir.
Asiya İnkişaf Bankının (AİB) Direktorlar Şurasının üzvləri Azərbaycana səfərləri çərçivəsində Gəncə şəhərində Bank Respublika-nın maliyyə dəstəyi ilə fəaliyyətlərini uğurla inkişaf etdirən sahibkarlarla görüşüblər.
Bank Respublika rəhbərliyinin də iştirak etdiyi səfər zamanı qonaqlar AİB tərəfindən ayrılmış kredit vəsaitləri hesabına Bank Respublika-nın maliyyələşdirdiyi sahibkarların təsərrüfatlarını ziyarət edərək onların fəaliyyəti, əldə etdikləri nəticələr və gələcək inkişaf planları ilə yaxından tanış olublar.
Görüş beynəlxalq maliyyə resurslarının real sektora yönəldilməsinin və yerli sahibkarlığın inkişafına verdiyi töhfələrin yerində müşahidə olunması baxımından əhəmiyyət daşıyıb.
Bank Respublika beynəlxalq tərəfdaşlıq imkanlarından istifadə etməklə mikro, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsini genişləndirməyi, yerli bizneslərin dayanıqlı inkişafını təşviq etməyi və ölkə iqtisadiyyatına töhfəsini artırmağı hədəfləyir.
Müştərilərin xəbərləri
“McDonald’s Azərbaycan” və DSMF-nin birgə layihəsi çərçivəsində “Zəfərin varisləri” proqramına start verilir - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
3 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
- 11 d. əvvəl
-
26 d. əvvəl
Şəhid ailələrinin rəsm əsərləri “PAŞA Real Estate Qrup”un dəstəyi ilə nümayiş etdirilib
- 37 d. əvvəl
- 47 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bakıda məşhur taksi xidməti yeni brend altında fəaliyyət göstərəcək
-
1 saat əvvəl
Noyabrın 7-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir
- 1 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Şəhid ailələrinin rəsm əsərləri “PAŞA Real Estate Qrup”un dəstəyi ilə nümayiş etdirilib
AccessBank QSC Trellix DLP üzrə tender elan edir ®
Azərbaycanın şüşə istehsalçısı Dubaydakı nəhəng tikinti layihələrini hədəfləyir – 70 yeni iş yeri yaradılacaq
Ən çox oxunanlar
Bakıda məşhur taksi xidməti yeni brend altında fəaliyyət göstərəcək
Noyabrın 7-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir
Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub
Cəbrayılda yeni içki zavodu açıldı – Prezident və birinci xanım açılışda iştirak etdilər
Leobank “Felis 2026”da qızıl mükafat qazanıb






















