PAŞA Kapital və UNEC arasında Əməkdaşlıq Memorandumu imzalanıb
Azərbaycanın kapital bazarlarının inkişafında və investisiya ekosisteminin formalaşmasında xüsusi rolu olan PAŞA Kapital İnvestisiya Şirkəti və iqtisadiyyat, maliyyə və biznes istiqamətləri üzrə yüksəkixtisaslı kadrların hazırlanmasında aparıcı mövqeyə malik Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) arasında qarşılıqlı əməkdaşlığa dair memorandum imzalanıb.
Memorandumu PAŞA Kapitalın Baş İcraçı Direktoru İsi Mustafayev və UNEC-in rektoru, professor Ədalət Muradov imzalayıblar.
İmza mərasimində hər iki qurumun nümayəndələri iştirak edərək, əməkdaşlığın əsas istiqamətləri və gələcəkdə həyata keçirilə biləcək birgə təşəbbüslər ətrafında fikir mübadiləsi aparıblar.
Əməkdaşlığın əsas məqsədləri arasında tələbələrin nəzəri biliklərinin maliyyə və kapital bazarlarının praktiki təcrübəsi ilə tamamlanmasına, onların peşəkar bacarıqlarının inkişafına və maliyyə savadlılığının artırılmasına töhfə verməkdir.
Memorandum çərçivəsində UNEC-in maliyyə, biznesin idarə edilməsi, iqtisadiyyat, marketinq və digər uyğun ixtisaslaşmaları üzrə təhsil alan tələbələri üçün PAŞA Kapital-ın mütəxəssislərinin iştirakı ilə praktiki təlimlərin, seminarların, master-klassların və görüşlərin keçirilməsi nəzərdə tutulur.
Əməkdaşlıq, həmçinin tələbələrin istehsalat təcrübəsinin təşkilinə dəstək göstərilməsini, UNEC tələbələri və məzunları üçün karyera imkanlarının yaradılmasını, maliyyə savadlılığının artırılmasına yönəlmiş maarifləndirici tədbirlərin keçirilməsini, eləcə də korporativ sosial məsuliyyət çərçivəsində birgə təşəbbüslərin həyata keçirilməsini əhatə edir.
“PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin Baş İcraçı Direktoru İsi Mustafayev bildirib ki: “Əsas hədəflərimizdən biri kapital bazarını böyütmək və onun davamlı inkişafına töhfə verməkdir. Güclü kapital bazarının formalaşması üçün bu sahədə bilikli, müasir yanaşmalara sahib və praktiki bacarıqları olan mütəxəssislərin yetişdirilməsi vacibdir. UNEC ilə əməkdaşlıq çərçivəsində tələbələr üçün müxtəlif dillərində seminarların keçirilməsini, mütəxəssislərimizin bilik və praktiki təcrübələrini tələbələrlə bölüşməsini nəzərdə tuturuq..”
PAŞA Kapitalın Baş İcraçı Direktoru İsi Mustafayev bildirib:
“Kapital bazarının davamlı inkişafında peşəkar insan kapitalının formalaşdırılması xüsusi əhəmiyyət daşıyır. UNEC ilə əməkdaşlığımız vasitəsilə tələbələrin real bazar təcrübəsi ilə daha yaxından tanış olmasına, praktiki bilik və bacarıqlarını inkişaf etdirməsinə töhfə verməyi hədəfləyirik. İnanırıq ki, biznes və universitet əməkdaşlığının gücləndirilməsi maliyyə sektorunda gələcək mütəxəssislərin və liderlərin yetişməsinə dəstək olacaq.”
UNEC-in rektoru, professor Ədalət Muradov qarşılıqlı əməkdaşlığın tələbələrin iş həyatına praktiki hazırlığı baxımından əhəmiyyətini vurğulayıb:
“Universitet–biznes əməkdaşlığı müasir təhsil modelinin mühüm istiqamətlərindən biridir. PAŞA Kapital ilə qurulan əməkdaşlıq tələbələrimizin maliyyə və kapital bazarları üzrə nəzəri biliklərini real biznes təcrübəsi ilə zənginləşdirməsinə imkan yaradacaq. Eyni zamanda, bu əməkdaşlığın tələbələrimizin əmək bazarına daha hazırlıqlı şəkildə daxil olmasına və peşəkar inkişafına töhfə verəcəyinə inanırıq.”
Tədbir çərçivəsində PAŞA Kapital nümayəndələri UNEC-in tədris infrastrukturu ilə yaxından tanış olub, tələbələrin təhsili, peşəkar inkişafı və praktiki bacarıqlarının gücləndirilməsi üçün yaradılmış imkanlar barədə məlumat əldə ediblər.
PAŞA Kapital İnvestisiya Şirkətinin məhsul və xidmətləri, həmçinin fəaliyyəti haqqında daha ətraflı məlumat üçün 1548 nömrəsi ilə əlaqə saxlaya və ya https://www.pashacapital.az/ saytına daxil ola bilərsiniz.
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 saat sonra
- 9 d. əvvəl
-
-
20 d. əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 24 d. əvvəl
-
1 saat əvvəl
Tabitə və telekommunikasiya sahəsində vahid rəqəmsal platforma formalaşdırılır - “Rəqəmsal rabitə”
-
1 saat əvvəl
Bank Respublika 2026-cı ilin üçüncü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
-
1 saat əvvəl
Bank Respublika 9 ayda 50 milyon manat qazanıb – Mənfəəti 16,5% artıb
-
1 saat əvvəl
20 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub - SİYAHI, YENİLƏNİR
-
2 saat əvvəl
Mərkəzi Bank: Gündəlik 20 min manatlıq kart köçürmələri şübhə yarada bilər
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mərkəzi Bank BOKT-ların banklardan asılılığını azaltmaq istəyir
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
13%-lik istiqrazları 71 investor aldı
Ən çox oxunanlar
Mərkəzi Bank BOKT-ların banklardan asılılığını azaltmaq istəyir
Birbank Invest vasitəsilə “EmbaFinans” BOKT istiqrazlarına investisiya etmək imkanı ®
“Azər Türk Bank”ın xalis mənfəəti 62% artıb – Aktivləri 2,2 milyard manata yaxınlaşıb
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
ATB-nin xalis mənfəəti 62% artıb
CineMastercard Bakı hava limanının uçuş zonasında kinoteatr açıb ®

























