Ötən il Azərbaycanda 9 nəfər bir ildə ən azı 6 mənzil alıb
Alıcıların cəmi 9%-i mənzillərin 18%-ni alıb. Bəzi alıcılar bir ildə 6-dan çox mənzil alıbTəkrar mənzil bazarında təkrar alıcıların aktivliyi də diqqət çəkib.
Marja.az “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin təhlilinə istinadən xəbər verir ki, 2025-ci ildə 37 568 unikal alıcı qeydə alınıb. Onların 34 168-i, yəni 90,9%-i il ərzində yalnız bir mənzil alıb.
Bununla yanaşı, iki və daha çox mənzil alan şəxslər bütün alıcıların təxminən 9%-ni təşkil etsələr də, bütün mənzil əqdlərinin təxminən 18%-i onların payına düşüb.
2 mənzil alan 2 969 alıcı ümumilikdə 5 938 əqd həyata keçirib. 3-5 mənzil alan 422 nəfər isə 1 442 mənzil alıb. Hətta il ərzində 6 və daha çox mənzil alan 9 alıcı qeydə alınıb.
Maraqlıdır ki, təkrar alıcıların aldığı mənzillərin orta qiyməti 114 011 manat, yalnız bir mənzil alanların aldığı mənzillərin orta qiyməti isə 133 140 manat olub.
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 13 d. sonra
-
13 d. əvvəl
Azərbaycanda qızıl hasil edən şirkət istehsalı artırıb – Satış qiyməti 24% yüksəlib
-
-
28 d. əvvəl
Azərbaycan–Qırğız İnkişaf Fondunun kapitalının ikiqat artırılması parlamentdən keçib
- 34 d. əvvəl
-
49 d. əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
56 d. əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 1 saat əvvəl
-
1 saat əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 1 saat əvvəl
-
1 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 1 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Çin şirkətləri Azərbaycanda istixanalar, heyvandarlıq və emal müəssisələri yaratmağı nəzərdən keçirirlər
Ən çox oxunanlar
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
21 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub
13%-lik istiqrazları 71 investor aldı




























