Ağdərə rayonunda yerləşən “Dəmirli” Filiz Emalı Kompleksində 1 342 nəfər daimi işlə təmin olunub
“Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited” Şirkətinin (AİMKL) Azərbaycan Respublikasındakı nümayəndəliyinin hasilat işləri həyata keçirdiyi Ağdərə rayonunun Canyataq kəndində yerləşən “Dəmirli” Filiz Emalı Kompleksi Qarabağ iqtisadi rayonunda “Əmək və Məşğulluq” altsistemi (ƏMAS) vasitəsilə göndərişlər əsasında ən çox əmək müqaviləsi bağlayan müəssisə kimi regionda məşğulluğun təmin olunmasına verdiyi töhfəyə görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən xüsusi təşəkkürnamə ilə təltif edilib.
Hazırda “Dəmirli” Filiz Emalı Kompleksində birbaşa əmək müqaviləsi əsasında çalışan əməkdaşların 62 faizini keçmiş məcburi köçkün statusuna malik şəxslər təşkil edir. Kompleksdə uzunmüddətli podratçı şirkətlərin əməkdaşları da daxil olmaqla, ümumilikdə 1 342 nəfər daimi işlə təmin olunub.
Ümumilikdə, şirkətin Azərbaycanın müxtəlif bölgələrində yerləşən mədən və geoloji kəşfiyyat sahələrində, o cümlədən uzunmüddətli podratçı şirkətlərin əməkdaşları da nəzərə alınmaqla, 2 882 nəfər çalışır. Əməkdaşlardan 450 nəfər keçmiş məcburi köçkün, 122 nəfər müharibə veteranı, 14 nəfər isə şəhid ailəsi üzvüdür.
Şirkətdən bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə fəaliyyətə başlanıldığı ilk gündən əsas məqsədlərdən biri yeni və dayanıqlı iş yerlərinin yaradılması, yerli əhalinin, xüsusilə keçmiş məcburi köçkünlərin və doğma yurdlarına qayıdan vətəndaşların məşğulluğunun təmin edilməsidir. İşə qəbul prosesində müvafiq peşə hazırlığına, bilik və bacarıqlara malik, habelə vəzifə tələblərinə cavab verən namizədlərin məşğulluğuna xüsusi diqqət yetirilir.
“Bizim üçün “Dəmirli” Filiz Emalı Kompleksində fəaliyyət yalnız istehsalın təşkili ilə məhdudlaşmır. Yerli kadr potensialının inkişafı, peşəkar bilik və bacarıqların artırılması, insanların öz doğma torpaqlarında əmək fəaliyyəti ilə məşğul olması xüsusi əhəmiyyət daşıyır. Qarabağın iqtisadi dirçəlişinə və Böyük Qayıdış proqramına töhfə vermək bizim üçün həm böyük qürur, həm də mühüm sosial məsuliyyətdir. AİMKL olaraq bundan sonra da işğaldan azad edilmiş ərazilərdə məşğulluğun artırılmasına, yeni iş yerlərinin yaradılmasına və regionun dayanıqlı sosial-iqtisadi inkişafına dəstəyimizi davam etdirəcəyik”, – deyə məlumatda bildirilib.
Qeyd edək ki, Azərbaycan Respublikasının 2024-cü il 21 iyun tarixli 1176-VIQ nömrəli Qanunu ilə “Gədəbəy, Qoşa, Xarxar, Qaradağ, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Qızılbulaq, Dəmirli və Vejnəli” yataqlarının işlənməsi və hasilatın pay bölgüsü üzrə dövlətin təmsil səlahiyyəti “AzerGold” QSC-yə verilib. Saziş çərçivəsində mədənlərin idarəolunması, hasilat, ətraf mühitin mühafizəsi və sosial məsuliyyət sahəsində fəaliyyət “AzerGold” QSC-nin nəzarəti altında R.V. Investment Group Services LLC-nin əməliyyat şirkəti qismində çıxış edən AİMKL tərəfindən həyata keçirilir.
Dövlət təmsilçiliyi çərçivəsində “AzerGold” QSC-nin dəstəyi ilə hasilat və emal göstəricilərində mühüm artım qeydə alınıb. Ötən il qeyri-neft sektoru üzrə özəl ixracatçıların reytinqində 1-ci pilləyə yüksələn şirkət 2026-cı ilin ilk 8 ayı üzrə də liderliyini qoruyub. Eyni zamanda, şirkətin sosial məsuliyyət layihələrinin miqyası genişlənmiş, yerli icmalarla əməkdaşlığı daha sistemli və əhatəli xarakter almışdır.
Müştərilərin xəbərləri
“McDonald’s Azərbaycan” və DSMF-nin birgə layihəsi çərçivəsində “Zəfərin varisləri” proqramına start verilir - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
3 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
- 11 d. əvvəl
-
26 d. əvvəl
Şəhid ailələrinin rəsm əsərləri “PAŞA Real Estate Qrup”un dəstəyi ilə nümayiş etdirilib
- 37 d. əvvəl
- 47 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bakıda məşhur taksi xidməti yeni brend altında fəaliyyət göstərəcək
-
1 saat əvvəl
Noyabrın 7-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir
- 1 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Şəhid ailələrinin rəsm əsərləri “PAŞA Real Estate Qrup”un dəstəyi ilə nümayiş etdirilib
AccessBank QSC Trellix DLP üzrə tender elan edir ®
Azərbaycanın şüşə istehsalçısı Dubaydakı nəhəng tikinti layihələrini hədəfləyir – 70 yeni iş yeri yaradılacaq
Ən çox oxunanlar
Bakıda məşhur taksi xidməti yeni brend altında fəaliyyət göstərəcək
Noyabrın 7-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir
Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub
Cəbrayılda yeni içki zavodu açıldı – Prezident və birinci xanım açılışda iştirak etdilər
Leobank “Felis 2026”da qızıl mükafat qazanıb


















