Faizi hər ay ödəniləcək: BFB yeni istiqraz buraxılışına icazə verdi - İllik 15% gəlir
23 sentyabr 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “GL” ASC şirkətinin (Sizin Lombard brendi) 500 min manat həcmində istiqrazlarının ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilib.
Emissiya çərçivəsində hər birinin ilkin ticarət qiyməti 100 manat olan 5 000 ədəd faizli, təminatsız, sənədsiz, adlı istiqraz buraxılacaq. İstiqrazların ümumi buraxılış həcmi 500 min manat təşkil edir.
Qiymətli kağızlar üzrə illik gəlirlilik faizi 15% müəyyən edilib. Faiz ödənişləri hər ayda bir dəfə, hər ayın 30 gün olduğu qəbul edilməklə həyata keçiriləcək.
İstiqrazların tədavül müddəti 7 ildir.
İstiqrazların Bakı Fond Birjasında kütləvi, birqiymətli hərrac üsulu ilə yerləşdirilməsi nəzərdə tutulur. Ticarətə buraxılma tarixi emitent tərəfindən əlavə olaraq açıqlanacaq.
Buraxılışın anderrayteri “Invest-AZ İnvestisiya Şirkəti” QSC-dir.
İstiqrazların dövlət qeydiyyat nömrəsi – ISIN AZ2045020289-dur.
Emissiya prospektini Bakı Fond Birjasının internet səhifəsində “Emitentin profili” bölməsindən əldə etmək mümkündür.
Müştərilərin xəbərləri
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 saat sonra
-
48 d. əvvəl
Tabitə və telekommunikasiya sahəsində vahid rəqəmsal platforma formalaşdırılır - “Rəqəmsal rabitə”
-
-
52 d. əvvəl
Bank Respublika 2026-cı ilin üçüncü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
-
1 saat əvvəl
Bank Respublika 9 ayda 50 milyon manat qazanıb – Mənfəəti 16,5% artıb
-
1 saat əvvəl
20 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub - SİYAHI, YENİLƏNİR
-
1 saat əvvəl
Mərkəzi Bank: Gündəlik 20 min manatlıq kart köçürmələri şübhə yarada bilər
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mərkəzi Bank BOKT-ların banklardan asılılığını azaltmaq istəyir
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda ani ödənişlərin sayı 25 dəfə artıb – Mərkəzi Bank rekord göstəricilər açıqladı
-
2 saat əvvəl
Birbank Invest vasitəsilə “EmbaFinans” BOKT istiqrazlarına investisiya etmək imkanı ®
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
13%-lik istiqrazları 71 investor aldı
Birbank Invest vasitəsilə “EmbaFinans” BOKT istiqrazlarına investisiya etmək imkanı ®
“Azər Türk Bank”ın xalis mənfəəti 62% artıb – Aktivləri 2,2 milyard manata yaxınlaşıb
Ən çox oxunanlar
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
ATB-nin xalis mənfəəti 62% artıb
CineMastercard Bakı hava limanının uçuş zonasında kinoteatr açıb ®
Oktyabrın 16-da gözlənilən hava şəraiti

























