Tikintidə bahalaşma sürətlənib - Avqustda xərclər 10-dən çox artıb
Tikinti materiallarında kəskin artım – Şeben və atsep 9,4% bahalaşıb. Azərbaycanda tikinti dəyəri 1 kvadratmetr üçün 850 manata yaxınlaşıb.Azərbaycan Qiymətləndiricilər Palatası 2026-cı ilin avqust ayı üzrə Tikinti İndekslərini açıqlayıb.
Palatadan Marja.az-a verilən məlumata görə, avqust ayında müşahidə edilən ümumi bahalaşma sektorun bütün sahələrinə şamil olunmayıb və birbaşa xammal səbətindəki spesifik materialların qiymət artımından qaynaqlandığını təsdiq edir.
2025-ci ilin dekabr ayının 100 bənd kimi qəbul edildiyi baza dövrü ilə müqayisədə AQP Tikinti İndeksi avqustda 110,1 bəndə çataraq ümumilikdə 10,1 faizlik kumulyativ artım nümayiş etdirib. İyul ayındakı 106,9 bəndlik göstərici ilə müqayisədə isə aylıq artım 3,07 faiz təşkil edib. İndeksdəki bu dəyişiklik fonunda tikinti dəyərinin sadə indeksləşdirilməsi üzrə göstərici hər kvadratmetr üçün təxminən 850 manat səviyyəsində formalaşıb.
Aylıq sıçrayışın yeganə hərəkətverici qüvvəsi materiallar alt indeksi olub. İyulda 107,611 bənd olan bu göstərici avqustda 112,656-ya yüksələrək 4,69 faiz artıb. Müqayisəyə daxil edilən dörd əsas material pozisiyası üzrə orta aylıq qiymət əmsalı 1,046875 kimi hesablanıb. Bu artımda əsas pay karxana məhsullarının üzərinə düşüb; belə ki, həm şebenin, həm də atsepin bir kubmetrinin qiyməti 32 manatdan 35 manat yüksələrək analoji olaraq 9,4 faiz baha təklif olunub. Səbətdə yer alan 4 metrlik və 6 metrlik taxtanın bir kubmetri isə əvvəlki kimi 380 manat səviyyəsində dəyişməz qalıb.
Materiallar bölməsindəki bahalaşmadan fərqli olaraq, işçi qüvvəsi və texnika xərclərində tam sabitlik hökm sürüb. Əmək xərcləri alt indeksi 106,2 bənd səviyyəsini qoruyub; tamet işlərinin bir kvadratmetri 8 manat olaraq qalıb, armatur və qravil işləri üzrə də qiymət artımını əsaslandıran hər hansı yeni fərq müəyyən edilməyib. Eynilə, maşın-mexanizm alt indeksi də 103,8 bənddə sabitləşib. Günlük icarə tarifləri ekskavator üçün 300 manat, kran üçün 250 manat, beton pompası üçün isə 200 manat təşkil edərək dəyişməz qalıb.
Beləliklə, avqust ayında tikinti xərclərindəki artım əmək haqqı və ya mexanizmlərin istismar xərcləri ilə deyil, yalnız şeben və atsep qiymətlərinin yuxarı doğru tənzimlənməsi hesabına baş verib.
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 20 d. əvvəl
-
47 d. əvvəl
Azərbaycanda qızıl hasil edən şirkət istehsalı artırıb – Satış qiyməti 24% yüksəlib
-
-
1 saat əvvəl
Azərbaycan–Qırğız İnkişaf Fondunun kapitalının ikiqat artırılması parlamentdən keçib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
1 saat əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 1 saat əvvəl
-
1 saat əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 2 saat əvvəl
-
2 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Çin şirkətləri Azərbaycanda istixanalar, heyvandarlıq və emal müəssisələri yaratmağı nəzərdən keçirirlər
Ən çox oxunanlar
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
21 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub
13%-lik istiqrazları 71 investor aldı


























