Azərbaycanda qızıl istehsalı 33%, mis konsentratı istehsalı 8,1 dəfə artıb
Azərbaycanda son onillikdə əlvan və qiymətli metalların istehsalında və ixracında ciddi artım qeydə alınıb.
Marja.az xəbər verir ki, bu, “Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulub.
Dövlət Proqramında göstərilir ki, 2015–2025-ci illərdə ölkədə qızıl istehsalı 33% artaraq 2 965 kiloqrama çatıb. Gümüş istehsalı həmin dövrdə 27,5 dəfə artaraq 3 646 kiloqram, mis konsentratı istehsalı isə 8,1 dəfə artaraq 7,8 min ton olub.
Eyni dövrdə qızıl ixracının dəyəri 3,9 dəfə artaraq 326,2 milyon ABŞ dollarına yüksəlib. Gümüş ixracı 27 dəfə artaraq 2,7 milyon dollara, mis ixracı isə 3,8 dəfə artaraq 37,8 milyon dollara çatıb.
Dövlət Proqramında bu göstəricilər növbəti mərhələdə yalnız hasilatın deyil, daha dərin emalın və yüksək əlavə dəyərli metal məhsullarının istehsalının genişləndirilməsi üçün formalaşmış baza kimi təqdim edilir.
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 12 d. əvvəl
-
39 d. əvvəl
Azərbaycanda qızıl hasil edən şirkət istehsalı artırıb – Satış qiyməti 24% yüksəlib
-
-
54 d. əvvəl
Azərbaycan–Qırğız İnkişaf Fondunun kapitalının ikiqat artırılması parlamentdən keçib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
1 saat əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 1 saat əvvəl
-
1 saat əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 1 saat əvvəl
-
2 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Çin şirkətləri Azərbaycanda istixanalar, heyvandarlıq və emal müəssisələri yaratmağı nəzərdən keçirirlər
Ən çox oxunanlar
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
21 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub
13%-lik istiqrazları 71 investor aldı


























