Azərbaycan sığorta bazarında ödənişlər yığımlardan 4 dəfə sürətli artıb
Azərbaycanın sığorta bazarında 2026-cı ilin yanvar–avqust aylarında sığorta şirkətləri tərəfindən 1 milyard 115,4 milyon manat sığorta haqqı toplanıb.
Marja.az Azərbaycan Mərkəzi Bankının operativ məlumatları əsasında hesablayıb ki, 2025-ci ilin eyni dövründə sığorta yığımları 1 milyard 48,1 milyon manat təşkil etmişdi. Beləliklə, bazar üzrə yığımlar bir ildə 67,3 milyon manat və ya 6,4% artıb.
Eyni zamanda, sığorta ödənişlərində daha kəskin artım qeydə alınıb. Ödənişlər 603,4 milyon manatdan 773,2 milyon manata yüksəlib. İllik artım 169,7 milyon manat və ya 28,1% təşkil edib.
Nəticədə bazar üzrə ödənişlərin yığımlara nisbəti 2025-ci ilin yanvar–avqustundakı 57,6%-dən 2026-cı ilin eyni dövründə 69,3%-ə yüksəlib.
Bazarın konsentrasiyası da yüksək olaraq qalır. “Paşa Həyat Sığorta” və “Paşa Sığorta” birlikdə bütün sığorta haqlarının 70,9%-ni, ödənişlərin isə 76,6%-ni formalaşdırıb.
2026-cı ilin ilk 8 ayında yığımların faizlə ən yüksək artımlarından biri “Meqa Həyat Sığorta”, “İpək Yolu Sığorta”, “Atəşgah” və “Aqrar Sığorta”da qeydə alınıb. Digər tərəfdən, “Qala Sığorta”, “Azərbaycan Sənaye Sığorta”, “Qala Həyat” və “AzSığorta”da yığımlar azalıb.
Hər gün yeni vakansiyalar - AzVak.az-da
2026-cı ilin 8 aylıq nəticələrinin ən diqqətçəkən xüsusiyyəti bazarda ödənişlərin yığımlardan xeyli sürətli artmasıdır. Ümumi sığorta haqları 6,4% artdığı halda ödənişlər 28,1% yüksəlib.
Yığım dinamikasında “Meqa Həyat Sığorta” (+84,7%), “İpək Yolu Sığorta” (+56,4%), “Atəşgah” (+37,6%) və “Aqrar Sığorta” (+26,2%) yüksək artımla seçilib.
Ən böyük yığım azalması, “AtaSığorta”nın xüsusi statusu nəzərə alınmadıqda, “Qala Sığorta”da (-28,7%), “Azərbaycan Sənaye Sığorta”da (-17%), “Qala Həyat”da (-14,4%) və “AzSığorta”da (-9,2%) qeydə alınıb.
Bazarın liderləri dəyişməyib. “Paşa Həyat Sığorta” 517,9 milyon manat və 46,43% bazar payı ilə birinci, “Paşa Sığorta” 273,3 milyon manat və 24,50% payla ikinci, “Atəşgah Həyat” isə 75,1 milyon manat yığımla üçüncü yerdə qərarlaşıb.
Ən böyük struktur dəyişikliklərindən biri “Meqa Həyat Sığorta”nın yığım həcminə görə 11-ci pillədən 7-ci yerə yüksəlməsi, “Azərbaycan Sənaye Sığorta”nın isə 7-ci pillədən 11-ci yerə geriləməsidir.
Müştərilərin xəbərləri
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 saat sonra
-
14 d. əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
-
- 18 d. əvvəl
-
1 saat əvvəl
Tabitə və telekommunikasiya sahəsində vahid rəqəmsal platforma formalaşdırılır - “Rəqəmsal rabitə”
-
1 saat əvvəl
Bank Respublika 2026-cı ilin üçüncü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
-
1 saat əvvəl
Bank Respublika 9 ayda 50 milyon manat qazanıb – Mənfəəti 16,5% artıb
-
1 saat əvvəl
20 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub - SİYAHI, YENİLƏNİR
-
2 saat əvvəl
Mərkəzi Bank: Gündəlik 20 min manatlıq kart köçürmələri şübhə yarada bilər
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mərkəzi Bank BOKT-ların banklardan asılılığını azaltmaq istəyir
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
13%-lik istiqrazları 71 investor aldı
Mərkəzi Bank BOKT-ların banklardan asılılığını azaltmaq istəyir
Ən çox oxunanlar
Birbank Invest vasitəsilə “EmbaFinans” BOKT istiqrazlarına investisiya etmək imkanı ®
“Azər Türk Bank”ın xalis mənfəəti 62% artıb – Aktivləri 2,2 milyard manata yaxınlaşıb
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
ATB-nin xalis mənfəəti 62% artıb
CineMastercard Bakı hava limanının uçuş zonasında kinoteatr açıb ®
Oktyabrın 16-da gözlənilən hava şəraiti



















