“Atəşgah Həyat”da ödənişlər 91% sıçrayıb
“Atəşgah Həyat”da ödənişlər yığımları keçib – 80 milyon manatdan çox.“Atəşgah Həyat” Sığorta Şirkəti ASC 2026-cı ilin ilk 8 ayında 75 milyon 51 min manat sığorta haqqı toplayıb. 2025-ci ilin eyni dövründə bu göstərici 73 milyon 158 min manat idi.
Beləliklə, yığımlar 1 milyon 894 min manat və ya 2,6% artıb.
Marja.az Azərbaycan Mərkəzi Bankının operativ məlumatları əsasında hesablayıb ki, lakin əsas dəyişiklik sığorta ödənişlərində baş verib. Şirkətin ödənişləri 42 milyon 33 min manatdan 80 milyon 405 min manata yüksəlib.Bu, 38 milyon 372 min manat və ya 91,3% artım deməkdir.
Nəticədə 2026-cı ilin yanvar–avqustunda şirkətin ödənişlərinin həcmi topladığı sığorta haqlarını təxminən 5,35 milyon manat üstələyib.
Ödəniş/yığım nisbəti bir il əvvəlki 57,5%-dən 107,1%-ə yüksəlib. Həyat sığortasında ödənişlərin strukturuna müddəti başa çatan müqavilələr və digər məhsul xüsusiyyətləri təsir göstərə bildiyindən bu göstərici texniki zərərlilik kimi şərh edilməməlidir.
“Atəşgah Həyat” 6,73%-lik yığım payı ilə müqayisə edilən şirkətlər arasında üçüncü yerdədir.
Müştərilərin xəbərləri
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 saat sonra
-
44 d. əvvəl
Tabitə və telekommunikasiya sahəsində vahid rəqəmsal platforma formalaşdırılır - “Rəqəmsal rabitə”
-
-
48 d. əvvəl
Bank Respublika 2026-cı ilin üçüncü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
-
1 saat əvvəl
Bank Respublika 9 ayda 50 milyon manat qazanıb – Mənfəəti 16,5% artıb
-
1 saat əvvəl
20 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub - SİYAHI, YENİLƏNİR
-
1 saat əvvəl
Mərkəzi Bank: Gündəlik 20 min manatlıq kart köçürmələri şübhə yarada bilər
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mərkəzi Bank BOKT-ların banklardan asılılığını azaltmaq istəyir
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda ani ödənişlərin sayı 25 dəfə artıb – Mərkəzi Bank rekord göstəricilər açıqladı
-
2 saat əvvəl
Birbank Invest vasitəsilə “EmbaFinans” BOKT istiqrazlarına investisiya etmək imkanı ®
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
13%-lik istiqrazları 71 investor aldı
Birbank Invest vasitəsilə “EmbaFinans” BOKT istiqrazlarına investisiya etmək imkanı ®
“Azər Türk Bank”ın xalis mənfəəti 62% artıb – Aktivləri 2,2 milyard manata yaxınlaşıb
Ən çox oxunanlar
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
ATB-nin xalis mənfəəti 62% artıb
CineMastercard Bakı hava limanının uçuş zonasında kinoteatr açıb ®
Oktyabrın 16-da gözlənilən hava şəraiti


























