“Paşa Həyat Sığorta” təkbaşına bazarın 46%-dən çoxunu formalaşdırıb
“Paşa Həyat” yarım milyardı keçib i – 8 ayda 518 milyon manat yığım. Sığorta bazarının 46%-i bir şirkətin payına düşüb; “Paşa Həyat” 477 milyon manat sığorta ödənişi edib.“Paşa Həyat Sığorta” ASC 2026-cı ilin yanvar–avqust aylarında 517 milyon 884 min manat sığorta haqqı toplayaraq Azərbaycan sığorta bazarının ən böyük yığım həcminə malik şirkəti olub.
Marja.az Azərbaycan Mərkəzi Bankının operativ məlumatları əsasında hesablayıb ki, 2025-ci ilin eyni dövründə şirkətin yığımları 481 milyon 472 min manat idi. İllik artım 36 milyon 412 min manat və ya 7,6% təşkil edib.
Şirkətin ödənişləri isə daha sürətlə artıb. Sığorta ödənişləri 375 milyon 641 min manatdan 477 milyon 193 min manata yüksəlib. Artım 101 milyon 552 min manat və ya 27% olub.
Ödəniş/yığım nisbəti 78%-dən 92,1%-ə yüksəlib.
“Paşa Həyat Sığorta”nın ümumi bazar yığımlarındakı payı 45,94%-dən 46,43%-ə çatıb. Şirkət təkbaşına bütün bazar üzrə toplanmış hər 100 manat sığorta haqqının təxminən 46 manatını formalaşdırıb.
Müştərilərin xəbərləri
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 saat sonra
-
44 d. əvvəl
Tabitə və telekommunikasiya sahəsində vahid rəqəmsal platforma formalaşdırılır - “Rəqəmsal rabitə”
-
-
48 d. əvvəl
Bank Respublika 2026-cı ilin üçüncü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
-
1 saat əvvəl
Bank Respublika 9 ayda 50 milyon manat qazanıb – Mənfəəti 16,5% artıb
-
1 saat əvvəl
20 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub - SİYAHI, YENİLƏNİR
-
1 saat əvvəl
Mərkəzi Bank: Gündəlik 20 min manatlıq kart köçürmələri şübhə yarada bilər
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mərkəzi Bank BOKT-ların banklardan asılılığını azaltmaq istəyir
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda ani ödənişlərin sayı 25 dəfə artıb – Mərkəzi Bank rekord göstəricilər açıqladı
-
2 saat əvvəl
Birbank Invest vasitəsilə “EmbaFinans” BOKT istiqrazlarına investisiya etmək imkanı ®
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
13%-lik istiqrazları 71 investor aldı
Birbank Invest vasitəsilə “EmbaFinans” BOKT istiqrazlarına investisiya etmək imkanı ®
“Azər Türk Bank”ın xalis mənfəəti 62% artıb – Aktivləri 2,2 milyard manata yaxınlaşıb
Ən çox oxunanlar
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
ATB-nin xalis mənfəəti 62% artıb
CineMastercard Bakı hava limanının uçuş zonasında kinoteatr açıb ®
Oktyabrın 16-da gözlənilən hava şəraiti























