Azərbaycan banklarının aktivləri 62 milyard manatı keçib – 8 ayda 950 milyon manata yaxın xalis mənfəət
Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 2026-cı il avqustun 31-nə 62 milyard 475 milyon 900 min manata çatıb.
Marja.az Azərbaycan Mərkəzi Bankının “Statistik bülleten”inin 2026-cı ilin avqust buraxılışına istinadən xəbər verir ki, 31 avqust 2026-cı il tarixinə fəaliyyət göstərən 21 bankın filiallarının sayı 508, şöbələrinin sayı 80, ATM-lərin sayı 3 min 507 olub. Hesabat ayında bank sektorunda çalışanların sayı 0,8% və ya 218 nəfər artaraq 27 min 773 nəfər təşkil edib.
Fəaliyyətdə olan bankların cəmi aktivləri 62 milyard 475 milyon 900 min manat, cəmi öhdəlikləri 54 milyard 722 milyon 700 min manat, balans kapitalı 7 milyard 753 milyon 200 min manat olub. Avqust ayında bankların cəmi aktivləri 2,5%, cəmi öhdəlikləri 2,6%, balans kapitalı isə 1,4% artıb.
Kredit portfeli 32,8 milyard manata çatıb
Hesabat ayında bankların kredit portfeli 2,3% və ya 728 milyon 900 min manat artaraq 32 milyard 824 milyon 200 min manat olub.
Kredit portfelinin strukturunda biznes kreditlərinin payı 54,3% və ya 17 milyard 822 milyon 900 min manat, istehlak kreditlərinin payı 31,3% və ya 10 milyard 261 milyon 100 min manat, ipoteka kreditlərinin payı isə 14,4% və ya 4 milyard 740 milyon 200 min manat təşkil edib.
Ümumilikdə, ilin əvvəlindən bankların kredit portfeli 9,2% və ya 2 milyard 761 milyon 200 min manat artıb. 2025-ci ilin müvafiq dövründə artım 4,5% olmuşdu.
Banklardakı depozitlər 41,8 milyard manata yaxınlaşıb
Bankların öhdəliklərinin strukturunda ənənəvi olaraq depozit portfeli üstünlük təşkil edib – cəmi öhdəliklərin 76,4%-i və ya 41 milyard 792 milyon 500 min manat.
Depozit portfelinin 57,4%-i və ya 23 milyard 981 milyon 600 min manatı hüquqi şəxslərin, 42,6%-i və ya 17 milyard 810 milyon 900 min manatı fiziki şəxslərin depozitlərindən – fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla – ibarət olub.
Fiziki şəxslərin əmanətlərinin 71,2%-i və ya 12 milyard 684 milyon 600 min manatı milli valyutada, 28,8%-i və ya 5 milyard 126 milyon 300 min manatı xarici valyutada olub.
Fiziki şəxslərin əmanət portfelinin 64,7%-i və ya 11 milyard 520 milyon 700 min manatı müddətli əmanətlərdən ibarət olub. Avqust ayında fiziki şəxslərin müddətli əmanətləri 1,6% və ya 178 milyon 500 min manat artaraq 11 milyard 520 milyon 700 min manat təşkil edib.
2026-cı ilin avqust ayında bank sektoru üzrə unikal müddətli əmanətçi sayı 1,2% və ya 2 692 əmanətçi, ilin əvvəlindən isə 16,4% və ya 31 922 əmanətçi artaraq 226,1 min nəfər təşkil edib.
Hər gün yeni vakansiyalar - AzVak.az-da
Hüquqi şəxslərin tələbli depozitləri 18 milyard 337 milyon manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 76,5%-ni təşkil edib.
Banklar 8 ayda 949 milyon 700 min manat xalis mənfəət əldə edib
2026-cı ilin yanvar-avqust aylarında banklar 949 milyon 700 min manat xalis mənfəət, 1 milyard 487 milyon 700 min manat məbləğində əməliyyat mənfəəti əldə ediblər.
Cari ilin 8 ayında banklar tərəfindən ümumilikdə 245 milyon 800 min manat məbləğində mənfəət vergisi ödənilib.
Manatla pul kütləsi 44,4 milyard manata yüksəlib
Cari ilin avqust ayında manatla geniş mənada pul kütləsi (M2) ilin əvvəlinə nəzərən 10% artaraq 44 milyard 416 milyon 600 min manat təşkil edib.
Bank sektorunun xarici öhdəlikləri ilin əvvəlinə nəzərən 330 milyon manat artaraq 3 milyard 591 milyon 800 min manat təşkil edib. Xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyri-rezident banklardan alınmış qısamüddətli kreditlərin həcmindəki artım ilə əlaqədardır.
Azərbaycanda ödəniş kartlarının sayı 23 milyona yaxınlaşıb
Banklar və “Azərpoçt” MMC sistemləri üzrə avqust ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 189 min ədəd artaraq 22 milyon 974 min ədəd təşkil edib. Keçən ilin müvafiq dövrü ilə müqayisədə isə bu göstərici 8,7% artıb.
Ödəniş kartlarında debet kartlarının sayı 10,2% artıb, kredit kartlarının sayı isə 4,3% azalıb.
İlin əvvəlindən ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 13,2% artıb.
2026-cı ilin avqust ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 8 milyard 888 milyon manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 7 milyard 682 milyon manatı elektron ticarətin payına düşüb. Qalan məbləğin 1 milyard 204 milyon manatı POS-terminallar, 2 milyon manatı isə özünəxidmət terminalları və bankomatlar vasitəsilə gerçəkləşdirilib.
İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 69,8%-ni təşkil edib.
Banklar və “Azərpoçt” MMC üzrə ödəniş xidməti şəbəkələrində dinamik artım müşahidə olunub. Belə ki, keçən ilin avqust ayının sonu ilə müqayisədə bankomatların sayı 3,8% artıb, POS-terminalların sayı isə 7% azalıb.
Müştərilərin xəbərləri
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 saat sonra
-
48 d. əvvəl
Tabitə və telekommunikasiya sahəsində vahid rəqəmsal platforma formalaşdırılır - “Rəqəmsal rabitə”
-
-
52 d. əvvəl
Bank Respublika 2026-cı ilin üçüncü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
-
1 saat əvvəl
Bank Respublika 9 ayda 50 milyon manat qazanıb – Mənfəəti 16,5% artıb
-
1 saat əvvəl
20 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub - SİYAHI, YENİLƏNİR
-
1 saat əvvəl
Mərkəzi Bank: Gündəlik 20 min manatlıq kart köçürmələri şübhə yarada bilər
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mərkəzi Bank BOKT-ların banklardan asılılığını azaltmaq istəyir
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda ani ödənişlərin sayı 25 dəfə artıb – Mərkəzi Bank rekord göstəricilər açıqladı
-
2 saat əvvəl
Birbank Invest vasitəsilə “EmbaFinans” BOKT istiqrazlarına investisiya etmək imkanı ®
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
13%-lik istiqrazları 71 investor aldı
Birbank Invest vasitəsilə “EmbaFinans” BOKT istiqrazlarına investisiya etmək imkanı ®
“Azər Türk Bank”ın xalis mənfəəti 62% artıb – Aktivləri 2,2 milyard manata yaxınlaşıb
Ən çox oxunanlar
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
ATB-nin xalis mənfəəti 62% artıb
CineMastercard Bakı hava limanının uçuş zonasında kinoteatr açıb ®
Oktyabrın 16-da gözlənilən hava şəraiti






















