970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Məhdudiyyətlər ölkədaxili nağdsız kart ödənişlərinin həcmini azaldıb - 24 milyon manatlıq geriləmə

Aylıq ölkədaxili nağdsız kart ödənişlərinin həcmi 9 milyard 712 milyon manatdan (İyul 2026) 8 milyard 888 milyon manata (Avqust) düşüb (824 milyon manat azalıb).
AzVak-mobil_resmin_ustu_31
Məhdudiyyətlər ölkədaxili nağdsız kart ödənişlərinin həcmini azaldıb - 24 milyon manatlıq geriləmə
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanda ödəniş kartlarının sayı 23 milyona yaxınlaşıb.

2026-cı ilin Avqust ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı 22 milyon 974 min ədəd olub. 2025-ci ilin avqustunda göstərici 21 milyon 129 min ədəd idi.

Marja.az Azərbaycan Mərkəzi Bankının statistik məlumatları əsasında hesablayıb ki, kartların sayı 1 milyon 845 min ədəd və ya 8,7% artıb.

Avqustda nağdsız kart ödənişləri 8,9 milyard manata yaxın olub

2026-cı ilin avqustunda ölkədaxili nağdsız kart ödənişlərininhəcmi 8 milyard 888 milyon manat olub. 2025-ci ilin avqustunda bu göstərici 8 milyard 172 milyon manat idi. Beləliklə, ötən ilin eyni ayı ilə müqayisədə artım 716 milyon manat və ya 8,8% təşkil edib. Elektron ticarət üzrə ödənişlər 7 milyard 153 milyon manatdan 7 milyard 682 milyon manata yüksəlib. 

İş elanları AzVak.az-da

2026-ci ilin avqust ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 8 milyard 888 milyon manat təşkil etmişdir. Həyata keçirilən nağdsız ödənişlərin 7 milyard 682 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1 milyard 204 milyon manatı POS-terminallar, 2 milyon manatı isə özünə xidmət terminalları və bankomatlar vasitəsilə gerçəkləşdirilmişdir. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 69.8%-ni təşkil etmişdir.

Qeyd edək ki banklar və “Azərpoçt” MMC sistemləri üzrə iyul ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı müvafiq dövrə nəzərən 8.9% artaraq 22 milyon 785 min ədəd təşkil etmişdi. Ödəniş kartlarında debet kartlarının sayı 10.5% artmış, kredit kartlarının sayı isə 4.6% azalmışdı. İlin əvvəlindən ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 13.9% artmışdı. 2026-ci ilin iyul ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 9 milyard 712 milyon manat təşkil etmişdi. Həyata keçirilən nağdsız ödənişlərin 8 milyard 455 milyon manatı elektron ticarətin payına düşür.

Qalan məbləğin 1 milyard 255 milyon manatı POS-terminallar, 2 miyon manatı isə özünə xidmət terminalları və bankomatların vasitəsilə gerçəkləşdirilmişdir. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 69.8%-ni təşkil etmişdir.

Beləliklə, aylıq ölkədaxili nağdsız kart ödənişlərinin həcmi 9 milyard 712 milyon manatdan (İyul 2026) 8 milyard 888 milyon manata (Avqust) düşüb (824 milyon manat azalıb). 

Hər gün yeni vakansiyalar - AzVak.az-da

bank kartları ödəniş kartları debet kartı kredit kartı nağdsız ödəniş Azərbaycanda bir ayda kartla 8 9 milyard manat nağdsız ödəniş nağdsız ödəniş elektron ticarət kart əməliyyatları POS-terminal
25.09.2026 12:10
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19