Məhdudiyyətlər ölkədaxili nağdsız kart ödənişlərinin həcmini azaldıb - 24 milyon manatlıq geriləmə
Aylıq ölkədaxili nağdsız kart ödənişlərinin həcmi 9 milyard 712 milyon manatdan (İyul 2026) 8 milyard 888 milyon manata (Avqust) düşüb (824 milyon manat azalıb).Azərbaycanda ödəniş kartlarının sayı 23 milyona yaxınlaşıb.
2026-cı ilin Avqust ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı 22 milyon 974 min ədəd olub. 2025-ci ilin avqustunda göstərici 21 milyon 129 min ədəd idi.
Marja.az Azərbaycan Mərkəzi Bankının statistik məlumatları əsasında hesablayıb ki, kartların sayı 1 milyon 845 min ədəd və ya 8,7% artıb.
Avqustda nağdsız kart ödənişləri 8,9 milyard manata yaxın olub
2026-cı ilin avqustunda ölkədaxili nağdsız kart ödənişlərininhəcmi 8 milyard 888 milyon manat olub. 2025-ci ilin avqustunda bu göstərici 8 milyard 172 milyon manat idi. Beləliklə, ötən ilin eyni ayı ilə müqayisədə artım 716 milyon manat və ya 8,8% təşkil edib. Elektron ticarət üzrə ödənişlər 7 milyard 153 milyon manatdan 7 milyard 682 milyon manata yüksəlib.
2026-ci ilin avqust ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 8 milyard 888 milyon manat təşkil etmişdir. Həyata keçirilən nağdsız ödənişlərin 7 milyard 682 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1 milyard 204 milyon manatı POS-terminallar, 2 milyon manatı isə özünə xidmət terminalları və bankomatlar vasitəsilə gerçəkləşdirilmişdir. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 69.8%-ni təşkil etmişdir.
Qeyd edək ki banklar və “Azərpoçt” MMC sistemləri üzrə iyul ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı müvafiq dövrə nəzərən 8.9% artaraq 22 milyon 785 min ədəd təşkil etmişdi. Ödəniş kartlarında debet kartlarının sayı 10.5% artmış, kredit kartlarının sayı isə 4.6% azalmışdı. İlin əvvəlindən ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 13.9% artmışdı. 2026-ci ilin iyul ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 9 milyard 712 milyon manat təşkil etmişdi. Həyata keçirilən nağdsız ödənişlərin 8 milyard 455 milyon manatı elektron ticarətin payına düşür.
Qalan məbləğin 1 milyard 255 milyon manatı POS-terminallar, 2 miyon manatı isə özünə xidmət terminalları və bankomatların vasitəsilə gerçəkləşdirilmişdir. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 69.8%-ni təşkil etmişdir.
Beləliklə, aylıq ölkədaxili nağdsız kart ödənişlərinin həcmi 9 milyard 712 milyon manatdan (İyul 2026) 8 milyard 888 milyon manata (Avqust) düşüb (824 milyon manat azalıb).
Müştərilərin xəbərləri
Ərəb şirkəti Qəbələdə premium yaşayış kompleksi tikir – Satışlar başlayıb, qiymətlər 130 min dollardan başlayır
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
3 gün sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
3 gün sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
- 20 d. əvvəl
-
29 d. əvvəl
Türkiyənin məşhur qida şəbəkəsi Azərbaycanda genişlənir – yeni filial açıldı
- 47 d. əvvəl
-
1 saat əvvəl
1 trilyon dollarlıq “Brookfield” Azərbaycanla yeni investisiya layihələrini müzakirə etdi
-
1 saat əvvəl
613 milyard dollarlıq investisiya nəhəngi Azərbaycanla yeni layihələri müzakirə etd
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Özbəkistan Zəngəzur dəhlizinin inkişafına pul qoymaq istəyir
- 1 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Azərbaycan-Suriya Biznes Şurası yaradılıb
613 milyard dollarlıq investisiya nəhəngi Azərbaycanla yeni layihələri müzakirə etd
Mikro və kiçik bizneslərə verilən kreditlər sürətlə artıb
Ən çox oxunanlar
Bank işçilərinin sayı 1038 nəfər artdı
Özbəkistan Zəngəzur dəhlizinin inkişafına pul qoymaq istəyir
Sentyabrın 26-da gözlənilən hava şəraiti
Məhdudiyyətlər ölkədaxili nağdsız kart ödənişlərinin həcmini azaldıb - 24 milyon manatlıq geriləmə
Əliyev Kobaxidzeyə zəng edib– Strateji tərəfdaşlıq müzakirə olundu
Əhalinin banklara 15 milyard manat borcu var - 1 milyard manata yaxın kredit "batır"






















