Azərbaycanda “Ağıllı Su Şəbəkəsi” qurula bilər – Ağıllı sayğaclar, sızma nəzarəti, rəqəmsal modelləşdirmə – ANLAŞMA
Su itkilərinə qarşı yeni texnologiya gəlir. Su sektorunda böyük layihə. SOCAR su sektoruna daxil olur25 sentyabr 2026-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi altında təşkil olunan İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində SOCAR, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən “Esyasoft Holding” şirkəti arasında imzalanmış Anlaşma Memorandumu mübadilə edilib.
Sənədi SOCAR-ın prezidenti Rövşən Nəcəf, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov və “Esyasoft Holding”in direktoru Bipin Çandra mübadilə ediblər.
Memorandum Azərbaycanda “Ağıllı Su Şəbəkəsinin İdarəetmə Sistemi”nin qiymətləndirilməsi, ümumi dizaynının hazırlanması və tətbiqinin planlaşdırılması sahəsində əməkdaşlığı nəzərdə tutur. Bu çərçivədə tərəflər layihənin texniki, əməliyyat, kommersiya, maliyyə, tənzimləyici və kibertəhlükəsizlik aspektlərini əhatə edən texniki-iqtisadi əsaslandırmanı, həmçinin layihənin icra planını hazırlayacaqlar.
Layihə su ehtiyatlarının idarə edilməsi və paylanması infrastrukturunun modernləşdirilməsinə, texniki və kommersiya su itkilərinin azaldılmasına, eləcə də istehlakçılara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Yeni sistem ağıllı su sayğacları vasitəsilə məlumatların məsafədən toplanmasını və emalını, su şəbəkəsinin monitorinqini, sızmaların aşkarlanmasını, təzyiqin idarə edilməsini və rəqəmsal hidravlik modelləşdirmə həllərini əhatə edəcək.
Sənədə əsasən, SOCAR layihənin maliyyələşdirmə modelinin və mümkün dövlət-özəl tərəfdaşlığı çərçivəsinin hazırlanmasına, həmçinin nasos sistemlərinin işinin optimallaşdırılması da daxil olmaqla, su təchizatı sistemləri üçün enerji səmərəli həllərin işlənib hazırlanmasına cavabdeh olacaq.
Layihənin icrasında “Esyasoft Holding”in smart kommunal texnologiyalar sahəsində beynəlxalq təcrübəsindən, həmçinin Azərbaycanda SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi ilə həyata keçirilən Ağıllı Qaz Şəbəkəsinin Transformasiyası Layihəsi çərçivəsində əldə edilmiş təcrübədən istifadə olunması nəzərdə tutulur. Bu təcrübənin su sektoruna uyğunlaşdırılması ağıllı sayğaclaşdırma, real vaxt monitorinqi, itkilərin aşkarlanması və məlumatlara əsaslanan şəbəkə idarəetməsinin inkişafına imkan yaradacaq.
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanda qızıl hasil edən şirkət istehsalı artırıb – Satış qiyməti 24% yüksəlib
-
-
4 saat əvvəl
Azərbaycan–Qırğız İnkişaf Fondunun kapitalının ikiqat artırılması parlamentdən keçib
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
4 saat əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 5 saat əvvəl
-
5 saat əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 5 saat əvvəl
-
5 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 5 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Çin şirkətləri Azərbaycanda istixanalar, heyvandarlıq və emal müəssisələri yaratmağı nəzərdən keçirirlər
Ən çox oxunanlar
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
21 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub
13%-lik istiqrazları 71 investor aldı




























