Polşanın “Asseco” İT şirkəti Azərbaycanda filial açmağı nəzərdən keçirir
Polşanın iri informasiya texnologiyaları şirkətlərindən olan “Asseco” Azərbaycanda fəaliyyətini genişləndirməyi və gələcəkdə ölkədə filial açmağı nəzərdən keçirir.
Şirkətin nümayəndəsi Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF 2026) çərçivəsində bildirib ki, tədbirdə iştirakın əsas məqsədlərindən biri “Asseco”nun xidmət və məhsulları üçün Azərbaycan bazarında yeni imkanların araşdırılmasıdır.
“Bu konfransda əsas məqsəd xidmət və məhsullarımız üçün yeni imkanlar araşdırmaqdır, həmçinin gələcəkdə burada filial açmaq imkanlarını nəzərdən keçiririk”, – şirkət nümayəndəsi qeyd edib.
Onun sözlərinə görə, şirkətin Azərbaycana marağının əsas səbəblərindən biri ölkədə yeni investisiyaların həyata keçirilməsi üçün yaradılmış şəraitdir.
“Azərbaycanda yeni investisiyalar üçün çox yaxşı şərait var”, – “Asseco” nümayəndəsi vurğulayıb.
Qeyd edək ki, İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu 25–26 sentyabr 2026-cı il tarixlərində Bakı Konqres Mərkəzində keçirilir. Forum beynəlxalq investorları, şirkətləri, maliyyə institutlarını və dövlət qurumlarının nümayəndələrini bir araya gətirir.
“Asseco Poland” beynəlxalq “Asseco Group”a rəhbərlik edir. Qrupun rəsmi məlumatına görə, şirkətlər qrupu təxminən 60 ölkədə fəaliyyət göstərir və 30 mindən çox əməkdaşı var. Onun proqram təminatı və İT həllərindən bank, energetika, telekommunikasiya, dövlət və səhiyyə sektorlarında istifadə olunur.
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 10 saat əvvəl
-
11 saat əvvəl
Azərbaycanda qızıl hasil edən şirkət istehsalı artırıb – Satış qiyməti 24% yüksəlib
-
-
11 saat əvvəl
Azərbaycan–Qırğız İnkişaf Fondunun kapitalının ikiqat artırılması parlamentdən keçib
- 11 saat əvvəl
-
11 saat əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
11 saat əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 12 saat əvvəl
-
12 saat əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 12 saat əvvəl
-
12 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 12 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Çin şirkətləri Azərbaycanda istixanalar, heyvandarlıq və emal müəssisələri yaratmağı nəzərdən keçirirlər
Ən çox oxunanlar
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
21 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub
13%-lik istiqrazları 71 investor aldı


























