Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir! ®
Bu il 30 yaşını qeyd edən Azercell yubiley sevincini abunəçiləri ilə bölüşür. Şirkət bu əlamətdar tarix münasibətilə “30 il səninlə” lotereyasına start verir. Şəhərin mərkəzində mənzil, Toyota Corolla Cross avtomobilləri, iPhone 17 Pro smartfonları lotereyanın qaliblərini gözləyir.
Lotereyaya qoşulmaq tamamilə ödənişsizdir. Fakturalı xətt abunəçiləri üçün qeydiyyat 25 sentyabr tarixindən, fakturasız xətt abunəçiləri üçün isə 28 sentyabrdan etibarən açıqdır. Bunun üçün “Azercell” tətbiqinin “Lotereya” bölməsindən qeydiyyatdan keçmək və ya 3035 qısa nömrəsinə START sözünü SMS-lə göndərmək kifayətdir.
Qeydiyyatdan keçən abunəçilər balanslarını artırdıqda, eləcə də Azercell-in məhsul və xidmətlərini əldə etdikdə lotereyada iştirak şansı qazanacaqlar. Hər əməliyyat üzrə təqdim olunan şansların sayı Azercell-in rəsmi saytında göstərilən qaydalara uyğun hesablanacaq. Fakturasız xətt abunəçiləri isə lotereya müddətində “Azercell” tətbiqi üzərindən həftəlik tapşırıqları tamamlayaraq əlavə şanslar əldə edə biləcəklər. Fakturalı xətt abunəçilərinin şansları fakturalama dövründən asılı olaraq 25 sentyabr və ya 5 oktyabr tarixindən hesablanacaq. Fakturasız xətt abunəçiləri üçün isə şansların hesablanması 19 oktyabrdan başlayacaq.
Qaliblər müəyyən olunmuş tarixlərdə keçiriləcək canlı tirajlarda təsadüfi seçim üsulu ilə müəyyən ediləcək. Əvvəlki tirajlarda uduş qazanmayan şanslar qüvvədə qalacaq və final tirajında iştirak edəcək. Finalın əsas hədiyyəsi isə şəhərin mərkəzində mənzil olacaq.
Qeyd edək ki, “30 il səninlə” lotereyasına 18 yaş və yuxarı istehlakçı seqmentinə aid fakturalı və fakturasız Azercell abunəçiləri qoşula bilərlər.
Lotereyanın şərtləri, iştirak qaydaları, şansların hesablanması, tirajlar və hədiyyələr barədə ətraflı məlumat Azercell-in rəsmi saytında təqdim olunur: |Azercell
Siz də lotereyaya qoşulun, Azercell-dən dəyərli hədiyyələr qazanmaq fürsətini qaçırmayın!
Müştərilərin xəbərləri
AZCON Holding-in IE Universiteti ilə birgə həyata keçirdiyi “Global Senior Management” proqramı uğurla yekunlaşıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
-
-
1 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
14 d. əvvəl
BOKT-lərin xalis mənfəəti 2,5 dəfədən çox artaraq 153 milyon manatı keçib
-
22 d. əvvəl
Niderlandın logistika nəhəngi Azərbaycana yeni investisiyalar yatıra bilər
- 26 d. əvvəl
-
57 d. əvvəl
Nağdsız ödənişlərin artım tempi zəifləyib – Elektron ticarətdə isə geriləmə var
-
1 saat əvvəl
Dünyada bananın bahalaşacağı gözlənilir – Nəhəng şirkətdən xəbərdarlıq
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Sahib Rzayevə iki vəzifə həvalə olundu – Prezident sərəncam imzaladı
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Ən çox oxunanlar
Balıqçılıq və iri təsərrüfatların fəaliyyəti ilə bağlı qanunvericilik dəyişdi – Yeni tələblər müəyyən edildi
Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb
Sahib Rzayevə iki vəzifə həvalə olundu – Prezident sərəncam imzaladı
Oktyabrın 28-də gözlənilən hava şəraiti
Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib


























