970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Rabitəbank “Rabita Junior”un ilk yaşını istifadəçiləri ilə birlikdə qeyd edib ®

AzVak-mobil_resmin_ustu_31
Rabitəbank “Rabita Junior”un ilk yaşını istifadəçiləri ilə birlikdə qeyd edib ®
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Rabitəbank uşaqların maliyyə savadlılığının artırılmasına və erkən yaşlardan düzgün maliyyə vərdişlərinin formalaşdırılmasına xidmət edən “Rabita Junior” mobil tətbiqi və “Kartmane Junior” Visa kartının istifadəyə verilməsinin birinci ildönümünü xüsusi tədbirlə qeyd edib.

Bankın Baş ofisində təşkil olunan tədbirdə məhsullardan aktiv istifadə edən və müxtəlif meyarlar əsasında seçilmiş 10 uşaq valideynləri ilə birlikdə iştirak edib. İnteraktiv və əyləncəli formatda keçirilən görüşün əsas məqsədi uşaqların maliyyə biliklərinin inkişafına dəstək olmaq, onlarda pulun düzgün idarə edilməsi, qənaət və məsuliyyətli xərcləmə vərdişlərini təşviq etmək, eyni zamanda balaca müştərilərlə birbaşa ünsiyyət qurmaq olub.

Tədbir çərçivəsində uşaqlar üçün maliyyə savadlılığı, məntiqi düşünmə və yaddaşın inkişafına yönəlmiş müxtəlif maarifləndirici oyunlar və interaktiv tapşırıqlar təşkil edilib.  Görüş zamanı “Rabita Junior” və “Kartmane Junior” Visa kartının funksionallığı, təqdim etdiyi imkanlar və gündəlik istifadəsi ilə bağlı interaktiv sual-cavab sessiyası da keçirilib. İştirakçıların gündəlik istifadə təcrübəsi, məhsulların üstünlükləri, eləcə də gözlənti və təklifləri ətrafında fikir mübadiləsi aparılıb.  Sonda  iştirakçılara Rabitəbank və “Kids station” Əyləncə Mərkəzi tərəfindən xüsusi hədiyyələr təqdim olunub, birinci ildönümü münasibətilə tort kəsilib. Maarifləndirici və əyləncəli anlarla yadda qalan görüş uşaqlar və valideynlər üçün xoş təəssüratlarla başa çatıb.

 “Kartmane Junior” Visa kartı və “Rabita Junior” mobil tətbiqi haqqında

“Rabita Junior” mobil tətbiqi və “Kartmane Junior” Visa kartı uşaqların maliyyə dünyasına ilk addımlarını daha maraqlı, təhlükəsiz və öyrədici etmək üçün yaradılıb. Bu innovativ həll uşaqlara pullarını idarə etməyi, qənaət etməyi və düzgün maliyyə qərarları verməyi oyunlar, interaktiv tapşırıqlar və mükafatlandırma sistemi vasitəsilə öyrədir. Valideynlər isə övladlarının xərclərini real vaxt rejimində izləyə, limitlər müəyyənləşdirə və onların maliyyə vərdişlərinin formalaşmasına yaxından dəstək ola bilirlər. Beləliklə, “Rabita Junior” və “Kartmane Junior” Visa kartının gündəlik bankçılığı uşaqlar üçün həm əyləncəli, həm də faydalı təcrübəyə çevirir.

“Kartmane Junior” Visa kartını “Rabita Mobile” tətbiqi üzərindən sifariş etmək mümkündür. Tətbiqi yükləmək üçün linkə https://onelink.to/qd8jcp keçid edə bilərsiniz.

Məlumat üçün bildirək ki, “Rabitəbank” ASC 1993-cü ildən etibarən fəaliyyət göstərir və “Rahat bankçılıq” konsepsiyası əsasında müştərilərinə müasir və əlçatan maliyyə xidmətləri təqdim edir. Bankın nizamnamə kapitalı 101,3 milyon manatdır. Ölkə üzrə geniş filial şəbəkəsi, rəqəmsal bankçılıq həlləri və peşəkar komandası ilə Rabitəbank müştərilərinə dəyər yaradan xidmətlər təqdim etməyə davam edir. Bankın əsas səhmdarları “Azərbaycan Banklar Assosiasiyası”nın prezidenti Nuriyev Zakir Əlibala oğlu və iş adamı, sahibkar Əliyev Rauf Zeynal oğludur.

Hal-hazırda “Rabitəbank” ASC 19 region və Bakı şəhəri üzrə ümumilikdə 32 xidmət məntəqəsi, 79 ATM-i, “Rabita Mobile”, “Rabita Junior” və “Rabita Business” tətbiqləri, İnternet Bankçılıq platforması və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri

Rabitəbank Rabita Junior Kartmane Junior Rabitəbank uşaqlar üçün kart uşaq bank kartı uşaqlar üçün bank kartı Visa Junior kart Rabita Mobile uşaqların maliyyə savadlılığı uşaqlar üçün mobil tətbiq uşaqlar üçün bankçılıq maliyyə vərdişləri valideyn nəzarəti bank kartı limitləri rəqəmsal bankçılıq Rabitəbank səhmdarları Rabitəbank nizamnamə kapitalı Zakir Nuriyev Rauf Əliyev Azərbaycan bankları.
27.10.2026 12:38
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19