İranda dollar tarixi rekordu yenilədi – 1 dollar 245 min tümənə qalxıb
İranda valyuta böhranı dərinləşir - İran rialı çökür- milli valyuta kəskin ucuzlaşır. 1 dollar 245 min tümənə çatıb.İranda ABŞ dollarının sərbəst bazarda satış məzənnəsi tarixi maksimum səviyyələrə yüksələrək 245 min tümən həddini (2 milyon 450 min rial) görüb.
Marja xəbər verir ki, İranın sərbəst valyuta bazarını izləyən poertalın (pashizi.com) məlumatına görə, dolların bahalaşması nəticəsində ölkənin milli valyutası ABŞ dolları qarşısında rekord aşağı səviyyələrə geriləyib.
Sentyabr ayı ərzində rialın ucuzlaşması xüsusilə sürətlənib. Açıq bazar məlumatlarına görə, ayın əvvəlində 1 ABŞ dolları təxminən 202 min 700 tümən səviyyəsində olduğu halda, sonrakı həftələrdə məzənnə 230 min tüməndən yuxarı qalxıb.
İran gündəlik hesablaşmalarda əsasən tüməndən istifadə edir. 1 tümən 10 İran rialına bərabərdir.
İnflyasiya milli valyutaya təzyiqi artırır
Milli valyutanın kəskin ucuzlaşması İranda yüksək inflyasiya və iqtisadi təzyiqlərin davam etdiyi dövrə təsadüf edir.
İran Mərkəzi Bankının açıqladığı son məlumatlara görə, sentyabrda illik müqayisədə qiymət artımını göstərən göstəricilər çox yüksək səviyyədə qalır. Bankın açıqlamasında inflyasiyanın sentyabrda 83,8% olduğu bildirilib.
Yüksək inflyasiya və rialın zəifləməsi xüsusilə ərzaq, dərman, idxal olunan məhsullar və xaricdən gətirilən xammalın qiymətlərinə ciddi təzyiq yaradır. İran iqtisadiyyatı eyni zamanda ABŞ sanksiyaları və xarici valyutaya çıxış imkanlarının məhdudlaşması ilə üzləşir.
Rialın sürətli dəyər itirməsi əhalinin alıcılıq qabiliyyətinə də mənfi təsir göstərir. Xarici valyuta və qızıl isə milli valyutanın ucuzlaşmasından qorunmaq istəyən əhali arasında əsas yığım vasitələrindən birinə çevrilib.
Müştərilərin xəbərləri
“McDonald’s Azərbaycan” və DSMF-nin birgə layihəsi çərçivəsində “Zəfərin varisləri” proqramına start verilir - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
3 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
- 3 d. əvvəl
-
18 d. əvvəl
Şəhid ailələrinin rəsm əsərləri “PAŞA Real Estate Qrup”un dəstəyi ilə nümayiş etdirilib
- 29 d. əvvəl
- 39 d. əvvəl
- 52 d. əvvəl
-
1 saat əvvəl
Bakıda məşhur taksi xidməti yeni brend altında fəaliyyət göstərəcək
-
1 saat əvvəl
Noyabrın 7-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir
- 1 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Şəhid ailələrinin rəsm əsərləri “PAŞA Real Estate Qrup”un dəstəyi ilə nümayiş etdirilib
AccessBank QSC Trellix DLP üzrə tender elan edir ®
Azərbaycanın şüşə istehsalçısı Dubaydakı nəhəng tikinti layihələrini hədəfləyir – 70 yeni iş yeri yaradılacaq
Ən çox oxunanlar
Bakıda məşhur taksi xidməti yeni brend altında fəaliyyət göstərəcək
Noyabrın 7-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir
Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub
Cəbrayılda yeni içki zavodu açıldı – Prezident və birinci xanım açılışda iştirak etdilər
Leobank “Felis 2026”da qızıl mükafat qazanıb




















