970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

AmCham-da AI gündəliyi – Cisco süni intellektə hazırlıq və rəqəmsal transformasiya təcrübəsini bölüşüb

Cisco-dan Azərbaycandakı şirkətlərə süni intellekt mesajı: AI-yə hazır olun. Cisco AmCham Azərbaycanın nahar görüşündə süni intellektə hazırlıq və rəqəmsal transformasiya üzrə qlobal təcrübəsini bölüşüb.
iç səhifə xəbər başlığı altı (mobil)_31
AmCham-da AI gündəliyi – Cisco süni intellektə hazırlıq və rəqəmsal transformasiya təcrübəsini bölüşüb
iç səhifə xəbər şəkil altı (mobil)_32

29 sentyabr 2026-cı il tarixində Azərbaycanda Amerika Ticarət Palatası (AmCham Azərbaycan) yerli və beynəlxalq biznes ictimaiyyətinin nümayəndələrini bir araya gətirən sentyabr ayı üzrə Üzvlərin Nahar Görüşünü keçirib.

Rəqəmsal transformasiya, bilik və təcrübə mübadiləsi, eləcə də peşəkar əlaqələrin qurulmasına həsr olunan tədbirin əsas qonaq spikeri Cisco-nun Müştəri Təcrübəsi üzrə Avropa, Yaxın Şərq və Afrika (EMEA) regionunun Baş vitse-prezidenti və Baş meneceri Adele xanım Trombetta olub.

Nahar görüşü AmCham Azərbaycanın İcraçı Direktoru cənab Zaur Kərimovun açılış nitqi ilə başlayıb. Qonaqları salamlayan cənab Zaur Kərimov Palatanın fəaliyyəti, əsas təşəbbüsləri və qarşıdan gələn tədbirləri barədə məlumat verib.

Daha sonra AmCham Azərbaycanın Prezidenti cənab Nuran Kərimov çıxış edərək biznes ictimaiyyətini qlobal təcrübə və ekspertiza ilə bir araya gətirən platformaların əhəmiyyətini vurğulayıb. Cənab Nuran Kərimov biznes mühitində rəqəmsal transformasiyanın artan roluna toxunaraq Cisco kimi qlobal texnologiya liderləri ilə əməkdaşlığın və təcrübə mübadiləsinin əhəmiyyətini qeyd edib. O, həmçinin AmCham Azərbaycanın yerli və beynəlxalq biznes ictimaiyyəti arasında dialoqun, bilik mübadiləsinin və əməkdaşlığın təşviqinə sadiqliyini bir daha vurğulayıb.

Tədbirin əsas hissəsində Cisco-nun Müştəri Təcrübəsi üzrə EMEA regionunun Baş vitse-prezidenti və Baş meneceri Adele xanım Trombetta təqdimatla çıxış edib. Xanım Trombetta süni intellektə hazırlıq, rəqəmsal transformasiya və bizneslərin süni intellekti uğurla tətbiq etməsi üçün ata biləcəyi praktiki addımlar barədə fikirlərini bölüşüb. O, həmçinin Cisco-nun qlobal işçi qüvvəsi miqyasında süni intellekt həllərinin tətbiqi ilə bağlı təcrübəsindən nümunələr təqdim edib. Təqdimatın ardınca keçirilən interaktiv sual-cavab sessiyası iştirakçılara fikir mübadiləsi aparmaq və qonaq spikerlə birbaşa müzakirələrə qoşulmaq imkanı yaradıb.

Bununla yanaşı, proqram çərçivəsində AmCham Azərbaycanın komitə və işçi qruplarının fəaliyyəti barədə məlumat təqdim olunub. Təhsil və Peşə İşçi Qrupun sədri Aygün xanım İsayeva və Marketinq, Kommunikasiya və Biznes İnkişafı (MCBD) Komitəsinin sədri Aysel xanım Süleymanova rəhbərlik etdikləri komitə və işçi qruplarının son fəaliyyəti, əsas təşəbbüsləri və qarşıdakı prioritetləri barədə məlumat veriblər.

Nahar görüşü çərçivəsində AmCham Azərbaycana üzv şirkətlərin nümayəndələri də öz təşkilatlarını və fəaliyyət istiqamətlərini təqdim etmək imkanı əldə ediblər. Neurotime şirkətinin həmtəsisçisi və Baş icraçı direktoru cənab Vüqar Cavadov, British School in Baku-nun Baş icraçı direktoru cənab Amil Vəliyev və Flame Towers Real Estate Management şirkətinin Kommersiya direktoru xanım Bahar Dadaşova təmsil etdikləri şirkətlərin əsas fəaliyyət istiqamətləri, xidmətləri barədə məlumat veriblər.

Rəsmi proqram nahar və şəbəkələşmə ilə davam edib. Bu, yeni işgüzar əlaqələr qurmaq və potensial əməkdaşlıq imkanlarını nəzərdən keçirmək üçün şərait yaradıb.

AmCham Azərbaycan mütəmadi olaraq təşkil etdiyi Üzvlərin Nahar Görüşləri vasitəsilə AmCham Azərbaycanın üzvlərini, biznes liderlərini, müxtəlif sahələr üzrə ekspertləri bir araya gətirərək bilik və təcrübə mübadiləsini, peşəkar dialoqu, eləcə də Azərbaycanın yerli və beynəlxalq biznes ictimaiyyəti arasında əlaqələrin daha da möhkəmləndirilməsini təşviq edir.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Cisco AmCham Azərbaycan süni intellekt AI rəqəmsal transformasiya Adele Trombetta Cisco EMEA biznes texnologiya süni intellektə hazırlıq rəqəmsallaşma Azərbaycan biznesi AmCham nahar görüşü Nuran Kərimov Zaur Kərimov biznes transformasiyası texnologiya şirkətləri AI həlləri Cisco Azərbaycan rəqəmsal iqtisadiyyat
30.09.2026 10:16
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19