SOCAR neft-qaz layihələrində “Halliburton” ilə tərəfdaşlığı böyütmək istəyir
- “Halliburton” SOCAR-ın beynəlxalq layihələrinə də qoşula bilər30 sentyabr 2026-cı il tarixində SOCAR-ın prezidenti Rövşən Nəcəf ABŞ-ın “Halliburton” şirkətinin Şərq yarımkürəsi üzrə prezidenti Rami Yassine ilə görüşüb.
Söhbət zamanı “Halliburton” şirkətinin uzun illər ərzində Azərbaycanda uğurla fəaliyyət göstərdiyi qeyd edilib. SOCAR ilə “Halliburton” arasında mövcud əlaqələrdən məmnunluq ifadə olunub, Azərbaycanda və digər ölkələrdə SOCAR tərəfindən həyata keçirilən layihələr üzrə tərəfdaşlığın daha da genişləndirilməsi imkanları nəzərdən keçirilib.
Qonağa SOCAR tərəfindən rəqəmsallaşma və süni intellekt həllərinin tətbiqi istiqamətində görülən işlər barədə məlumat verilib. Bu xüsusda, Karbamid zavodunun Dünya İqtisadi Forumunun “Qlobal mayak” Şəbəkəsinə üzv qəbul olunması məmnunluqla vurğulanıb.
Tərəflər neft-qaz yataqlarının işlənməsi, hasilatın səmərəliliyinin artırılması, rəqəmsallaşma və innovativ texnologiyaların tətbiqi istiqamətlərində mümkün əməkdaşlıq perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Müştərilərin xəbərləri
AZCON Holding-in IE Universiteti ilə birgə həyata keçirdiyi “Global Senior Management” proqramı uğurla yekunlaşıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
-
-
1 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
20 d. əvvəl
Nağdsız ödənişlərin artım tempi zəifləyib – Elektron ticarətdə isə geriləmə var
-
36 d. əvvəl
Dünyada bananın bahalaşacağı gözlənilir – Nəhəng şirkətdən xəbərdarlıq
- 51 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Sahib Rzayevə iki vəzifə həvalə olundu – Prezident sərəncam imzaladı
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib
-
1 saat əvvəl
Rabitəbank “Rabita Junior”un ilk yaşını istifadəçiləri ilə birlikdə qeyd edib ®
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb
Sahib Rzayevə iki vəzifə həvalə olundu – Prezident sərəncam imzaladı
Ən çox oxunanlar
Oktyabrın 28-də gözlənilən hava şəraiti
Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib
Bank sektorunda son vəziyyət - YENİ GÖSTƏRİCİLƏR AÇIQLANDI
























