Volkswagen-dən 100 min işçini əhatə edən sərt qərar – tətil riski artır
Almaniyanın avtomobil nəhəngi Volkswagen (VW) iqtisadi çətinliklər və xərclərin azaldılması proqramı fonunda IG Metall həmkarlar ittifaqı ilə bağlanmış bir sıra şirkətdaxili kollektiv əmək müqavilələrini ləğv etmək qərarına gəlib.
Marja.az Şirkətin açıqlamasına istinadən xəbər verir ki, mövcud iqtisadi şərait nəzərə alınaraq müxtəlif kollektiv müqavilələrin qüvvəsinə 31 dekabr 2026-cı ildən etibarən xitam veriləcək.
Ləğv ediləcək sənədlər arasında Volkswagen-in Almaniyadakı əsas zavodlarında çalışan təxminən 100 min əməkdaşı əhatə edən çərçivə sazişi də var. Bu müqavilə iş vaxtı, məzuniyyət ödənişləri və digər əmək şərtlərini tənzimləyir.
Volkswagen daha əvvəl 35 min iş yerinin azaldılmasına razılaşmışdı
Şirkət 2024-cü ilin sentyabrında da oxşar addım atmışdı. Sonrakı danışıqlar nəticəsində məcburi işdən çıxarmalara yol verilmədən ümumilikdə 35 min iş yerinin azaldılmasını nəzərdə tutan razılaşma əldə edilmişdi.
Lakin Volkswagen-in baş icraçı direktoru Oliver Blumenin rəhbərliyi altında davam edən genişmiqyaslı restrukturizasiya proqramı fonunda daha əvvəl fəaliyyəti təminat altına alınmış bəzi zavodların yenidən bağlanma riski ilə üzləşdiyi bildirilir.
Volkswagen: “Dəyişikliklər struktur və dərindir”
Volkswagen-in İnsan Resursları üzrə İdarə Heyətinin üzvü Arne Meiswinkel Çin avtomobil istehsalçılarının Avropa bazarında artan rəqabətinə diqqət çəkib.
Onun sözlərinə görə, bazardakı dəyişikliklər struktur xarakter daşıyır və uzunmüddətlidir. Bu səbəbdən Volkswagen-in xərclərini rəqabətqabiliyyətli səviyyəyə endirməsi şirkət üçün əvvəlkindən daha vacib olub.
Şirkət eyni zamanda IG Metall həmkarlar ittifaqının əməkhaqlarının 5% artırılması tələbini qəbul etməyib.
1 yanvardan tətil riski artır
IG Metall nümayəndəsi Thorsten Gröger Volkswagen-in qərarına sərt reaksiya verib və mövcud tətil məhdudiyyətinin 1 yanvar 2027-ci ildən qüvvədən düşəcəyini xatırladıb. Bu isə tərəflər arasında razılaşma əldə olunmayacağı halda Volkswagen-in Almaniyadakı zavodlarında əmək mübahisələrinin və mümkün tətil aksiyalarının gündəmə gəlməsi riskini artırır.
Volkswagen və IG Metall nümayəndələrinin yeni əmək şərtlərini müzakirə etmək üçün 2026-cı ilin oktyabr ayının ikinci yarısında yenidən danışıqlar masasına oturması gözlənilir.
Müştərilərin xəbərləri
“McDonald’s Azərbaycan” və DSMF-nin birgə layihəsi çərçivəsində “Zəfərin varisləri” proqramına start verilir - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
3 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
- 11 d. əvvəl
-
26 d. əvvəl
Şəhid ailələrinin rəsm əsərləri “PAŞA Real Estate Qrup”un dəstəyi ilə nümayiş etdirilib
- 37 d. əvvəl
- 47 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bakıda məşhur taksi xidməti yeni brend altında fəaliyyət göstərəcək
-
1 saat əvvəl
Noyabrın 7-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir
- 1 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Şəhid ailələrinin rəsm əsərləri “PAŞA Real Estate Qrup”un dəstəyi ilə nümayiş etdirilib
AccessBank QSC Trellix DLP üzrə tender elan edir ®
Azərbaycanın şüşə istehsalçısı Dubaydakı nəhəng tikinti layihələrini hədəfləyir – 70 yeni iş yeri yaradılacaq
Ən çox oxunanlar
Bakıda məşhur taksi xidməti yeni brend altında fəaliyyət göstərəcək
Noyabrın 7-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir
Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub
Cəbrayılda yeni içki zavodu açıldı – Prezident və birinci xanım açılışda iştirak etdilər
Leobank “Felis 2026”da qızıl mükafat qazanıb





















