AZAL daha bir “Airbus A321neo” aldı – Donanmadakı təyyarələrin sayı 31-ə çatdı
AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları donanmasına növbəti yeni nəsil “Airbus A321neo” təyyarəsini qəbul edib. Bununla, aviaşirkətin donanmasındakı təyyarələrin ümumi sayı 31-ə çatıb.
Marja.az AZAL-a istinadən xəbər verir ki, yeni “Airbus A321neo” təyyarəsi yüksək tələbat olan istiqamətlərdə daşıma imkanlarının genişləndirilməsinə və əməliyyat səmərəliliyinin artırılmasına töhfə verir. Bu tip yeni nəsil təyyarələrin donanmaya ardıcıl daxil edilməsi uçuş proqramının planlaşdırılmasında çevikliyi artırır və sərnişin axınının mövsümi dəyişməsinə uyğunlaşmağa kömək edir.
Yeni təyyarə müasir “Airspace” salon konsepsiyası, bortdaxili əyləncə sistemi və yüksək sürətli “Wi-Fi” xidməti ilə təchiz olunub. Yenilənmiş interyer, geniş əl yükü bölmələri və tənzimlənən işıqlandırma sərnişinlərin rahatlığına xidmət edir. “Airbus A321neo” əvvəlki nəsil modellərlə müqayisədə hər oturacaq üzrə təxminən 20 faiz daha az yanacaq sərfiyyatı və karbon emissiyası ilə seçilir.
Hər gün yeni vakansiyalar - AzVak.az-da
Qeyd edilib ki, Azərbaycan Hava Yolları ilk “Airbus A321neo” təyyarəsini 2026-cı ilin iyul ayında qəbul edib. İkinci “A321neo”nun gəlişi ilə cari ildə donanmaya əlavə olunan yeni təyyarələrin ümumi sayı beşə çatıb. İlin sonunadək bu tipli daha iki hava gəmisinin tədarükü nəzərdə tutulur.
Azərbaycanın milli aviadaşıyıcısı təyyarə tədarükünü uzunmüddətli inkişaf proqramı çərçivəsində ardıcıl şəkildə davam etdirir. Proqramın məqsədi donanmanı genişləndirməklə yanaşı, onun tərkibində müasir hava gəmilərinin payını yüksəltmək və gələcək sərnişin daşımaları üçün dayanıqlı əməliyyat bazası formalaşdırmaqdır.
Bu çərçivədə Azərbaycan Hava Yolları 2032-ci ilədək donanmasını 50 təyyarəyə çatdırmağı hədəfləyir. Donanmanın yenilənməsi marşrut şəbəkəsinin genişləndirilməsi, əməliyyat səmərəliliyinin yüksəldilməsi, sərnişinlərə təqdim olunan xidmətlərin təkmilləşdirilməsi və pilotların peşəkar hazırlığının gücləndirilməsi ilə paralel aparılır.
Müştərilərin xəbərləri
Pulunuzu sadəcə saxlamayın? Kapital Bank-ın rəsmisi investisiyanın əsas qaydalarını açıqladı - MÜSAHİBƏ
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 1 gün sonra
-
1 saat əvvəl
“Pegasus” Avropada böyüyür – İki aviaşirkəti birdən satın aldı
-
5 saat əvvəl
Avropa İttifaqı 9 oyun şirkəti ilə bağlı araşdırmaya başlayıb
-
5 saat əvvəl
Hörmüz böhranı gübrəni bahalaşdırdı – Qiymət 9 ayda 28,4% artıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
AZAL daha bir “Airbus A321neo” aldı – Donanmadakı təyyarələrin sayı 31-ə çatdı
- 7 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
Avropa İttifaqı 9 oyun şirkəti ilə bağlı araşdırmaya başlayıb
Naxçıvan Ali Məclisinin deputatı mandatından məhrum edilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
SOCAR yeni şirkət yaradıb
Bakıdan Tbilisiyə daha ucuz getmək mümkün olacaq, biletlər 36 manatdan başlayacaq - gündə 4 reys olacaq
Azərbaycanda oktyabrın 2-dən 5-dək yağış yağacaq
Yasamalda “kazino mənzili” aşkarlandı, 6 nəfər saxlanıldı - 5 milyon manatdan çox dövriyyə
Mərkəzi Bank 2 BOKT-un lisenziyasını ləğv edib
Oktyabrın 2-də gözlənilən hava şəraiti






















