UNEC tələbələri ABB Invest ilə investisiya dünyasına ilk addımlarını atdılar - FOTOLAR
“ABB-İnvest İnvestisiya Şirkəti” QSC Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) tələbələrinin maliyyə savadlılığının artırılması və investisiya bazarları haqqında praktiki biliklərinin genişləndirilməsi məqsədilə “İnvestisiyaya ilk addım: Maliyyə bazarları və investisiya imkanları” mövzusunda maarifləndirici seminar təşkil edib.Dünən keçirilmiş seminar UNEC tələbələri arasında böyük marağa səbəb olub, iştirakçı sayı 90 nəfəri keçib.
Maarifləndirici və interaktiv formatda baş tutan tədbir zamanı gənclərə maliyyə savadlılığının əsasları, səhm, istiqraz və ETF-lər kimi əsas investisiya alətləri sadə və anlaşılan nümunələrlə təqdim olunub. Seminar çərçivəsində risk və gəlir münasibəti, investisiya portfelinin düzgün formalaşdırılması və diversifikasiya kimi vacib anlayışlar ətraflı izah edilib.
Tədbirin praktiki hissəsində real bazar nümunələri əsasında müxtəlif investisiya yanaşmaları seminar iştirakçılarının diqqətinə çatdırılıb. Eyni zamanda, “ABB Invest”in mobil investisiya imkanları canlı şəkildə nümayiş etdirilərək platformada maliyyə alətlərinin axtarışı, sifarişlərin verilməsi və investisiya portfelinin izlənilməsi prosesi tələbələrə göstərilib.
Seminarın həyəcanlı anlarından biri interaktiv sorğu (“quiz”) mərhələsi olub. Tələbələr QR kod vasitəsilə “Mentimeter” platformasına qoşularaq investisiya və maliyyə bazarları üzrə biliklərini sınayıblar. Düzgün cavabların sayı və cavablandırma sürəti əsasında müəyyən edilən ilk üç yerin qalibinə müvafiq olaraq müxtəlif məbləğlərdə mükafatlar təqdim olunub.
Tədbirin sonunda tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb, “ABB Invest”də qeydiyyat imkanları barədə geniş məlumat verilib və iştirakçılarla xatirə fotosu çəkdirilib. Təşkil olunan seminar tələbələrin müasir maliyyə bazarları ilə tanışlığı və gələcək investisiya addımları üçün faydalı bir platforma rolunu oynayıb.
Əlaqə üçün:
Suallarınızla bağlı [email protected] elektron poçt ünvanına müraciət edə, həmçinin *3773 qısa nömrəsi və ya +994 50 268 33 99 mobil nömrəsi vasitəsilə əlaqə saxlaya bilərsiniz.
Müştərilərin xəbərləri
AZCON Holding-in IE Universiteti ilə birgə həyata keçirdiyi “Global Senior Management” proqramı uğurla yekunlaşıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
-
-
1 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
20 d. əvvəl
Nağdsız ödənişlərin artım tempi zəifləyib – Elektron ticarətdə isə geriləmə var
-
36 d. əvvəl
Dünyada bananın bahalaşacağı gözlənilir – Nəhəng şirkətdən xəbərdarlıq
- 51 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Sahib Rzayevə iki vəzifə həvalə olundu – Prezident sərəncam imzaladı
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib
-
1 saat əvvəl
Rabitəbank “Rabita Junior”un ilk yaşını istifadəçiləri ilə birlikdə qeyd edib ®
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb
Sahib Rzayevə iki vəzifə həvalə olundu – Prezident sərəncam imzaladı
Ən çox oxunanlar
Oktyabrın 28-də gözlənilən hava şəraiti
Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib
Bank sektorunda son vəziyyət - YENİ GÖSTƏRİCİLƏR AÇIQLANDI



























