Korrupsiya ilə əlaqədar məlumat verənlərin həvəsləndirilməsinə dair qanun layihəsinin məqsədləri açıqlanıb
Korrupsiya barədə məlumat verən işçini çıxarmaq qadağan ediləcək. İşəgötürənlərə yeni qadağa: korrupsiyanı bildirən işçiyə qarşı qisas tədbiri olmaz. Korrupsiyanı xəbər verənlər dövlət hesabına vəkil tuta biləcək. Korrupsiyanı bildirən şəxsin yaxınları da qorunacaq. Korrupsiya barədə məlumat verənlər üçün 5%-lik mükafat mexanizmi yaradılır lakin mükafatın məbləği minimum əməkhaqqının 25 mislinədən çox ola bilməz.“Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında” qanun layihəsinin məqsədləri açıqlanıb.
Bunu bu gün Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirəyə çıxarılan “Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib.
Arzu Nağıyev deyib ki, qanun layihəsi korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə məlumat verilməsi, həmin məlumatların qəbulu və araşdırılması, habelə məlumat verən şəxslərin hüquqi müdafiəsi və həvəsləndirilməsi ilə bağlı münasibətlərin tənzimlənməsi məqsədilə hazırlanıb. Qanun layihəsi 5 fəsil və 19 maddədən ibarətdir:
“Layihənin əsas məqsədi təşkilatlarda şəffaflığın artırılması, korrupsiya ilə əlaqədar hüquqpozmaların aşkar edilməsi və qarşısının alınması, korrupsiyaya qarşı dözümsüzlük mühitinin formalaşdırılması və belə hüquqpozmaların törədilməsini istisna edən şəraitin yaradılmasıdır. Layihəyə əsasən, məlumat dərhal qeydiyyata alınmalı və, bir qayda olaraq, 20 iş günü müddətində araşdırılmalıdır. Əlavə materialların əldə edilməsi zərurəti yarandıqda araşdırma müddətinin 10 iş günü uzadılması mümkündür. Araşdırmanın nəticəsindən asılı olaraq müvafiq mülki-hüquqi, inzibati və ya intizam tədbirlərinin görülməsi, cinayət əlamətləri olduqda isə materialların aidiyyəti üzrə göndərilməsi nəzərdə tutulur. Məlumat verən şəxslərin müdafiəsi ilə bağlı layihədə onların məlumatlarının konfidensiallığının qorunması, özlərinin, yaxın qohumlarının və qohumlarının təhlükəsizliyinin təmin edilməsi, dövlət hesabına peşəkar hüquqi yardım almaq, məhkəmə xərclərindən azad olunmaq, dəymiş maddi və mənəvi zərərin kompensasiyasını tələb etmək və konfidensial məsləhət almaq hüquqları müəyyən edilir. Eyni zamanda, məlumat verən şəxsə, onun yaxın qohumuna və ya qohumuna belə məlumata görə hədə-qorxu, təzyiq, təhdid, təhqir və digər qanunsuz təsirlərin göstərilməsi, habelə məlumat verilməsi ilə əlaqədar iş yerində qisas xarakterli tədbirlərin görülməsi qadağan edilir. Bu çərçivədə intizam tənbehinin tətbiqi, əmək müqaviləsinə xitam verilməsi, vəzifənin və ya iş yerinin dəyişdirilməsi, əməkhaqqından qanunsuz tutulmalar və digər mənfi tədbirlərin tətbiqinə yol verilmir”.
Komitə sədri qeyd edib ki, məlumat verən şəxslərin həvəsləndirilməsi məqsədilə layihədə maddi mükafat mexanizmi müəyyən edilir:
“Məlumat təsdiq edildikdə, təşkilat rəhbərinin qərarı ilə məlumat verən şəxsə təşkilatın büdcəsi hesabına mükafat ödənilməsi nəzərdə tutulur. Mükafatın məbləği minimum əməkhaqqının 25 mislindən artıq ola bilməz və onun müəyyən edilməsində hüquqpozmanın xarakteri, faktların sayı, məlumatın əhəmiyyəti, vurulmuş zərər və bərpa edilmiş aktivlərin məbləği nəzərə alınır. Bundan əlavə, cinayət təqibi nəticəsində xüsusi müsadirə edilmiş əmlak və ya pul vəsaiti hesabına əldə edilmiş vəsaitdən, habelə layihədə nəzərdə tutulan digər hallarda dövlət büdcəsinə ödənişin və ya dövlətə ödənilməsi təmin edilmiş maddi ziyanın 5 faizi məbləğində vəsaitin məlumat verən şəxsə ödənilməsi nəzərdə tutulur. Məlumat verən şəxs, onun yaxın qohumu və qohumu korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verməsi ilə əlaqədar olaraq həlak olduqda və ya bədən xəsarəti alması hallarında müvafiq birdəfəlik müavinətlərin ödənilməsi, habelə əmlaka dəymiş zərərin qanunvericiliklə müəyyən edilmiş qaydada kompensasiya edilməsi nəzərdə tutulur. Qanunun icra vəziyyətini öyrənilməsi, statistikanın aparılması, müvafiq təklif və tövsiyələrin hazırlanması Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının səlahiyyətlərinə aid edilir”.
Hər gün yeni vakansiyalar - AzVak.az-da
© APA
Müştərilərin xəbərləri
“McDonald’s Azərbaycan” və DSMF-nin birgə layihəsi çərçivəsində “Zəfərin varisləri” proqramına start verilir - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
3 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
- 3 d. əvvəl
-
18 d. əvvəl
Şəhid ailələrinin rəsm əsərləri “PAŞA Real Estate Qrup”un dəstəyi ilə nümayiş etdirilib
- 29 d. əvvəl
- 39 d. əvvəl
- 52 d. əvvəl
-
1 saat əvvəl
Bakıda məşhur taksi xidməti yeni brend altında fəaliyyət göstərəcək
-
1 saat əvvəl
Noyabrın 7-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir
- 1 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Şəhid ailələrinin rəsm əsərləri “PAŞA Real Estate Qrup”un dəstəyi ilə nümayiş etdirilib
AccessBank QSC Trellix DLP üzrə tender elan edir ®
Azərbaycanın şüşə istehsalçısı Dubaydakı nəhəng tikinti layihələrini hədəfləyir – 70 yeni iş yeri yaradılacaq
Ən çox oxunanlar
Bakıda məşhur taksi xidməti yeni brend altında fəaliyyət göstərəcək
Noyabrın 7-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir
Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub
Cəbrayılda yeni içki zavodu açıldı – Prezident və birinci xanım açılışda iştirak etdilər
Leobank “Felis 2026”da qızıl mükafat qazanıb



















