Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır ®
10 oktyabr tarixində Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Gamesummit” və “OMNI AI Summit” keçiriləcək.
Tədbir oyun və süni intellekt sahələrində dünyanın aparıcı texnologiya şirkətlərini, ekspert və sənaye mütəxəssislərini Azərbaycanda bir araya gətirəcək. Google, Xsolla, Microsoft/Xbox, BytePlus, Wonderful AI və digər beynəlxalq şirkətlərin nümayəndələrinin iştirak edəcəyi sammitdə texnologiya sənayesinin aktual trendləri və gələcək inkişaf istiqamətləri müzakirə olunacaq.
Tədbir çərçivəsində çıxışlar, panel müzakirələri və tematik sessiyalar keçiriləcək. “Gamesummit”də oyun sənayesinin qlobal inkişafı, yeni biznes modelləri və oyun ekosisteminin gələcəyi, “AI Summit”də isə süni intellektin biznesdə tətbiqi, yeni nəsil Sİ həlləri və texnologiyanın müxtəlif sahələrə təsiri diqqət mərkəzində olacaq.
Bu tərəfdaşlıq Azercell-in fəaliyyətinin strateji istiqamətlərini — rəqəmsal məhsul portfelinin genişləndirilməsini, eləcə də süni intellekt əsaslı innovativ həllərin tətbiqinin inkişafını əks etdirir.
Şirkət tədbirdə mobil tətbiqində yeni istifadəyə verdiyi “Oyun Portalı”nı təqdim edəcək. Oyunları, turnirləri və viktorinaları bir araya gətirən portal Azercell-in rəqəmsal əyləncə istiqamətində atdığı yeni addımdır. Şirkət istifadəçilərin fərqli maraqlarına uyğun interaktiv oyunlar və rəqəmsal əyləncə həlləri inkişaf etdirir. Ziyarətçilər Azercell-in stendində portalın imkanları ilə yaxından tanış ola, oyunları sınaqdan keçirə və turnirlərdə iştirak edə biləcəklər.
Süni intellekt isə Azercell-in texnoloji transformasiyasının strateji istiqamətlərindən biri olaraq şirkətin müştəri xidmətləri, şəbəkə idarəetməsi, kibertəhlükəsizlik və daxili iş proseslərinə fəal şəkildə inteqrasiya olunur.
Azercell tədbirə tərəfdaşlıq etməklə ölkədə süni intellekt üzrə bilik və təcrübə mübadiləsinə, texnologiyanın biznesdə daha geniş tətbiqinə və yerli rəqəmsal ekosistemin inkişafına töhfə verir.
Müştərilərin xəbərləri
“McDonald’s Azərbaycan” və DSMF-nin birgə layihəsi çərçivəsində “Zəfərin varisləri” proqramına start verilir - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
3 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
- 3 d. əvvəl
-
18 d. əvvəl
Şəhid ailələrinin rəsm əsərləri “PAŞA Real Estate Qrup”un dəstəyi ilə nümayiş etdirilib
- 29 d. əvvəl
- 39 d. əvvəl
- 52 d. əvvəl
-
1 saat əvvəl
Bakıda məşhur taksi xidməti yeni brend altında fəaliyyət göstərəcək
-
1 saat əvvəl
Noyabrın 7-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir
- 1 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Şəhid ailələrinin rəsm əsərləri “PAŞA Real Estate Qrup”un dəstəyi ilə nümayiş etdirilib
AccessBank QSC Trellix DLP üzrə tender elan edir ®
Azərbaycanın şüşə istehsalçısı Dubaydakı nəhəng tikinti layihələrini hədəfləyir – 70 yeni iş yeri yaradılacaq
Ən çox oxunanlar
Bakıda məşhur taksi xidməti yeni brend altında fəaliyyət göstərəcək
Noyabrın 7-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir
Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub
Cəbrayılda yeni içki zavodu açıldı – Prezident və birinci xanım açılışda iştirak etdilər
Leobank “Felis 2026”da qızıl mükafat qazanıb






















