Sosial şəbəkələrdə şərəf və ləyaqəti alçaltdı – 7 min manat ödəyəcək
İddiaçı 100 min manat tələb etdi, məhkəmə 7 min manat təzminat müəyyənləşdirdi. Məhkəmə: Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir. Məhkəmə: Şəxsin adının çəkilməməsi onun şərəf və ləyaqətinin pozulmasını istisna etmir. Məhkəmə: İctimai tanınmışlıq ailə üzvlərinin şəxsi həyatına müdaxiləyə əsas vermir. Məhkəmə: Kibernetikanın vermiş olduğu imkanlardan kiber etika qaydalarına riayət edilmədən istifadə hüquq pozuntusuna gətirib çıxara bilərTovuz Rayon Məhkəməsində şəxsin şərəf və ləyaqətinin müdafiəsi, sosial şəbəkələrdə yayılmış məlumatların təkzib edilməsi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki işə baxılıb.
Marja.az xəbər verir ki, işin hallarına görə, iddiaçı cavabdehə qarşı şərəf və ləyaqətin müdafiəsi, yayılmış məlumatların təkzib edilməsi və mənəvi ziyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət edib.
İddia ərizəsində göstərilib ki, cavabdeh müxtəlif sosial şəbəkələrdə, o cümlədən “YouTube”, “TikTok” və “Instagram” platformalarında yayımlanan videomateriallarda iddiaçının və onun ailə üzvlərinin ünvanına alçaldıcı ifadələr işlədib, onların şəxsi və ailə həyatına aid məsələləri ictimai müzakirəyə çıxarıb.
İddiaçı məlumatların təkzib edilməsini və cavabdehdən 100 000 manat mənəvi ziyanın tutulmasını tələb edib.
Məhkəmə iş üzrə təqdim edilmiş sübutları və videomaterialları araşdıraraq müəyyən edib ki, cavabdehin işlətdiyi ifadələr iddiaçının və onun ailə üzvlərinin şəxsi həyatına müdaxilə xarakteri daşıyıb, onların şərəf və ləyaqətini alçaldıb.
Məhkəmə qeyd edib ki, Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinə və İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 8-ci maddəsinə əsasən, hər kəsin şəxsi və ailə həyatının toxunulmazlığı hüququ vardır. Şəxsin ailə münasibətləri, uşaqların mənşəyi və digər şəxsi məlumatları üstün ictimai maraq olmadan kütləvi müzakirə predmetinə çevrilə bilməz. Hətta məlumatlar həqiqətə uyğun olsa belə, onların şəxsi həyata müdaxilə məqsədilə ictimailəşdirilməsi hüquqa zidd ola bilər.
Vurğulanıb ki, uşaqların doğulma şəraitinə görə fərqləndirilməsi və onların mənşəyi ilə bağlı alçaldıcı ifadələrin işlədilməsi yolverilməzdir. Belə davranış uşaqların hüquqlarına, psixoloji sağlamlığına və sosial rifahına mənfi təsir göstərə bilər.
Məhkəmənin mövqeyinə görə, ifadələrin hüquqi qiymətləndirilməsi zamanı onların ümumi konteksti, işlədildiyi şərait və konkret şəxsə ünvanlanıb-ünvanlanmadığı nəzərə alınmalıdır. Şəxsin adının birbaşa çəkilməməsi onun şərəf və ləyaqətinin pozulmasını istisna etmir. Eyni zamanda mübahisəli ifadələrin sosial şəbəkələrdə dəfələrlə təkrarlanması davranışın sistemli və məqsədyönlü xarakter daşıdığını göstərib.
Məhkəmə diqqətə çatdırıb ki, Konstitusiyanın 47-ci maddəsi ilə təmin edilən fikir və söz azadlığı mütləq hüquq deyil. Sosial şəbəkələrdə ifadə azadlığından istifadə digər şəxslərin şərəf, ləyaqət və şəxsi həyatına hörmət edilməsi öhdəliyini aradan qaldırmır. Real həyatda qüvvədə olan etik və hüquqi normalar rəqəmsal mühitdə də qorunmalıdır.Kibernetikanın vermiş olduğu imkanlardan kiber etika qaydalarına riayət edilmədən istifadə hüquq pozuntusuna gətirib çıxara bilər.
Həmçinin bildirilib ki, ictimaiyyət arasında tanınan şəxslərin daha geniş tənqidə məruz qala bilməsi onların şəxsi həyatı ictimaiyyətə açıq olmayan ailə üzvlərinin də eyni müdaxilələrə dözmək öhdəliyi daşıması demək deyil.
Mənəvi ziyanın məbləği müəyyən edilərkən hüquq pozuntusunun xarakteri, yayılma miqyası, vurulmuş mənəvi zərər, cavabdehin davranışı və maddi imkanlarına dair sübutlar nəzərə alınıb. Məhkəmə vurğulayıb ki, mənəvi ziyana görə kompensasiya həm pozulmuş hüquqların müdafiəsinə, həm də gələcəkdə oxşar hüquq pozuntularının qarşısının alınmasına xidmət etməlidir.
Yekunda Tovuz Rayon Məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilib.
Cavabdehin sosial şəbəkələrdə işlətdiyi ifadələr iddiaçının şərəf və ləyaqətini ləkələyən məlumatlar hesab edilib.
Cavabdehdən iddiaçının xeyrinə 7 000 manat mənəvi ziyan və 90 manat dövlət rüsumunun tutulması qət edilib.
Müştərilərin xəbərləri
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 saat sonra
-
13 d. əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
-
- 17 d. əvvəl
-
1 saat əvvəl
Tabitə və telekommunikasiya sahəsində vahid rəqəmsal platforma formalaşdırılır - “Rəqəmsal rabitə”
-
1 saat əvvəl
Bank Respublika 2026-cı ilin üçüncü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
-
1 saat əvvəl
Bank Respublika 9 ayda 50 milyon manat qazanıb – Mənfəəti 16,5% artıb
-
1 saat əvvəl
20 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub - SİYAHI, YENİLƏNİR
-
2 saat əvvəl
Mərkəzi Bank: Gündəlik 20 min manatlıq kart köçürmələri şübhə yarada bilər
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mərkəzi Bank BOKT-ların banklardan asılılığını azaltmaq istəyir
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
13%-lik istiqrazları 71 investor aldı
Mərkəzi Bank BOKT-ların banklardan asılılığını azaltmaq istəyir
Ən çox oxunanlar
Birbank Invest vasitəsilə “EmbaFinans” BOKT istiqrazlarına investisiya etmək imkanı ®
“Azər Türk Bank”ın xalis mənfəəti 62% artıb – Aktivləri 2,2 milyard manata yaxınlaşıb
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
ATB-nin xalis mənfəəti 62% artıb
CineMastercard Bakı hava limanının uçuş zonasında kinoteatr açıb ®
Oktyabrın 16-da gözlənilən hava şəraiti






















