Xınalıqda tarixi evlərin bərpası “QARA QAYA” şirkətinə həvalə edilib - 628 min manatlıq müqavilə
Dövlət Turizm Agentliyi “QARA QAYA” MMC ilə 628 min manatlıq müqavilə bağlayıb.Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi Quba rayonunda yerləşən “Xınalıq və Köç Yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğunda tarixi evlərin bərpası ilə bağlı 627 min 892 manat 77 qəpik məbləğində müqavilə bağlayıb. Müqavilənin qalibi “QARA QAYA” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) olub.
Marja.az xəbər verir ki, bu barədə dövlət satınalmalarının vahid internet portalının “Bağlanmış müqavilələr” bölməsində məlumat yerləşdirilib.
Məlumata əsasən, Dövlət Turizm Agentliyi tərəfindən keçirilmiş açıq tenderin qalibi VÖEN-i 3200070511 olan “QARA QAYA” MMC seçilib.
Satınalmanın predmeti Quba rayonunda yerləşən “Xınalıq və Köç Yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğunda tarixi evlərin bərpası ilə bağlı işləri əhatə edir.
İşlərin başlama tarixi 08.10.2026-cı il, bitmə tarixi 23.07.2027-ci ildir.
Beləliklə, dövlət qurumu tərəfindən tarixi evlərin bərpasına təxminən 628 min manat vəsait ayrılıb. Tenderdə ehtimal olunan qiymət 878 min 172,73 manat idi.
Qeyd edək ki, “Xınalıq və Köç Yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğu Azərbaycanın mədəni irsinin qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Xınalıq kəndi və “Köç Yolu” mədəni landşaftı 2023-cü ildə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.
Xınalıqdakı tarixi tikililərin bərpası ənənəvi memarlıq xüsusiyyətlərinin qorunması və bölgənin turizm potensialının inkişafı baxımından əhəmiyyətlidir.
Müştərilərin xəbərləri
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 saat sonra
-
10 d. əvvəl
Tabitə və telekommunikasiya sahəsində vahid rəqəmsal platforma formalaşdırılır - “Rəqəmsal rabitə”
-
-
14 d. əvvəl
Bank Respublika 2026-cı ilin üçüncü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
-
34 d. əvvəl
Bank Respublika 9 ayda 50 milyon manat qazanıb – Mənfəəti 16,5% artıb
-
35 d. əvvəl
20 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub - SİYAHI, YENİLƏNİR
-
1 saat əvvəl
Mərkəzi Bank: Gündəlik 20 min manatlıq kart köçürmələri şübhə yarada bilər
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mərkəzi Bank BOKT-ların banklardan asılılığını azaltmaq istəyir
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda ani ödənişlərin sayı 25 dəfə artıb – Mərkəzi Bank rekord göstəricilər açıqladı
-
1 saat əvvəl
Birbank Invest vasitəsilə “EmbaFinans” BOKT istiqrazlarına investisiya etmək imkanı ®
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
13%-lik istiqrazları 71 investor aldı
Birbank Invest vasitəsilə “EmbaFinans” BOKT istiqrazlarına investisiya etmək imkanı ®
“Azər Türk Bank”ın xalis mənfəəti 62% artıb – Aktivləri 2,2 milyard manata yaxınlaşıb
Ən çox oxunanlar
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
ATB-nin xalis mənfəəti 62% artıb
CineMastercard Bakı hava limanının uçuş zonasında kinoteatr açıb ®
Oktyabrın 16-da gözlənilən hava şəraiti
























