Azərbaycan OPEC+ iclasında neft bazarı üçün mühüm risklərə diqqət çəkib
Neftin daşınması bahalaşır – OPEC+ ölkələri vəziyyəti müzakirə edibEnergetika naziri Pərviz Şahbazov Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərində keçirilən 17-ci Beynəlxalq Enerji Forumu (IEF17) və 25-ci WPC Enerji Konqresi çərçivəsində təşkil olunan OPEC və qeyri-OPEC ölkələrinin nazirlərinin onlayn iclasında iştirak edib.
İclasda OPEC Katibliyinin “Xam neftin daşınması və sığortalanması xərclərinin artması” mövzusunda təqdimatı dinlənilib, mövcud şəraitin qlobal neft bazarına təsirləri müzakirə olunub.
Nazir Pərviz Şahbazov çıxışında bildirib ki, neft bazarının sabitliyi üçün tələb və təklif balansı ilə yanaşı, enerji resurslarının beynəlxalq bazarlara təhlükəsiz, fasiləsiz və əlverişli şərtlərlə çatdırılması da mühüm əhəmiyyət daşıyır. Bu baxımdan, bazar şəraitinin qiymətləndirilməsində nəqliyyat marşrutlarının təhlükəsizliyi, fraxt tarifləri və sığorta xərclərinin nəzərə alınması vacibdir. Nazir Azərbaycanın OPEC+ çərçivəsində hər zaman etibarlı tərəfdaş olduğunu bildirərək, ölkəmizin bundan sonra da birgə səylərə dəstəyini davam etdirəcəyini qeyd edib.
İclasda nazirlər OPEC+ çərçivəsində məsləhətləşmələrin davam etdirilməsi, bazardakı vəziyyətin izlənilməsi, hökumətlər və sənaye nümayəndələri ilə müzakirələrin davam etdirilməsi barədə razılığa gəliblər.
Müştərilərin xəbərləri
“McDonald’s Azərbaycan” və DSMF-nin birgə layihəsi çərçivəsində “Zəfərin varisləri” proqramına start verilir - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
3 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
- 3 d. əvvəl
-
18 d. əvvəl
Şəhid ailələrinin rəsm əsərləri “PAŞA Real Estate Qrup”un dəstəyi ilə nümayiş etdirilib
- 29 d. əvvəl
- 39 d. əvvəl
- 52 d. əvvəl
-
1 saat əvvəl
Bakıda məşhur taksi xidməti yeni brend altında fəaliyyət göstərəcək
-
1 saat əvvəl
Noyabrın 7-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir
- 1 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Şəhid ailələrinin rəsm əsərləri “PAŞA Real Estate Qrup”un dəstəyi ilə nümayiş etdirilib
AccessBank QSC Trellix DLP üzrə tender elan edir ®
Azərbaycanın şüşə istehsalçısı Dubaydakı nəhəng tikinti layihələrini hədəfləyir – 70 yeni iş yeri yaradılacaq
Ən çox oxunanlar
Bakıda məşhur taksi xidməti yeni brend altında fəaliyyət göstərəcək
Noyabrın 7-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir
Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub
Cəbrayılda yeni içki zavodu açıldı – Prezident və birinci xanım açılışda iştirak etdilər
Leobank “Felis 2026”da qızıl mükafat qazanıb





















