Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

PAŞA Bankın səhmlərini alanlara dividend ödəniləcək – 53,5 milyon manat paylanacaq

PAŞA Bankın səhmlərinə yatırım edənlər üçün yeni ödəniş – 30 oktyabrda köçürüləcək
AzVak-mobil_resmin_ustu_31
PAŞA Bankın səhmlərini alanlara dividend ödəniləcək – 53,5 milyon manat paylanacaq
iç səhifə xəbər şəkil altı (mobil)_32

“PAŞA Bank” ASC-nin Səhmdarlarının Ümumi Yığıncağı 18 iyun 2026-cı il tarixində 2025-ci ilin maliyyə nəticələri üzrə cəmi 107 043 000 AZN məbləğində dividend ödənilməsi barədə qərar qəbul etmişdir.

Qərara əsasən, dividend iki bərabər hissədə ödənilir. Birinci hissə 9-10 iyul 2026-cı il tarixlərində səhmdarlara 53 521 500 AZN ödənilmişdir. İkinci hissə üzrə ödəniş 53 521 500 AZN təşkil edir və Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi (MDM) tərəfindən hər bir səhmdarın müvafiq bank hesabına köçürüləcəkdir.

Reklam_3_11

İkinci hissə dividend ödənişi ilə bağlı əsas məlumatlar:

  • Ümumi dividend məbləği: 53 521 500,00 AZN (vergilər və digər məcburi ödənişlər daxil olmaqla)
  • Bir səhm üzrə dividend məbləği: ~ 2,86 AZN (vergilər və digər məcburi ödənişlər daxil olmaqla)
  • Hüquq tarixi: 28 oktyabr 2026-cı il, saat 18:00 - bu tarixdə MDM-in apardığı səhmdarlar reyestrində adları qeyd olunan şəxslər dividend almaq hüququna malikdir
  • Dividend hüququ ilə səhm almaq üçün son ticarət günü: 27 oktyabr 2026-cı il (ticarət sessiyasının sonunadək, saat 16:30)
  • Ödəniş hesabı: MDM-də qeydiyyata alınmış bank hesabı
  • Ödəniş tarixi: 30 oktyabr 2026-cı il (ödəniş həyata keçirildikdən sonra səhmdarlar SMS bildiriş alacaqlar)

Səhmləri hansı tarixdə əldə etməsindən və nə qədər müddət saxlamasından asılı olmayaraq, dividend almaq hüququna malik səhmdarlar MDM-in apardığı reyestr əsasında 28 oktyabr 2026-cı il, saat 18:00 vəziyyətinə müəyyən ediləcək. Qeyd edək ki, “PAŞA Bank” ASC-nin səhmlərinin ticarəti “Bakı Fond Birjası” QSC-də aparılır və bağlanmış əqdlər üzrə hesablaşmalar növbəti iş günü başa çatır. Bu səbəbdən reyestrdə 27 oktyabr 2026-cı il saat 16:30-dək bağlanmış alış əqdləri nəzərə alınacaq; 28 oktyabr və sonrakı tarixlərdə alınan səhmlər üzrə dividendin II hissəsi ödənilmir. 

PAŞA Bank ASC təsdiq edir ki, ilkin kütləvi təklif (IPO) zamanı Bankın səhmlərini əldə etmiş bütün fiziki və hüquqi şəxslər digər səhmdarlarla bərabər əsaslarla 2025-ci il üzrə dividend almaq hüququna malikdir. Beləliklə, PAŞA Bank ASC 2025-ci ilin konsolidasiya olunmuş maliyyə hesabatlarına əsasən il üzrə xalis mənfəətinin 57,7%-ni dividend kimi bölüşdürür. IPO-da səhm əldə edib həmin səhmləri hər iki hüquq tarixinədək (8 iyul və 28 oktyabr 2026) saxlayan investorlar təxminən 4 ay ərzində IPO zamanı müəyyən edilmiş səhmlərin satış qiymətinə (55 AZN) nisbətən ~10,4% dividend gəliri əldə etmiş olacaqlar.

Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.22-2-ci maddəsinə əsasən, tənzimlənən bazarda kütləvi təklif edilmiş səhmlər üzrə dividend gəlirləri 1 fevral 2028-ci il tarixinədək fiziki şəxslərin gəlir vergisindən azaddır. Bu səbəbdən fiziki şəxslərə ödənişdən 5% ödəmə mənbəyində vergi tutulmayacaq və vəsait tam həcmdə köçürüləcək.

Dividend ödənişi, müvafiq bank hesabı və rekvizitləri, dividendlər və səhmlər ilə bağlı suallar üçün *9123 və ya [email protected] əlaqə saxlanıla bilər.

Xatırladaq ki, PAŞA Bank ASC-nin səhmlərinin IPO-su 19 iyun 2026-cı ildə uğurla başa çatmışdır. Azərbaycan kapital bazarı tarixində ilk özəl şirkət IPO-su olan bu təklif həm fərdi, həm də korporativ investorlar tərəfindən böyük maraqla qarşılanmışdır. Təxminən 18 min unikal investorun iştirakı, 129,2% örtülmə nisbəti və 66,3 milyon AZN həcmində sifarişlə nəticələnən IPO investor bazasının genişlənməsinə, qiymətli kağızlar bazarına marağın artmasına və ölkədə kapital bazarının inkişafına təkan vermişdir.

14.10.2026 16:58
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19