"Mərkəzi Bank BOKT-ların yaşamasına kömək etməlidir"
“Banklar ilə müqayisədə bank olmayan kredit təşkilatlarının vəziyyəti daha ağırdır”.
Bunu “Marja”ya "İnkişaf üçün Maliyyə" Bank Olmayan Kredit Təşkilatı MMC-nin direktoru Cəlal Əliyev bildirib.
O qeyd edib ki, bank olmayan kredit təşkilatlarının (BOKT) kreditləşmə fəaliyyətindən başqa gəlir mənbələri demək olar ki, yox səviyyəsindədir:
“Bank olmayan kredit təşkilatları əsasən kreditləşmə ilə məşğuldurlar. Banklar isə, kreditləşmədən başqa cari hesablar, valyuta mübadiləsi kimi xidmətlər göstərərək əlavə gələrlər götürürlər. Həmçinin, banklar əmanət cəlb edə bilirlər. BOKT-ların əlavə gəlir mənbələri olmadığı və vəsait cəlb etməkdə çətinliklərlə qarşılaşdıqları üçün vəziyyətləri banklar ilə müqayisədə daha pisdir”.
“BEYNƏLXALQ TƏŞKİLATLAR BOKT-LAR İLƏ İŞLƏMƏK İSTƏMİRLƏR”
Cəlal Əliyev qeyd edib ki, kreditləşmə fəaliyyəti üçün BOKT-lara resurslar lazımdır: “Əvvəllər bu resurslar beynəlxalq maliyyə institutları, fondlar tərəfindən təmin olunurdu. Devalvasiyalardan sonra yaranmış çətinliklərə görə beynəlxalq maliyyə təşkilatları yerli BOKT-lar ilə işləmək istəmirlər. Eyni zamanda, BOKT-ların Manat resurslarına çıxışı məhdudur. Düşünürük ki, ya BOKT-ların Manat vəsaitlərinə çıxışı təmin edilməlidir, ya da valyutada cəlb ediləcək vəsaitlərin Manat kreditləşməsində istifadəsi üçün hedc, valyuta risklərinin sığortalanması alətləri olmalıdır”.
“KREDİT AYIRMAĞI MƏHDUDLAŞDIRIRIQ”
"İnkişaf üçün Maliyyə"nin direktoru əlavə etdi ki, 2013-2014-cü illər səviyyəsində olmamasa da kreditlərə təlabat mövcuddur:
"Manat vəsaitlərimiz çatışmadığına görə kredit ayırmağı məhdudlaşdırmaq məcburiyyətindəyik. Nəzərə almaq lazımdır ki, bir çox banklar və bank olmayan kredit təşkilatları bir sıra rayonlarda filiallarını bağlayıblar. "İnkişaf üçün Maliyyə"nin kreditlərinə tələbin artmasında təmsil olduğumuz bölgələrdə bazar iştirakçılarının sayının azalmasının da təsiri var. Əgər Manatda vəsait cəlb edə bilsək kreditləşməmizi 2-3 dəfə artıra bilərik”.
"MƏRKƏZİ BANK BOKT-LARA DA KREDİT VERMƏLİDİR"
Cəlal Əliyev bildirib ki, iri komersiya bankları da BOKT-lara kredit ayırmaqda maraqlı deyillər:
“Banklar izafi Manat resurslarını bank olmayan kredit təşkilatlarına ayrımaqdansa, Mərkəzi Bankın depozit hərraclarına, notlara və dövlət istiqrazlarına yönəltməkdə maraqlıdırlar.Təbii ki, Mərkəzi Bank daha yüksək gəlir təmin edən alətlər təklif etməklə öz funksiyasını yerinə yetirir. Eyni zamanda, Mərkəzi Bank bank olmayan kredit təşkilatlarına kredit verməlidir. Bu kredit elə də böyük məbləğdə olmayacağından ölkədə inflyasiyaya, Manatın məzənnəsinə təzyiq yarada bilməz. Belə bir addım BOKT-ların yaşamasına kömək edəcək. Nəzərə alınmalıdır ki, BOKT-lar da regionların inkişafını xeyli kömək edirlər”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 1 gün sonra
-
-
30 d. əvvəl
“Azərsun Holdinq” yerli xammaldan günəbaxan yağı istehsalını 4000 tona çatdıracaq
-
53 d. əvvəl
Birbank Star kartı ilə ictimai nəqliyyatda hər ay 5 gediş ödənişsizdir ®
-
1 saat əvvəl
“Fitch” Azərbaycan Mərkəzi Bankının islahatlarını yüksək qiymətləndirdi
-
1 saat əvvəl
Xəzər sahilində yerləşən hovuz və şəxsi qarajı olan villalar satışa çıxarılıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Tullantılar necə biznesə çevrilir? “Tullantıların biznesi” kitabı NƏŞR OLUNDU
- 15 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
Qızılın qiyməti son 2 ayın yeni maksimum səviyyəsində
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Kürdəmirdə “Bazarstore” açılır
İyunda Azərbaycanda orta maaş cüzi azalıb
"Fullamoda" Həzi Aslanovda 4000 kvadratmetrlik yeni, ailəvi konsept mağazasını açdı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Bank VTB Azərbaycan"ın kapital strukturu cari maliyyə göstəricilərinə uyğunlaşdırılıb






















