"PAŞA Bank" Türkiyə şirkətinin Azərbaycanda nəhəng enerji layihəsinə 40 milyon dollar ayırır - SAZİŞ İMZALANDI
Azərbaycanda 58,6 milyon dollarlıq yeni enerji layihəsi həyata keçiriləcək. PAŞA Bank Türkiyə şirkətinin Azərbaycandakı layihəsini maliyyələşdirəcək.Türkiyə şirkəti Azərbaycanda 58,6 milyon dollarlıq enerji layihəsi həyata keçirəcək - 250 MVt·saatlıq yeni enerji saxlama sistemi qurulacaq.Azərbaycanda yeni enerji saxlama layihəsi PAŞA Bankın maliyyə dəstəyi ilə reallaşacaq. Ümumi dəyəri 58,6 milyon ABŞ dolları olan layihənin maliyyələşdirilməsi üçün Bank 40 milyon ABŞ dolları ayıracaq.
Marja.az xəbər verir ki, layihə üzrə sazişin imzalanma mərasimində PAŞA Bankın İdarə Heyəti sədrinin müavini Bəhruz Nağıyev və YEO Teknoloji şirkətinin İdarə Heyətinin sədri və baş icraçı direktoru Tolunay Yıldız iştirak ediblər.
Layihəni Türkiyənin enerji texnologiyaları sahəsində fəaliyyət göstərən YEO Teknoloji şirkəti, Azərbaycanda enerji sistemi üçün həyata keçirəcək. Bu çərçivədə 125 MVt gücündə və 250 MVt·saat tutumunda batareya əsaslı enerji saxlama sistemi qurulacaq. İşlər EPC-F (layihələndirmə, satınalma, tikinti və maliyyələşdirmə) modeli əsasında, açar təslimi şərtləri ilə aparılacaq.
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycanda 2026-cı ilin ikinci rübündə ümumi tutumu 500 MVt·saat olan iki enerji saxlama sistemi istismara verilib. Yeni layihə ilə bu infrastruktura daha 250 MVt·saat tutumunda enerji saxlama sistemi əlavə olunacaq.
Yeni sistem elektrik şəbəkəsinin dayanıqlığını artırmağa və enerji istehsalı ilə istehlakı arasında balansı qorumağa kömək edəcək. Bərpa olunan mənbələrdən alınan elektrik enerjisinin daha səmərəli istifadəsi də layihənin əsas məqsədlərindəndir. Bunun üçün batareya sistemləri ilə yanaşı, yüksək gərginlikli yarımstansiya tikiləcək və yeni sistem elektrik şəbəkəsinə inteqrasiya ediləcək. Layihənin həyata keçirilməsi ölkənin enerji təhlükəsizliyinin gücləndirilməsinə də töhfə verəcək.
Dayanıqlı maliyyələşdirmə PAŞA Bankın uzunmüddətli inkişaf strategiyasında əsas istiqamətlərdən biridir. Bank son illərdə enerji səmərəliliyi, dayanıqlı infrastruktur, aşağı karbonlu nəqliyyat və dekarbonizasiya sahələrində bir sıra layihələrin maliyyələşdirilməsində iştirak edib.
YEO Teknoloji ilə əməkdaşlıq PAŞA Bankın enerji sektorunda maliyyələşdirdiyi layihələrin əhatəsini genişləndirəcək. Bank bərpa olunan enerji, enerji keçidi və strateji infrastruktur layihələrinin maliyyələşdirilməsini uzunmüddətli prioritetləri sırasında saxlayır.
Müştərilərin xəbərləri
"PAŞA Bank" Türkiyə şirkətinin Azərbaycanda nəhəng enerji layihəsinə 40 milyon dollar ayırır - SAZİŞ İMZALANDI
“Cahan Şirkətlər Qrupu”nun “BE Group” şirkəti “BakuBuild” sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 həftə sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
4 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
-
-
1 saat əvvəl
“PAŞA Kapital” və İnnovasiyalar Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb ®
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
PAŞA Bankın səhmləri bu ay 5 faizə yaxın bahalaşıb – İlkin yerləşdirmə qiymətinə yaxınlaşıb
-
3 saat əvvəl
Satmaq öhdəliyi ilə kirayə mənzillərlə bağlı yeni məhdudiyyətlər tətbiq olunur
-
3 saat əvvəl
Nərimanovda təməldən mənzillər FAİZSİZ daxili kreditlə satışda ®
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
Əfsanəvi Hakuho Sho Toyota Bakı Mərkəzində
Bakıda III Dayanıqlı Tikinti Sammiti keçiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
PAŞA Bankın səhmləri bu ay 5 faizə yaxın bahalaşıb – İlkin yerləşdirmə qiymətinə yaxınlaşıb
Nərimanovda təməldən mənzillər FAİZSİZ daxili kreditlə satışda ®
Azərbaycanın dövlət şirkəti xaricdə ilk şirkətini yaradıb


























