970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

"Marriott International" Azərbaycandakı 3 lüks hotelə rəhbər təyin etdi

“The Ritz-Carlton”, “JW Marriott” və “The St. Regis Baku”ya bir rəhbər təyin olunub. "Marriott International" Bakıda 3 lüks hotelin idarəçiliyini Nilesh Singh-ə tapşırıb.
AzVak-mobil_resmin_ustu_31
"Marriott International" Azərbaycandakı 3 lüks hotelə rəhbər təyin etdi
iç səhifə xəbər şəkil altı (mobil)_32

Nilesh Singh Azərbaycanda Marriott International şirkətinin genişlənən portfelinə rəhbərlik etmək üçün bölgə üzrə baş menecer vəzifəsinə təyin olunub. Bu vəzifə JW Marriott Absheron Baku, The Ritz-Carlton, Baku və gələcəkdə fəaliyyətə başlayacaq The St. Regis Baku hotellərini əhatə edir və şəhərin lüks qonaqpərvərlik sektorunda yeni mərhələnin başlanğıcını qeyd edir.

XXX

Marriott International şirkəti oktyabr ayından etibarən Nilesh Singh-in Bölgə üzrə Baş Menecer vəzifəsinə təyin olunduğunu elan edib.

Yeni vəzifəsində Nilesh Singh The Ritz-Carlton, Baku, JW Marriott Absheron Baku və gələcəkdə fəaliyyətə başlayacaq The St. Regis Baku hotellərinin strateji inkişafına və əməliyyat fəaliyyətinə rəhbərlik edəcək. Bu təyinat Marriott International-ın Azərbaycandakı mövqeyini daha da gücləndirmək istiqamətində mühüm addımdır.

Nilesh Singh 2023-cü ilin may ayından etibarən The Ritz-Carlton, Baku və JW Marriott Absheron Baku hotellərinin Baş Menecer vəzifəsində çalışır. O, lüks qonaqpərvərlik sahəsində 20 ildən artıq peşəkar təcrübəyə malikdir və The Ritz-Carlton, The St. Regis və Oberoi Hotels & Resorts kimi beynəlxalq nüfuza malik brendlərdə rəhbər vəzifələrdə fəaliyyət göstərib.

Bakıya təyin olunmazdan əvvəl Nilesh Singh Le Méridien Maldives Resort & Spa-da Açılış üzrə Baş Menecer vəzifəsində çalışıb və kurortun açılış mərhələsinə, eləcə də ilkin əməliyyat fəaliyyətinə uğurla rəhbərlik edib.

Genişlənmiş səlahiyyətləri çərçivəsində Nilesh Singh mövcud hotellər portfelinə rəhbərlik etməklə yanaşı, şəhərin lüks qonaqpərvərlik sektorunda ən çox gözlənilən layihələrdən biri olan The St. Regis Baku hotellinin açılış hazırlıqlarına da nəzarət edəcək. Hotel St. Regis brendinin özünəməxsus ənənələrini, zərif xidmət standartlarını və fərqləndirici xarakterini Azərbaycana gətirəcək.

“Nilesh güclü liderlik keyfiyyətləri və Bakı bazarını dərindən anlaması ilə seçilir. Onun zəngin təcrübəsi, komandasına sadiqliyi və lüks qonaqpərvərlik sahəsində əldə etdiyi uğurlu nəticələr onu Azərbaycandakı genişlənən portfelimizə rəhbərlik etmək və The St. Regis Baku hotellinin açılışını idarə etmək üçün ideal namizədə çevirir”, – deyə Şərqi Avropa üzrə Lüks, Premium və Select Brendlər üzrə Regional Vitse-Prezident Pankaj Birla bildirib.

Nilesh Singh-in bu təyinatı Marriott International üçün Azərbaycanda yeni və mühüm mərhələnin başlanğıcını ifadə edir. The St. Regis Baku ilə bağlı əlavə məlumatlar yaxın zamanda ictimaiyyətə təqdim olunacaq.

Marriott International haqqında

Marriott International, Inc. (Nasdaq: MAR) şirkətinin baş ofisi ABŞ-ın Merilend ştatının Bethesda şəhərində yerləşir. Şirkətin portfelinə 148 ölkə və ərazidə fəaliyyət göstərən, 30-dan çox aparıcı brendi təmsil edən 10 mindən artıq obyekt daxildir. Marriott International dünya üzrə hotelləri, rezidensiyaları, taymşer layihələrini və digər yerləşdirmə obyektlərini idarə edir, françayzinq və lisenziyalaşdırma fəaliyyətini həyata keçirir. Şirkət, həmçinin çoxsaylı mükafatlara layiq görülmüş Marriott Bonvoy® səyahət platformasını təqdim edir.

21.10.2026 15:00
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19