970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Bestcomp Group, HPE və Commvault “Connected for Growth” tədbirində İT rəhbərlərini bir araya gətirib

50-dən çox şirkətin İT rəhbəri bir araya gəlib – Kiber təhlükəsizlik və yeni texnologiyalar müzakirə olunub. Bestcomp Group, HPE və Commvault yeni texnoloji həlləri təqdim edirblər.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Bestcomp Group, HPE və Commvault “Connected for Growth” tədbirində İT rəhbərlərini bir araya gətirib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

50-dən çox şirkətin nümayəndələri İT infrastrukturunun inkişafını, sistemlərin idarə olunmasını, məlumatların təhlükəsizliyini və biznes proseslərinin fasiləsizliyini müzakirə ediblər.

Reklam_3_11

Oktyabrın 16-18 tarixlərində Bestcomp Group, HPE və Commvault şirkətlərinin təşkilatçılığı ilə “Connected for Growth” tədbiri keçirilib. Tədbirdə 50-dən çox şirkətin İT departamentlərinin rəhbərləri iştirak ediblər. Müzakirələrin əsas mövzusu sistemlərin idarəolunmasını, məlumatların təhlükəsizliyini və biznes proseslərinin fasiləsizliyini təmin etməklə İT infrastrukturunun inkişaf etdirilməsi olub.

Proqramda virtual və bulud mühitlərinin idarə edilməsi, ehtiyat nüsxələrin qorunması və nasazlıqlardan sonra kritik əhəmiyyətli sistemlərin bərpası ilə bağlı praktiki məsələlərə yer verilib.

Tədbiri giriş nitqi ilə açan Bestcomp Group-un baş icraçı direktor müavini və kommersiya üzrə direktoru Xəlil Ələkbərov sifarişçilərlə olan uzunmüddətli və etibarlı münasibətlərin əhəmiyyətini vurğulayıb və iştirakçılara çoxillik əməkdaşlığa görə təşəkkür edib.

Bestcomp Group-un satış üzrə direktoru Anar Xanəliyev şirkətin və qrupa daxil olan müəssisələrin əsas fəaliyyət istiqamətləri, sistem inteqrasiyası və servis xidmətlərinə yanaşmaları barədə məlumat verib. O, həmçinin şirkətin öz məhsulları olan AzDoc Pro, BestUp, bCloud və Bestbook haqqında məlumat verib.

HPE nümayəndəsi Erdem Öztürk süni intellekt, hibrid bulud və şəbəkə texnologiyalarının biznesin artan tələbatına uyğun İT infrastrukturunun qurulmasındakı rolundan danışıb.

HPE-nin həllər üzrə baş arxitektoru Görkem Can HPE Morpheus və VM Essentials həllərinin imkanlarını təqdim edib. Bu həllər virtual və bulud mühitlərinin mərkəzləşdirilmiş qaydada idarə edilməsinə, gündəlik əməliyyatların avtomatlaşdırılmasına və xərclərin optimallaşdırılmasına xidmət edir. O, ayrıca sessiyada HPE Zerto həllindən bəhs edərək məlumat itkilərinin minimuma endirilməsi və kritik əhəmiyyətli sistemlərin bərpa müddətinin qısaldılması imkanlarını izah edib.

Commvault-un regional direktoru İvan Zasoxlin ehtiyat nüsxələrin mövcudluğunun məlumatların uğurla bərpa olunmasına özlüyündə zəmanət vermədiyini vurğulayıb. O, ehtiyat nüsxələrin qorunmasının və insident zamanı istifadəyə hazırlığının mütəmadi yoxlanılmasının vacibliyini qeyd edib.

Dmitri İvanyuk bu mövzunu davam etdirərək Commvault Cloud Unity platformasını təqdim edib. Platforma məlumatların qorunması, təhdidlərin aşkarlanması və kiberhücumlardan sonra təhlükəsiz bərpanın təmin edilməsi üçün nəzərdə tutulub.

“Connected for Growth” biznesin real ehtiyaclarına uyğun İT infrastrukturunun qurulması ətrafında fikir mübadiləsinə imkan yaradıb. Tədbirdə sistemlərin daha səmərəli idarə olunmasına, məlumatların qorunmasına, nasazlıqlar və kiberhücumlar zamanı fəaliyyətin dayanıqlığının təmin edilməsinə kömək edən həllər müzakirə olunub.

Bestcomp Group HPE Hewlett Packard Enterprise Commvault Connected for Growth İT infrastrukturu informasiya təhlükəsizliyi kibertəhlükəsizlik məlumatların qorunması kiberhücumlar biznesin fasiləsizliyi HPE Morpheus HPE VM Essentials HPE Zerto Commvault Cloud Unity bulud texnologiyaları hibrid bulud süni intellekt sistem inteqrasiyası Azərbaycanda İT şirkətləri AzDoc Pro BestUp bCloud Bestbook.
21.10.2026 14:20
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19