970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Tikinti şirkətinin rəhbəri 1,3 milyon manatlıq şikayətlərin ardından tutuldu

Vətəndaşdan ev təmiri üçün 888 min manat aldı, işləri tam görmədi – Şirkət rəhbəri saxlanıldı
iç səhifə xəbər başlığı altı (mobil)_31
Tikinti şirkətinin rəhbəri 1,3 milyon manatlıq şikayətlərin ardından tutuldu
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Tikinti və təmir adı altında vətəndaşların pulunu ələ keçirməkdə ittiham olunan şirkət rəhbəri saxlanılıb.

DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, polisə tikinti və təmir işlərinin görülməsi adı altında vətəndaşların pul vəsaitlərinin ələ keçirilməsi barədə müraciətlər daxil olub.

Reklam_3_11

Araşdırmalar zamanı tikinti şirkətlərindən birinin rəhbəri Elsevər Əliyevin fərdi yaşayış evi təmiri üçün bir vətəndaşdan 888 min 731 manat aldığı, lakin nəzərdə tutulan işləri tam yerinə yetirmədiyi müəyyən edilib. Ekspert rəyinə əsasən müəyyən edilib ki, həmin ünvanda görülmüş tikinti işlərinin ümumi dəyəri 317 min 160 manat təşkil edib. Qalan vəsait isə həmin şəxs tərəfindən ələ keçirilib.

Bundan başqa, şirkət rəhbərinin digər zərərçəkəndən də tikinti və təmir məqsədilə hissə-hissə 450 min manat aldığı, lakin işləri yarımçıq saxladığı barədə müraciət də araşdırılıb. Həmin vətəndaş zərərçəkmiş şəxs qismində istintaq orqanında tanınaraq müvafiq ekspertizalar təyin edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunan E.Əliyev istintaqdan yayındığı üçün onun barəsində axtarış elan edilib. Polisin keçirdiyi tədbirlərlə E.Əliyev tutularaq istintaqa təqdim olunub.

Araşdırma aparılır.

Elsevər Əliyev tikinti şirkətinin rəhbəri tikinti şirkəti təmir qalmaqalı tikinti dələduzluğu iddiası 888 min manat 450 min manat 1 3 milyon manat Daxili İşlər Nazirliyi polis əməliyyatı tikinti və təmir işləri cinayət işi axtarışda olan şirkət rəhbəri vətəndaşların aldadılması Azərbaycanda tikinti şirkətləri.
21.10.2026 12:45
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19