970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Azərbaycanın iri bankının yeni törəmə şirkəti dövlət qeydiyatına alınıb

ABB yeni şirkət yaradıb – Aktivlərin idarə edilməsi bazarına daxil olur. Bank yeni şirkətinə 1 milyon manat kapital ayrıb, rəhbəri məlum olub.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın iri bankının yeni törəmə şirkəti dövlət qeydiyatına alınıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Azərbaycan Beynəlxalq Bankı" ASC-yə (ABB) məxsus "ABB-Asset Management" MMC-ni dövlət qeydiyyatına alıb.

Yeni şirkət ABB-nin baş ofisinin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 67 ünvanında qeydiyyatdan keçib.

Onun nizamnamə kapitalı 1 milyon manat, qanuni təmsilçisi isə ABB-nin Agile Ofisinin rəhbəri Həsən Etibar oğlu Eminovdur. O, həm də ABB-yə məxsus "ABB İnnovasiya" MMC-nin direktorudur.

Törəmə şirkətin yaradılması ilə bağlı qərar ABB-nin səhmdarlarının bu il mayın 7-də keçirilmiş növbəti yığıncağında qəbul edilib. Şirkət adından göründüyü kimi aktivlərin idarə edilməsi üzrə fəaliyyət göstərəcək. Hazırda bu sahədə iki şirkət - "CFI Financial İnvestisiya Şirkəti" QSC-yə məxsus "CFI Asset Management" MMC və "İnvest-Az İnvestisiya Şirkəti" QSC-yə məxsus "İnvestAz Asset Management" MMC Azərbaycan Mərkəzi Bankının müvafiq lisenziyalarına malikdir.

Xatırladaq ki, ABB 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 milyard 281,271 milyon manatdır. Bankın səhmlərinin 88,54 %-i Maliyyə Nazirliyinə, 3,64 %-i İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, 0,22 %-i "Aqrarkredit" QSC bank olmayan kredit təşkilatına, 7,6 %-i isə fiziki və hüquqi şəxslərə məxsusdur.

Hazırda ABB-nin yeganə təsisçi olduğu 7 törəmə müəssisəsi var. Bank həmçinin Özbəkistanın "Davr Bank"ında 51 %, "Azərbaycan Kredit Bürosu" MMC-də 12,5 %, "Bakı Fond Birjası" QSC-də isə 4,76 % pay sahibidir.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

© "Report" 

ABB-Asset Management MMC ABB yeni şirkət aktivlərin idarə edilməsi ABB törəmə şirkətləri Həsən Eminov ABB İnnovasiya investisiya fondları aktivlərin idarə edilməsi şirkətləri Dövlət Vergi Xidməti Azərbaycan Mərkəzi Bankı kapital bazarı ABB səhmdarları 1 milyon manat nizamnamə kapitalı
20.10.2026 16:45
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19